Əhmədiyyə nədir?

Dünyanın Üç Sistemi

Aşağıda oxucu İslam, Kapitalizm və Kommunizmin əsas prinsiplərini müqayisə edən qısa qeydlər ilə tanış olacaqdır. Hal-hazırda bu üç sistem dünya ağalığı uğrunda mübarizə aparır. Onlardan ikisi bir-birinə qarşı açıq şəkildə mübarizə apararakən, üçüncüsüsü arxa planda bu iki qüvvə arasındakı konfliktin nəticəsini gözləyir. İki müharibə sistemi Kommunizm və Kapitalizmdir. Üçüncüsü isə İslamdır, hansı ki, özünün anlaşılmayan səbəblərinə görə Allah, digər iki sistemin böhran həddinə çatdığı bir vaxtda yeni göstəriş üçün doğru zamanı gözləyir.

Bu, Əhmədiyyə Hərəkatının İslamın dirçəlişi üçün aparıcı rol oynayacağı böyük dini inqilaba hazırlıqdır. İsa Məsihin ruhu və qüdrəti ilə gələn və İslamın Müqəddəs Peyğəmbərini (s.ə.s.) təmsil edən Yerlərin və Göylərin Yaradıcısı, bütün dünya dinləri üçün hakim təyin edildi. O, İslamın son və davamlı zəfərini gətirəcəkdir.

Qoq və Maqoq

Qoq və Maqoq, İslamın mövcud Kommunizm və Kapitalizmə tətbiq etdiyi etiketlərdir. Quran, bu iki sistemin sonralar qara bulud kimi dünyanı bürüyəcəyini və yer üzünün bütün maddi sərvətlərinin onların əllərinə keçəcəyini öncədən xəbər vermişdi. (Fəsil 21:9) Qoq dedikdə Kommunizmin lideri və mərkəzi hesab olunan SSRİ, Maqoq dedikdə isə Kapitalizm və ya Qərb Demokratiyasının liderləri hesab olunan İngiltərə və ABŞ nəzərdə tutulur. Bir-birinə köklü şəkildə qarşı çıxan iki sistem, ölümcül döyüş sıralarında üz-üzə dayanır. Onlar, Soyuq müharibə adlanan gizli bir müharibə içərisindədir. Bu soyuq müharibə hər an isti müharibəyə çevrilə bilər. İşlər çox tez və təhlükəli sürətdə hərəkət edir. Bu mübarizə, hər an püskürə biləcək vulkan kimi, ölkəni və xalqları böyük təhlükə altında qoyur.

Ümumbəşəri Təhdid

Zahirən iki sistem – Kapitalizm və Kommunizm iqtisadi-mədəni sahələrə aiddir. Lakin onların kökləri siyasi, əxlaqi və dini münasibətlərin dərinliklərinə qədər uzanır. Onların inkişaf dinamikası insan fəaliyyətinin bütün sahələrini əhatə etdiyindən, dünyanın heç bir cəmiyyəti və ya ölkəsi özlərini bu sistemdən kənar təsəvvür edə bilməzlər. Bu səbəbdən, yaxınlaşan dünya böhranı baş verməzdən əvvəl mövcud vəziyyəti düzgün dəyərləndirməklə həyat və təhlükəsizlik sahələrində tədbirlər həyata keçirmək hər kəsin borcudur. Hadisələrdən kənara dayanaraq təhlükəsiz qala biləcəyini düşünənlər yanlış fikirdədir. Onlar başını qum altında gizlədib özünü təhlükəsiz hesab edən dəvəquşu kimidir.

Kommunizmin Qısa Məzmunu

Kommunizmin məzmununu aşağıdakı kimi izah etmək olar:

Bütün sərvət və sərvət vasitələri milliləşdirilməlidir. Fərdi əmlak kollektiv mülkiyyətə çevrilməlidir. Kollektiv təşkilat daxilində istehsal olunan sərvətlər, kollektiv qaynaqlardan kənarda, adekvat bir sistem əsasında, fərdi ehtiyaclarına görə kollektiv nəzarət altında bölüşdürülməlidir. Hərkəs səlahiyyətləri daxilində iş görməli, lakin bölgü, əməyin miqdarından asılı olmayaraq, fərdlərin ehtiyaclarına görə aparılmalıdır.

Digər tərəfdən Demokratiya olaraq bilinən Kapitalizm, hər bir insanın sərvət istehsalı üçün fərdi səy göstərmək və bu sərvəti istədiyi şəkildə istismar etmək hüququnun olduğunu etiraf edir. Kapitalist nəzəriyyə fərdi hüquqlara sərbəst imkanlar verməklə milli sərvətin bir neçə əllərdə cəmləşməsinə şərait yaradır. Zənginlərlə kasıblar arasındakı geniş uçurumu aradan qaldırmaq istiqamətində isə heç bir addım atılmır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Kommunizm hal-hazırda bəzi prinsiplərində müəyyən dərəcədə uyğunlaşmaya meyillidir – bu onun sistemindəki zəifliyin göstəricisidir. Buna baxmayaraq əsas prinsiplər dəyişməz olaraq qalır.

Kapitalizmə Qarşı Reaksiya

Kommunizm ifrat Kapitalizmə qarşı şiddətli bir reaksiyadır. Əsrlər boyu dünya iqtisadiyyatı kapitalist xətlərə söykənirdi. Millətlərin və ölkələrin sərvətləri bir neçə əllərdə cəmləşmişdi, əksəriyyət isə yoxsulluqla ayaqlaşmalı oldular. Həssaslıq, ehtiyac və çarəsizlik bu sistemin qaçılmaz həqiqətləri idi. Ən pis formada Kapitalizm özünü Rusiyada göstərdi. Çar rejiminin korrupsioner məhkəməsi və məhrum zadəganlığı ilə əhali cəmiyyətin yuxarı təbəqələrinin aşağı istəklərini təmin etmək üçün yaşayan köləyə çevrildi.

Günün böyük bir hissəsini işləyən fəhlə və ya əkinçilər əkin sahəsində sürülən heyvanlardan heç də yaxşı yaşamırdılar. Hətta daha da pis. Heyvanlar insanlar qədər həssas deyildir. Lakin belə bir şəraitdə, Rusiyadakı adi bir insanın həssas olmasına heç bir vasitə yox idi. Nəticədə, Rusiyanın zülmkar sistemi zamanla qurulmuş rejimə qarşı şiddətli bir reaksiya verdi və dağıdıcı bir vulkanın püskürməsinə səbəb oldu.

Düzgün Balans

Biri həddən artıq fərdiyyətçi, digəri isə həddən artıq kollektivist iki sistemdən fərqli olaraq İslam, bu iki sistem arasındakı orta yolu seçir. Ümumiyyətlə İslam, fərdin zəhməti və onun bəhrəsini yüksək qiymətləndirir, lakin eyni zamanda ehtiyac duyulan miqdardan artıq qazanc İslama ziddir. O, müdrikcə sərvətin bir neçə əllərdə cəmləşməsinin qarşısını alan bir mexanizm yaratdı. O göstərir ki, zənginlər sərvət toplamaqla deyil, sərvətinin bir hissəsini kasıblar arasında bölüşməklə daha da zənginləşirlər. O, iki sinif arasındakı balansı qorumağa çalışır.

İslam, ağalıq uğrunda mübarizə aparan iki sistemin yaxşı cəhətlərini özündə təcəssüm etdirir. Eyni zamanda, cəmiyyəti onlardan qorumaq, ümumi rifah və xoşbəxtliyə töhfə vermək üçün öz xüsusi müddəalarını əlavə etməklə, onları pisliklərindən təmizləyir. Bu səbəbdən İslamın göstərişlərinə əməl edilən İslam ölkələrində nə Kapitalizm, nə də Kommunizm dərin kök sala bilmədi, baxmayaraq ki, günümüzdə həqiqi İslamın çox az hissəsi gözə çarpır. İslamın tətbiq olunduğu yerdə nə fərdiyyətçilik insan hüquqlarına xələl gətirməmiş, nə də kollektivizm fərdiyyətçiliyi üstələməmişdir. İslam həm Kapitalizm, həm də Kommunizmə qarşı polad hasar çəkmişdir.

İslam İqtisadi Sistemi

Bir ümumi prinsip olaraq İslam, bütövlükdə bəşəriyyətin rifahı üçün var-dövlət əldə etmək vasitələrini yaratdığını söyləyir. O, hər hansı bir şəxsin və ya birliyin fərdi inhisarını qəbul etmir. Quran buyurur:

“Ey insanlar, Yer üzündə nə varsa hamısını sizin üçün yaradan odur (Allahdır)! (Fəsil 2:29)

Beləliklə, İslam hər kəsin sərvət qazanma hüququnun olduğunu iddia edir və fərdi inhisarçılığı rədd edir. O, hamı üçün açıq qapı siyasətini müdafiə edir.

Eyni zamanda İslam, fərdin əməyinin bəhrəsini almaq hüququnu qəbul edir. Quran buyurur:

“İlahi qanunda nəzərdə tutulduğu kimi, Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir.” (Fəsil 16:71),

və yenidən,

“Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) azaltdığını görmürlərmi?” (Fəsi 30:37)

Beləliklə, istehsal vasitələrinə gəldikdə, onlar, fərq qoyulmadan hər kəs üçün bərabər hesab olunur. Lakin İslam fərdi qabiliyyətin təbii nəticələrini və fərdi səylərin bəhrəsini almaq hüququnu da tanıyır və qəbul edir.

Bu, iki sərhəd arasında düzgün balansın qorunması üçün təbii seçim yoludur.

Fərdi Təşəbbüs İstəyi

Buna qarşı, Kommunizm, “hər kəs bir-biri üçün” motivini qarşıya qoymaqla sərvət mənbələrini toplayaraq şəxsi təşəbbüsləri məhv edir. Həqiqətən də insanı işləməyə təhrik edən digər motivlər də var, lakin bunun ən güclü və effektiv yolu şübhəsiz fərdi təşəbbüslə əlaqəlidir. Heç bir fərd onsuz mövcud ola bilməz. Həqiqətən hər bir insan daxilində mövcud olan elə bir təşəbbüskarlıq vardır ki, çalışmaqla yanaşı əməyinin bəhrəsini də toplasın. Yenə də Kommunizm bunu məhv etməyə çalışır. Doğrudur, başqalarına kömək etmək insan təbiətinin nəcibliyindədir və İslam, insan təbiətinin bu tərəfini nəzərə alır. Lakin İslam insan motivləri arasındakı düzgün balansı qoruyub saxlamağa çalışır. İnsanlar fərdi səy göstərməklə bacarıqlarının maksimum nəticəsini əldə etmək arzusundadırlar. İslam bu xoşbəxt orta yolu seçir. O, fərdiləşmə və kollektivləşməni ən yaxşı şəkildə birləşdirir.

Sağlam Rəqabət Ruhu

Kommunizmin insan şüuruna təsir edən digər bir xüsusiyyəti insanı digərlərindən üstün olmağa vadar etməklə, fərdi və kollektiv inkişafa stimul verməkdir. Bizi sürətləndirən və fəaliyyətimizi genişləndirməyə vadar edən, başqalarından üstün olmaq arzusudur. İnsan beyni başqalarından üstün olmaq istəyi ilə daha effektiv və dərin düşünür. Əslində şöhrətpərəstlik kimi tanınan, başqalarından üstün olmağa can atan sağlam rəqabət ruhu, insanı irəliyə doğru sürükləyən və həyat yarışmasında başqalarına qalib gəlmək istəyi ilə fəaliyyətə sövq edən ən böyük təbii səbəblərdən biridir. Kommunizmdə bu istək tam məhv olmasa da, yarı-iflic vəziyyətdədir.