Həzrəti Məhəmməd Peyğəmbər və onun təlimləri

Allahın Lütfü və mərhəməti ilə

Doğumu və sülaləsi

13.5 əsr öncə, 20 aprel 571-ci ildə (b.e) Qırmızı dənizin sahillərindən 40 mil uzaqda yerləşən Məkkənin Ərəbiyə kəndində bir uşaq dünyaya gəldi. Hər gün doğulan minlərlə uşaqdan biri idi, amma gələcək onun üçün çoxlu heyrətedici və möhtəşəm hadisələr hazırlamışdır.

Anasının adı Əminə, atası Abdulla, babası isə Abdül Mütəllib idi. Uşağın doğulması ilə onun yaxınların arasında sevinc və kədər hissləri bir-birinə qarışdı. Ona görə sevinirdilər ki, doğulan bu uşaq əcdadlarının sülaləsini davam etdirəcək və onların adlarını dünyada yaşadacaqdı. Kədərliydilər, çünki, uşaq anasına doğumdan öncə dünyasını dəyişmiş sevgili ərini, babasına isə üzüyola oğlunu xatırladırdı. Onun xüsusiyyətləri, şirin gülüşü, yeni göz açdığı bu qəribə dünyaya baxanda gözlərindəki narahatlıq, qısaca onunla bağlı hər şey 7 ay öncə əzizlərini tərk edib Yaradana qayıdan cavan ər və oğlun əziz xatirəsini yaslı qadına və pərişan ataya geri gətirirdi. Beləliklə, sevinc kədəri üstələdi, çünki bu uşağın doğulması mərhumun adının unudulmaqdan xilasının təminatı idi. Babası yetim doğulmuş bu uşağa Məhəmməd adını verdi və onu anasının və əmisi tərəfindən işə alınmış dayənin himayəsində böyütməyə başladı.

Erkən tərbiyyəsi

Məkkə əhalisi arasında öz uşaqlarını qulluq və  baxım üçün kənddə yaşayan qadınlara vermək adəti var idi, beləliklə, uşaqlar şəhərin havasızlığının naxoş təsirlərindən xilas olur və kənd havasının təmizliyinindən faydalana bilirdilər. Məkkədən 30-40 mil uzaq kəndlərdə yaşayan qadınlar müəyyən zamanlarda bura gəlir və yeni doğulmuş uşaqları özləri ilə aparırdılar, sonradan baxım dönəmi başa çatdıqdan sonra uşaqları özləri ilə geri gətirirdilər və eyni zamanda, uşaqların valideynləri göstərdikləri qayğı üçün onları mükafatlandırırdı. Məhəmmədin (s.a.v) doğumundan sonra bu qadınlar Məkkəyə gəlməyə başlayanda anası övladını baxmaq üçün hər hansı kəndli qadına etibar etməkdən narahat idi, lakin qadınlara deyiləndə ki, uşaq yetimdir, onlar, uşağa baxmaqdan imtina edirdilər, çünki anlayırdılar ki, əgər uşağın atası ölübsə onlar uşağa baxdıqları üçün mükafat almayacaqlar. Kralların və imperatorların əfəndisi olacaq bu yetim uşaq bütün qadınlara təqdim edildi və hamısı tərəfindən də rədd edildi. Həqiqətən də, Tanrının iradəsi! Bu mübarək uşağın anasının ürəyini rahatlatmaq və kənddə böyüməsi üçün O, yollar tapmışdı. Uşaq baxmaq üçün şəhərə gələnlərdən biri kasıb bir qadın, Həlimə idi. Necə ki, mübarək uşaq olan Məhəmməd bütün qadınlara göstərilmiş amma hamısı tərəfindən rədd edilmişdir, bu qadın da bütün evləri gəzərək baxmaq üçün uşaq axtarırdı, amma məyusluqla geri qayıdırdı, çünki heç kim öz uşağının dayəliyini kasıb insanlara etibar etmək istəmirdi. Bütün evlərdən rədd cavabı aldıqdan sonra, digər qadınlar onu lağa qoymasın deyə qadın bu atasız uşağı götürmək qərarına gəldi.

Məhəmmədin baxım dönəmi bitdikdən sonra Həlimə onu anasına geri gətirdi, anası isə onu Mədinəyə öz valideynlərinin yanına apardı. Qısa müddət Mədinədə qaldıqdan sonra o, uşağı ilə Məkkəyə geri qayıdarkən dünyasını dəyişdi və 6 yaşlı Məhəmməd (s.a.v) ana qayğısından məhrum oldu. Biri onu Məkkədə yaşayan babasının yanına apardı, lakin babası da 2 il sonra, onun 8 yaşı olanda vəfat etdi və ona əmisi Əbu Talib baxmağa başladı. O, özünütəmin edəcək illərə çatana kimi, bütün onu sevib ona nəvaziş göstərən insanların qayğısından beləcə bir-bir məhrum oldu.

Onun uşaqlığını keçirdiyi yerlər nə zəngin, nə də mədəni yerlər deyildi. Əksinə, orda yemək belə nizamlı və tənzimlənmiş qaydada verilmirdi. İnsanların iqtisadi vəziyyəti və sosial vərdişləri onları müasir masa qaydalarına riyaət etməyə təşviq etmirdi. Yemək vaxtı uşaqlar analarının ətrafına toplaşırdı və yemək üçün qışqırırdılar, hər biri özü üçün digərlərindən daha çox pay almaq istəyirdi. Əbu Talibin qulluqçusu söyləyirdi ki, Məhəmməd heç vaxt bunu etmirdi. Başqa uşaqlar yemək üçün xoşagəlməz yarış halında ikən, o sakitcə kənarda oturar və xalasının ona yemək verməsini gözləyirdi və ona nə verilsə ləzzətlə yeyərdi.

Onun insanlığı

20 yaşlarında o, hansı tayfaya aid olursa olsun məzlumlara, onların müvafiq hüquqlarından istifadə etmələrini təmin etmək üçün nə zaman çağırış olarsa kömək edəcəkləri haqqında əhd peyman tələb olunan bir cəmiyyətə qoşuldu. Belə ki, o hələ gənc yaşlarında bir insanın digəri tərəfindən zülmə məruz qaldığını gördükdə onun təhlükəsizliyi təmin etməyənə kimi sakit olmurdu.

Xədicə ilə evlənməsi

Onun düzgünlüyü, dürüstlüyü və alicənablığı ona bu yaşda “Güvənilən biri” və “Etibar edilən biri” statuslarını qazandırmışdır. Onun təmizliyi və dürüstlüyünün hamıya məlum olmağa başladığı zamanda ona, Məkkədən olan Xədicə adlı varlı bir tacirdən onun Suriyada olan ticarət fəaliyyətinin öz üzərinə götürməsi, əvəzində isə gələn gəlirdən bir pay alması haqqında təklif gəldi. Xədicə həmçinin onu müşayiət etmək üçün öz qulunu da göndərmişdi. Məhəmməd öz tapşırığını o qədər zəhmətkeşlik və dürüstlüklə icra etdi ki, bu təşəbbüs Xədicənin gözlədiyindən daha çox gəlir gətirdi. Onun xeyirxahlığı və nəzakəti Xədicənin qulunun ürəyini fəth etdi və Məkkəyə qayıdarkən o, Məhəmmədin təmizliyi və alicənablığı haqqında Xədicəyə məlumat verdi, bundan təsirlənən Xədicə Məhəmmədə evlilik təklif etdi və o da bu təklifi qəbul etdi. O zaman Xədicənin 40, Məhəmmədin isə 25  yaşı vardı.

Qulların azadlığı

Məhəmmədlə evləndikdən sonra, Xədicənin ilk əməli qullar daxil olmaqla öz var-dövlətini Məhəmmədin sərəncamına vermək oldu, o isə öz növbəsində quldarlığın sosial münasibətlərin əsasını təşkil etdiyi şəhərdə, uzun illərin liderlərinin ömür boyu edə bilmədiyini cavan yaşında edib bütün qullara azadlıq verməklə quldarlığın kökünə ölümcül zərbə vurdu.

Yaşlılıq dönəmi və dərin düşüncələr

Ölkəsindəki dərdləri düşünmək onu kədərləndirirdi, və o, Məkkədən 3 mil uzaqlıqda yerləşən Hira dağının başındakı mağaraya gedib ölkəsindəki vəziyyət və politeizmin yayılması haqqında fikir edərdi və özünü Tək Olan Allaha ibadətə həsr etmişdi. O, bu həyatında çox rahatlıq tapırdı, ona görə də özü ilə günlərlə bəs edəcək təchizat götürürdü və vaxtının uzun hissəsini mağarada ibadətdə və Allahı düşünərək keçirirdi.

İlk Vəhy

Nəhayət ki, o, 40 yaşlarına çatanda ona İlahi Vəhy gəldi:

“Allaha mənəvi və zehni inkişaf və daha əvvəl bəşəriyyət tərəfindən aşkar edilməmiş bilgilər üçün ibadət və dua et.”

İlk vəhyni alanda o, özünü narahat hiss etdi, evə doğru irəlilədi və bu hadisəni arvadına danışdı, eyni zamanda Allahın onu yoxlaması ilə bağlı qorxularını da ifadə etdi. Onun həyatının hər anını öyrənən Xədicə, şəfqətli sevgi ilə onu sakitləşdirdi və dedi: “Şübhəsiz ki, Allah, qohumlarına xeyirxah davranan, köməksizə kömək edən, ən üstün mənəvi keyfiyyətlər sərgiləyən, qonaqpərvərliyi ilə qonaqları şənləndirən, bədbəxtliyə düçar olanlara kömək edən birinə bunu etməz. Bu, onun həyatının ən kiçik detalına belə bələd olan arvadının ifadələri idi. Onun xarakterinin daha etibarlı və daha yaxşı şahidi ola bilməzdi. Bir insanın əsl təbiəti təcrübə ilə qiymətləndirilə bilər və heç kim kişinin təbiəti haqqında arvadından daha böyük təcrübəyə sahib ola bilməz.

Məhəmməd arvadının dediklərindən rahatlanmadı, buna görə də, arvadı ona Bibliya alimi olan əmisi oğlunun yanına getməyi və ondan bu vəhynin əhəmiyyətini öyrənməyi təklif etdi.

Buna uyğun olaraq o, arvadının əmisi oğlu Varka bin Naufalın yanına getdi və öz təcrübəsini danışdı. Varka cavab verdi: “Narahat olma, sənə Allahdan gələn vəhy Musa üçün gələn vəhy ilə eyni mənanı bildirir.” Və əlavə etdi. “Təəssüf ki, mən yaşlıyam, istərdim cavan olum və Allahın səni bəşəriyyətə yol göstərmək üçün təyin etdiyi günün şahidi olum. Qorxuram, xalqın səni öz evindən qova.” Hər saatını öz insanlarının və bəşəriyyətin rifahını düşünərək keçirən və şəhər əhalisi arasında çox məşhur olan Məhəmməd bunu eşidib çox təəccübləndi və ah çəkdi. “Mənim insanlarım həqiqətən məni qovacaqmı?” Varka cavab verdi: “Əlbəttə, edəcəklər. Sənə əmanət olunan həyatı əhəmiyyətli mesaj heç kimə tapşırılmamışdı, lakin öz xalqın sənə zülm etdi və işgəncə verdi.” Xalqına bəxş etdiyi sevgi, şəhərinin əhalisinin hər birinə göstərdiyi məhəbbət, kasıblara etdiyi xidmətlərə qarşılıq öz insanları tərəfindən qovulması onun üçün surpriz oldu. Lakin gələcək onun üçün böyük surprizlər hazırlayırdı.

Onun çağırışı

Bu hadisədən bir neçə ay sonra ona, bütün bəşəriyyəti Allaha çağıran, politeizmin bütün formalarından imtina edən, şeytanın və qanun pozuntularının qarşısını alan, dünyada təmizlik və xoşəməlliliyin əsasını qoymağa çağıran yeni bir vəhy gəldi. Bu vəhy ona peyğəmbərlik rütbəsi verdi və Deutronomy 18-də “onların qardaşları arasından sənin kimi bir peyğəmbər yetişdirəcəyəm” deyə qeyd olunan peyğəmbərlik yerinə yetdi. Məhəmməd İsraillilərin əmiuşağı olan İsmayılın nəslindən idi, o da, Musa kimi yeni qanunun daşıyıcısı idi. O, peyğəmbərlik zirvəsinə yüksələndə dünya onun üçün dəyişdi. Əvvəllər onu sevənlər indi ona nifrət edirdilər, əvvəllər onu tərifləyənlər indi pisləyirdilər və əvvəllər ona təsəlli verənlər indi onu təqib edirdilər.

Əbu Bəkr ona qoşulur

Lakin onunla yaxın təmasda olmaq şansı olan 4 insan ona inandı. Bunlar onun arvadı Xədicə, əmisi oğlu Əbu Talibin oğlu Əli, Zeyd və yaxın dostu Əbu Bəkr idi və onların inamının əsasını Məhəmmədin saxtakar ola bilməyəcəyi faktı təşkil edirdi. Əbu Bəkrin Məhəmmədi Peyğəmbər kimi necə qəbul etməsi məsələsi də mühümdür. Peyğəmbərliyini elan etməsi üçün ona ikinci vəhy gələndə, Əbu Bəkr Məkkədə bir əsilzadənin evində idi. Qulluqçu otağa girdi və söylədi. “Maraqlıdır ki, bu gün Xədicəyə nə olub. O deyir ki, Musa kimi onun əri də peyğəmbərdir.” Bu zaman ordakılar gülməyə başladılar və belə bir iddianı dəliliklə əlaqələndirdilər. Məhəmmədi yaxından tanıyan Əbu Bəkr oranı tərk etdi və Məhəmmədin evinə gələrək hər hansı bir iddia sürüb-sürmədiyini soruşdu, Məhəmməd cavab verdi ki, Allah onu bəşəriyyətə yol göstərmək və Allahın birliyini bərqərar etmək üçün təyin edib. Bunu eşidən Əbu Bəkr heç bir başqa sual vermədən söylədi: “Atam və anamın üzərinə and içirəm ki, sən heç vaxt yalan danışmadın və Allah haqqında doğru olmayan bir şey dediyini də düşünmürəm. Şahidlik edirəm ki, Allahdan başqa Tanrı yoxdur və Allahın elçisi sənsən.”

Bundan sonra, Əbu Bəkr ona pak həyatı üçün hörmət edən bir neçə gəncə məsləhət verməyə başladı və onlar da Məhəmmədi (s.a.v) qəbul etdilər.

Təqib

Həqiqəti qəbul etmək heç də asan məsələ deyil. Həyatının əsas mənası büt məbədlərinə gözətçilik və xidmət etmək olan Məkkə sakinlərindən “Allahdan başqa ibadətə layiq olan heç kim yoxdur” əhkamını həzm edəcəklərini heç kim gözləmirdi. Tezliklə müsəlmanlığı qəbul edənlərin qohumları bundan xəbərdar oldular və onları təqib etməyə başladılar. Osmanın dayısı onu iplə bağlayıb evdə bir otaqda saxladı və elan etdi ki, yeni inancından tövbə etməyənə kimi onu buraxmayacaq. Digər gənc 15 yaşlı müsəlman Zübeyr öz ailəsi tərəfindən dustaq edilmişdi və geri çəkilməsi üçün hətta otağında tüstü istifadə etmişdilər, lakin o möhkəm dayandı və öz inancını bəyan etməyi dayandırmadı. Yeni təqib üsulu digər cavan müsəlmanın anası tərəfindən uydurulmuşdur. O, oğlunun əcdadlarının inancına qayıdacağı zamana kimi yemək yeməkdən imtina etmişdi. O, cavab vermişdi ki, valideynlərinin bütün dünyəvi istəklərinə itaət etməyə hazırdır, lakin Allahın istəyinin əksinə gedib bu dəfə onlara itaət etməyəcək, çünki onun Allaha olan sədaqət borcu valideynlərinə olan sədaqət borcundan daha çoxdur.

Qısaca, Əbu Bəkr və Xədicədən başqa ilk əvvəllər Həzrəti Peyğəmbərə inananların hamısı 15-25 yaş aralığında olan gənclər idi, bəlkə də erkən yaşlarından öz həyat yolunu özü cızan Məhəmmədin yetim olmağına görə Allah onu peyğəmbərliyə yüksəldəndə onun ətrafında ilk birləşənlər də gənclər idi. Bu tarixcəyə istinad etsək İslam gənclərin dini hesab oluna bilər.

Onun yanaşma tərzi

Peyğəmbər olaraq əsas məqsədi öz mesajını nəzərdə tutulan insanlara çatdırmaq olan Məhəmməd bu yolu seçmişdi. Bir gün o, yerdən daha yüksək hissədə dayanıb Məkkədəki evlərə doğru çağırmağa başladı. Ona böyük inam və əminliklə cavab verən insanlar, onun çağırışına uyğun olaraq ətrafında toplaşdılar, özləri gələ bilməyənlər isə onun deyəcəklərini dinləmək üçün kimisə göndərirdilər ki, bilsinlər, o, nə danışacaq.

“Ey Məkkə insanları, əgər mən sizə desəm ki, böyük bir ordu Məkkəyə doğru irəliləyir və şəhərin yaxınlığına çatıb, hücum etmək niyyətindədir, siz mənə inacaqsınızmı?” Yəqin ki, bu indi mümkün deyildi, Məkkə ərəblər üçün müqəddəs şəhər idi və hər hansı bir qəbilənin bu şəhərin əleyhinə yürüş etməsi inanılmaz idi. Bundan əlavə, Məkkə çobanları öz sürülərini şəhər ətrafında uzaq məsafələrdə otladardılar, əgər hər hansı bir ordu şəhərə yaxınlaşmaqda olsaydı onlar surətlə şəhər əhalisini xəbərdar edərdilər. Bu hadisədə onların hamısının Məhəmmədin sualına verdiyi cavab bu oldu. “Biz sənə inanırıq, çünki sən heç zaman saxtakarlıqdan günahlandırılmamısan.”

Həzrəti Peyğəmbər əlavə etdi.

“Siz şəhadət edirsiniz ki, mən heç vaxt doğru olmayanı danışmıram. Buna görə də sizi məlumatlandırıram ki, Allah məni öz mesajını sizə çatdırmaq və yolunuzdakı səhvləri bildirmək üçün təyin edib.”

Bunu eşidən insanlar ondan uzaqlaşdılar və iddia etdilər ki, bu insan ya dəlidir, ya da saxtakardır.

Davamçılarına münasibət

Bu insident Məkkədə sensasiya doğurdu və ona inananlar əvvəlkindən daha ağır təqiblərə məruz qaldılar. Qardaşlar öz qardaşlarını tərk etdilər, uşaqlar valideynləri tərəfindən çölə atıldılar, qullar da ağaları tərəfindən işgəncəyə məruz qaldılar. Təqiblər müxtəlif formada olurdu. Adət və ənənələr haqqında narahat olan və dini sualları sorğulayan və buna görə də, Həzrəti Peyğəmbərin həqiqətlərini tezliklə qəbul edən gənc adam öz səhvlərini etiraf etmək ümidi ilə valideynləri tərəfindən dustaq edildə və ac saxlanıldı. Bu tədbirlər onları sarsıda bilmədi, onlar öz Yaradanlarına quru dodaqları və batıq gözləri ilə ibadətə davam etdilər, o zamana qədər ki, onların valideynləri uşaqlarının aclıqdan öləcəyindən qorxaraq onlara yemək verdilər. Bu cavan insanlara qarşı olanlar üzücü idi, lakin onları qoruyacaq heç kimsələri olmayan, Müsəlmanlığı qəbul edən qulların və kasıbların vəziyyəti həqiqətən də pis idi. Qullar dəmir zireh geyinib Ərəbistanın yandıran günəşinin altında dəriləri yanana kimi durmağa məcbur edilirdilər. Bəzilərinin ayaqlarına ip bağlayıb yanan qumum üzərində süründürürdülər, digərlərinin bədəni isə qırmızı qaynar ütü ilə yandırılırdı. İşgəncənin digər forması isə müsəlmanların bədənlərini iynələrlə deşmək idi. Digər inanclı müsəlman qadın bədəninə sancılan nizə ilə öldürülmüşdür. Lakin bu və başqa deyilə bilinməyən dəhşətlər müsəlmanları sarsıtmadı və hətta işgəncə altında belə onlar Tək Allaha sitayişlərindən imtina etməyəcəklərini bəyan etməyi dayandırmadılar. Həzrəti Peyğəmbərin özü də təqibin qurbanı olmuşdu, lakin onun vəziyyətində düşmənlərinin davranışları, Məkkədə hər kəs tərəfindən hörmət edilən ailəsini incitmək istəməməsindən təsirlənmişdi. Buna baxmayaraq, o tez-tez təhqir olunurdu, ibadət zamanı səcdəyə durarkən üzərinə kül və zibil atılırdı. Bir dəfə səcdədə olarkən düşmənlərindən biri ayağını onun boynuna qoyaraq uzun müddət onu bu halda saxlamışdı. Bir dəfə o, məscidə namaz üçün gedəndə boynuna parça doladılar ki, dolaşıb onu boğaraq mane olsun.  

Onun təlimləri

Bütün ona qarşı olanlara baxmayaraq, Həzrəti Peyğəmbər öz təbliğatını davam etdirirdi, bir neçə kişinin bir arada oturduğunu görən kimi, gedib onlara Allahın təkliyini, nə cənnətdə, nə də yer kürəsində ondan başqa Allah olmadığını, onun nə oğlu, nə də qızının olmadığını, doğmadığını və doğulmadığını, ona iman gətirməyi, yalnız ona ibadət və dua etməyi, onun bütün zorbalıqlardan uzaq olduğunu, gözlərimizin onu dərk etməyəcəyini öyrədərdi, o, kainatı yaradan bütün güclərin yaradıcısıdır, ölənlərin ruhları ona qayıdır və ona yeni həyat verilir, insanlar onu sevməli və ona yaxın olmaq çalışmalıdırlar, onlar öz ürəklərini dillərini və əməllərini təmizləməli, pislikdən, fəsaddan, cinayətdən, oğurluqdan, quldurluqdan, saxta ittihamlardan, səhv tapmaqdan, təhqirdən, qanunu pozmaqdan və qısqanclıqdan qaçmalıdırlar, öz zamanlarını dəbdəbə dalınca qaçmağa və arzularını həyata keçirməyə sərf etməməlidirlər, lakin onlar özlərini bəşəriyyətə xidmət və onun rifahına həsr etməli və dünyada sevgi və sülhü yaymalıdırlar.

Həmyerliləri arasında Bütpərəstlik inancı

Bu onun öyrətdikləri idi, hələ o vaxt insanlar buna gülürdülər. Məkkənin insanları bütpərəst idilər və onların məbədlərində hər gün ibadət etdikləri və bir çox nüfuzlu ailənin dəstək vasitəsi olaraq qurbanlar verdikləri yüzlərlə büt var idi. Onlar üçün Tək Allaha ibadət etmək fantastik görünürdü. Onlar anlamırdılar ki, nə üçün Allah özünü bir insan və büt formasında təcəssüm edə bilməz. Onlar Gözəgörünməz Allah ideyası ilə barışa bilmirdilər. Buna görə də, onlar Müqəddəs Peyğəmbəri görəndə gülməyə adət etmişdilər və hayqırırdılar. “Odur, bu adam bütün Allahları birində birləşdirib.” Onlara görə müxtəlif Allahların ayrı-ayrı mövcudiyyəti inkar olunmaz fakt idi və nə zaman ki, Məhəmməd onlara öyrədəndə ki, yalnız bir Allah var, o bütün Allahları birində birləşdirdiyini nəzərdə tuturdu. Onlar Peyğəmbər haqqında öz fantastik fikirlərini yürüdürdülər və sonra öz cəfəngiyyatlarına gülürdülər. Ölümdən sonra həyat təlimi isə onlar üçün başqa bir əyləncə mənbəyi oldu. Onlar ölünün yenidən yaşaya bilməsi ideyası ilə əylənirdilər.

Həbəşistana gələn qaçqınlar

Məkkədə müsəlmanların təqibi dözülməz vəziyyətə çatanda, Həzrəti  Peyğəmbər (s.a.v) öz yoldaşlarına icazə verdi ki, qaçqınları hətta o zaman xristian kral tərəfindən idarə olunan Həbəşistana aparsın. Müsəlman kişi və qadınların çox hissəsi o zaman Məkkədə öz evlərini tərk etdilər və Həbəşistana yollandılar. Məkkəlilərin düşmənciliyi onları orda da təqib edirdi, belə ki, Məkkəlilər Həbəşistan kralına bir nümayəndə heyəti göndərərək ondan qaçaqları Məkkəlilərə təslim etməsini istədilər. Lakin xristian Kral ədalətli olmağı sevirdi. Heyəti eşitdikdən sonra o, o digər tərəfi də eşitmək istədi və müsəlmanlara onun qarşısına gəlmək əmr olundu. Bu çox acınacaqlı səhnə idi. Öz soydaşları tərəfindən təqibə məruz qaldığı üçün evlərini tərk etməyə məcbur edilən müsəlmanlar Həbəşistan kralının qarşısına gəldilər, qorxulu o idi ki, onlar Məkkəlilərə təslim oluna bilərdilər və əvvəlkilərdən daha ağır işgəncələrə məruz qala bilərdilər. Kral onlardan nə üçün bu ölkəyə gəldiklərini soruşdu. Onların sözçüsü cavab verdi. “Cənab, biz cahil idi və yaxşı və pis haqqında heç nə bilmirdik. Biz bütlərə ibadət edirdik və Allahın təkliyi haqqında bilmirdik. Aramızda hər cür pislik üstün idi, qanunların pozulması, quldurluq, öldürmə, zina günah sayılmırdı. Sonra Allah, bizim aramızda Məhəmmədi peyğəmbər kimi (s.a.v) yetişdirdi. O, bizə tək Allaha ibadət etməyi öyrətdi, bizi pis işlər görməkdən uzaqlaşdırdı, ədaləti və insaflı olmağı əmr etdi, bizə bir-birimizi sevməyi nəsihət etdi, saflıq və salehlik yolunda bizə yol göstərdi. Bunun üzərinə qardaşlarımız bizi təqib etməyə başladılar və müxtəlif işgəncələrlə bizə zərbə vurdular, o zamana qədər ki, biz öz evlərimizi tərk etməyə məcbur edildik və sənin ölkənə qaçqın kimi gəldik. Bu insanlar bizi bura qədər izlədilər və bizim geri qayıtmağımızı tələb edirlər. Bizim yeganə günahımız isə tək əbədi olan Allaha sitayiş etməyimizdir.” Kral bu cavabdan o qədər təsirlənmişdir ki, onları Məkkəlilərə təslim etməkdən imtina etdi. Məkkəlilər növbəti gün öz tələblərini yenidən təkrarlayaraq, bildirdilər ki, müsəlmanların İsanı söymək kimi bir adətləri var. Kral yenidən müsəlmanları çağırdı və onlar İslamın İsa ilə bağlı öyrətdiklərini, onun Allahın sevimli qulu və peyğəmbəri olduğunu söylədilər, lakin onlar İsanı heç vaxt Allah kimi qəbul etmədiklərini, Allahın tək olduğunu bildirdilər. Bu zaman zadəganlar çox həyəcanlı idilər və kraldan müsəlmanları cəzalandırmasını tələb etdilər. Belə ki, kral cavab verdi ki, onun özünün İsa ilə bağlı inancları müsəlmanlarla eynidir və bu inanca görə onları zülmkarlara təslim edə bilməz. O, zadəganlara dedi ki, onların narazılıqlarını ciddiyə almır, necə ki, o, öz ölkəsinin suverenliyindənsə Allahın məmnuniyyətini seçmişdir.

Məkkədə çətin anlar

Məkkədə Həzrəti Peyğəmbərin özünün təqibi belə artırdı. Məkkəlilər onun əmisi, öz xalqının başçıcı olan Abu Talibə yaxınlaşdılar, kim ki, onun qorxusu Müqəddəs Peyğəmbərə qarşı şiddətin davam etməsinin qarşısını alırdı və ona təklif etdilər ki, o, başqa bir başçının oğlunu himayəyə götürsün və Məhəmmədi onların intiqamı üçün təslim etsin. Əbu Talib dedi; “Bu həqiqətən də qorxunc bir istəkdir. Məndən öz var dövlətimi sizin qardaşlarınızdan birinə təslim etməyimi və bacımoğlunu işgəncə verib öldürmək üçün sizə təslim etməyimi istəyirsiniz. Hətta bir heyvan belə öz gəncini öldürüb digərlərininkini sevə bilər ?” Məyusedici idi ki, onlar ondan qardaşıoğlunu Allahın Təkliyini və bütpərəstliyin günah olmasını təbliğ etməkdən çəkindirməsini istəyirdilər. Bunun üzərinə, Əbu Talib Məhəmməddən Məkkə başçılarının istəklərinə uyğunlaşaraq onları məmnun edə bilib-bilməyəcəyini soruşdu. O, cavab verdi; “Əmi, mənim sənə dərin bir minnətdarlıq borcum var, lakin sənin xətrinə belə mən Allahı tərk edə bilmərəm. Əgər sən insanların düşmənçiliyindən qorxursansa məni tək buraxa bilərsən, amma mən Allahın mənə aşkar etdiyi həqiqəti təbliğ etməliyəm. Mən sakit oturub insanlarımın məhvini izləyə bilmərəm.”

 

Tamahlandırıcı təkliflər

Məkkəlilər bu dəfə yalvarmağa və şirin dillə danışmağa üz tutdular. Onlar başçını Müqəddəs Peyğəmbərə yaxınlaşmaq üçün seçdilər, eyni zamanda dedilər ki, ondan xahiş etsin ki, şəhərdə sakitliyi pozmasın, əgər onun əsas məqsədi nüfuz qazanmaq idisə, onlar onu Məkkənin ən nüfuzlu adamı kimi dəyərləndirə bilərdilər, əgər onun arzusu var-dövlət idisə, onlar ona böyük bir tövhə verərək onu Məkkənin ən zəngin adamı etməyə hazır idilər, əgər o, kral olmaq istəyirdisə, onlar onu belə tanımağa da hazır idilər, əgər o arvad istəyirdisə, ona bütün Məkkənin qadınlarından seçim etmək şansı verilərdi, lakin o, Allahın təkliyini təbliğ etməkdən əl çəkməli idi. Bunu eşidən Həzrəti Peyğəmbər cavab verdi; “Əgər sən günəşi mənim sağ əlimə, ayı isə sol əlimə qoysan belə mən bundan vaz keçməyəcəm.” O vaxta qədər Həzrəti Peyğəmbərə (s.a.v) 80 nəfər qoşulmuşdu.

Blokada və baykot

Məkkədə olanlar haqqında şayiələr bütün ölkəyə yayılmağa başlayanda insanlar Məkkəyə gəlməyə başladılar ki, bunların nə demək olduğunu özləri araşdırsınlar. Məkkəlilər buna kədərləndilər və küçələrdə Həzrəti Peyğəmbəri kimsənin görməsinin qarşısını almaq üçün piketlər keçirdilər. Eyni zamanda onlar onun həyatına son qoymağa da qərar verdilər. Bunu öyrənən onun əmisi və digər qohumları onunla birlikdə qonşuluqdakı vadiyə çıxıb getdilər ki, orada onu daha yaxşı qoruya bilsinlər.

Tərtibatlarında uğursuz olan Məkkəlilər Həzrəti Peyğəmbəri, onun ailə üzvlərini və bütün müsəlmanları baykot etmək üçün bir əhd bağladılar. Məkkəlilərlə sövdələşmə edərək Həzrəti Peyğəmbəri onlara təslim edənə kimi, insanlara onlara hər hansı ərzaq və geyim məhsulları satmaq, evlənmək və onlarla hər hansı bir əlaqə qurmaq qadağan olundu. Məkkə səhranın ortasında tənha şəhər idi. Onun 40 mil məsafəsində başqa heç bir şəhər yox idi. Təsəvvür oluna bilər ki, müsəlmanlar və onların yaxınları bu baykot nəticəsində hansı çətinliklərə məruz qalıblar. Hər hansı bir insanın onları ərzaq və içəcəklə təchiz etməyinin qarşısını almaq üçün piketlər afişa edildi və bu vəziyyət üç il davam etdi. Ətrafı sarılmış insanlar gecə ərzaq gətirmək üçün əlverişli şərait gözləyirdilər, onlar tez-tez tamamilə tükənmiş olurdular və bəzən günlərlə yarpaq və ağac qabıqları ilə dolanmalı olurdular. Həzrəti Peyğəmbərin yoldaşlarından biri söyləyir ki, müsəlmanlar çox cılız və bitkin görünürdülər və onların sağlamlığı zərər görməyə başlamışdı. Günlərə ya həftələrdə deyil, bütün üç il ərzində  bu xeyirxah insanlar tək Allaha ibadəti təbliğ etdikləri üçün, yüksək mənəvi keyfiyyətlər əldə etdikləri üçün  təqibə məruz qaldılar, amma nə onun öz əzabları, nə də onun ümmətinin və əzizlərinin əzabları onun yüksək və ləyaqətli məqsədinə müdaxilə etmədi. Üç il davam edən təqiblərdən sonra gecikən insanlığı oyanan bəzi Məkkəli başçılar bu zülmə qarşı üsyan etdilər və daxil olduqları əhdi parçalayıb atdılar. Müqəddəs Peyğəmbər və yoldaşları vadini tərk etdilər, lakin əmisi və onun sədaqətli həyat yoldaşı uzunmüddətli təqiblərin nəticələrindən xilas ola bilmədilər və qısa müddət sonra öldülər.

Onun Taifə səyahəti

Məkkəlilərin düşmənçiliyini anlayan Həzrəti Peyğəmbər (s.a.v) Ərəbistanın başqa şəhərlərinə yönəlməyi düşündü və insanları tək Allaha ibadətə çağırmaq üçün Taifə yola düşdü. Taif Məkkədən 60 mil məsafədə yerləşən qədim bir şəhər idi. Bu şəhərin insanları Allah sözünü eşidəndə Məkkəlilərdən daha qəddar davrandılar. Əvvəl onu söydülər, sonra isə şəhərdən qovdular və itləri və xuliqanları onun üzərinə göndərdilər. O, hər tərəfdən daşla vurulurdu və qan içində yeriyirdi, həm də vəhşi itlər onun izində idilər. Onun Taifdəki zalımlar haqqındakı fikirləri bu şərtlər altında deyəcəyi sözlərlə dəyərləndirilə bilinərdi. O, üzündən qan axaraq yeriyirdi və dua edirdi. “Ya Rəbb, bu insanlar mənim onlara dediklərimin həqiqət olduğunu bilmirlər, onlar bunu edirlər, çünki fikirləşirlər ki, doğru olan budur. Onlara qəzəbli olma və onları cəzalandırma, lakin həqiqətləri görmək və qəbul etmək üçün onların gözlərini aç.” Belə sevgi hisslərinin qarşılığı nə qədər qəddar bir işgəncə oldu. Biz hardasa insanlığa qarşı belə bir mükəmməl sevgi misalı ilə rastlaşmışıqmı?

İslamın Mədinəyə yayılması.

Həqiqət boğula bilməz və onun təlimlərinin nüsxələri ölkəyə yayılmağa başladı. Yathrabdan (Mədinə adı ilə da tanınır) olan bəzi insanlar ziyarət üçün Məkkəyə gəldi və Həzrəti Peyğəmbərlə (s.a.v) görüşdü. O, İslamın təlimlərini onlara izah etdi və onlar bundan dərindən təsirləndilər. Yathraba geri qayıtdıqda onlar öz şəhərlilərinə bu haqda danışdılar və növbəti il onlardan 70 nəfər daha çox özəllikləri öyrənmək üçün gəldi və hamısı İslamı qəbul etdi. Onlar Həzrəti Peyğəmbərdən xahiş etdilər ki, onları şəhərlərinə kimi müşayiət eləsin və bu şəhəri öz evinə çevirsin. O hesab edirdi ki, Məkkəni tərk etmək üçün zaman hələ gəlməyib, amma onlara söz verdi ki, ortaya fürsət çıxanda Mədinəyə gələcək.

Mədinəyə köç

Məkkəlilər öyrənəndə ki, onun fikirləri Məkkədən kənara yayılmağa başlayıb, onun həyatına son qoymaq fikrinə gəldilər. Onlar gecə hücum edib, onu öldürmək üçün hər qəbilədən bir nəfər seçdilər, bu da bütün tayfaları bu hadisə üçün məsuliyyət sahibi edirdi, beləliklə, Həzrəti Peyğəmbərin tayfası bundan incisə belə, Məkkənin birlik olan tayfalarına qarşı özlərini köməksiz hiss edəcəklər. Lakin Allah Həzrəti Peyğəmbəri təhlükə haqqında xəbərdar etmişdir və o, həmin gecə əmisi Əbu-Bəkrin müşayiəti ilə Məkkəni tərk edib Mədinəyə yollandı. Mədinənin əhalisi onun bu təlimlərini həvəslə qəbul etdi və qısa zaman ərzində onların demək olar ki, hamısı müsəlman oldu. Onlar Müqəddəs Peyğəmbəri öz kralları seçdilər, beləliklə, “bu qəsəbənin inşaatçılarının rədd etdiyi daş” Mədinə əyalətinin tacı oldu.

Mədinənin seçilmiş kralı

Mədinənin kralı kimi də, onun vəzifəsi insanları öyrətmək və təlim vermək idi və o heç zaman öz sadə həyat tərzindən imtina etmədi. O, öz həyatını insanları Tək Allaha ibadətə səsləməklə və onlara İslamın mənəvi və sosial təlimatlarını öyrətməklə keçirdi. Şəxsən o, özü məsciddə gündə 5 dəfə ibadət edirdi, cəmiyyət üzvləri arasında olan bütün mübahisələri aradan qaldırırdı və vaxtını və diqqətini milli rifahı, xüsusilə ticarət, təhsil və gigiyenanı yaxşılaşdırmağa həsr edirdi. O, kasıbların vəziyyətinə və ehtiyaclarına xüsusi diqqət ayırırdı və ehtiyaclarını qarşılamaq üçün çalışırdı. Məsələn, bəzən o, bu cür xidmətə ehtiyacı olan kasıbların işlərinin dalınca qaçardı. Bu qədər işin içində o, həm də gənclərdə sağlam milli ruhun yaranmasını təşviq etmək üçün oyunlara qoşulmağa və gənclərlə vaxt keçirməyə də zaman tapırdı. Evə qayıdanda arvadına da ev işlərində köməklik edirdi. Gecəyarısı hər kəs dincəlməyə gedəndə, o, yatağını tərk edib sakit və qaranlıq saatlarını Yaradana ibadət edərək keçirirdi, bəzən onun ayaqları ayaqüstə ibadət etməkdən şişirdi.

Onun təlimləri qısa olaraq belə göstərilə bilər.

Onun Allah məhfumu

  1. O öyrədirdi ki, Allah təkdir, digər bütün varlıqlar, istər mələk olsun, istər insan, onun bəndələridir, buna görə də, onun insanda yaxud da bütdə təmsil olunmasını, yaxud doğmasını və doğulmasını təsəvvür etmək Allah üçün təhqirdir. O, bütün bunlardan daha yüksəkdədir. Sadəcə o həyat verir və alır. Bütün islahatçılar və peyğəmbərlər onun qulları idi və onlardan heç biri ilahi gücə sahib deyildi. Bütün insanlar sadəcə ona sitayiş etməli, sadəcə ona ibadət etməli və sadəcə ona inanmalıdır.
  2. İnsanın yaradılışının məqsədi

O öyrədirdi ki, Allah insanı ən yüksək mənəvi, əxlaqi, intellektual və sosial inkişaf üçün yaratdı və bu məqsədi həyata keçirmək üçün o, daima insanlar arasında peyğəmbərlər yetişdirdi. O, peyğəmbərliyin sadəcə müəyyən bir xalq üçün məhdudlaşdığı fikrini rədd edirdi, bu, Yaradanı tərəfkeşlik etməsində günahlandırmaq və onun təqdirinin inkarı anlamına gəlirdi. O, bütün xalqların peyğəmbərlərinin həqiqiliyinə şahidlik edirdi.

  1. Vəhy

O, öyrədirdi ki, Allah kəlməsi hər dövrün öz ehtiyaclarına görə meydana çıxırdı və o, iddia edirdi ki, Allah onu son dönəmə rəhbərlik üçün seçmişdir. Buna uyğun olaraq o, öyrədirdi ki, Quran əvvəl nazil olan kitablardan daha mükəmməl qanunlar məcəlləsidir və bütün bəşəriyyəti buna çağırırdı.

  1. Əbədi söz

O öyrədirdi ki, Allah hər zaman öz qulları ilə danışır, öz varlığına və sevgisinə onları əmin etmək üçün onlara əlamətlər göstərir və o iddia edirdi ki, onun təlimlərinə əməl edən insanlar bunların həqiqiliyini özləri dərk edəcək. Mən bu təlimlərin həqiqiliyinə öz şəxsi təcrübəmə dayanaraq kəfil ola bilərəm. İslamın təlimlərinə əməl edərək mən, Allah sözünü Musanın və İsanın dövründəki insanların eşitdiyi şəkildə eşitdim və Allah, bir neçə dəfə mənə insanların gücündən kənar olan əlamətlər göstərdi.

  1. Yaşayan din

O öyrədirdi ki, doğru dinin əsas əlamətlərindən biri də odur ki, Allah dini dünyada canlı və pak saxlamaq üçün vasitələr təmin etməlidir və bu məqsədlə, İslamı insan müdaxiləsinə qarşı qorumaq üçün də İslama keşik çəkən və onun paklığını qoruyan peyğəmbərlər yetişdirəcək. Buna uyğun olaraq, bu məqsədə çatmaq üçün Hindistanda bir peyğəmbər ortaya çıxmışdı. Bu peyğəmbərin adı Əhməddir. Mən onun ikinci davamçısıyam və mənim yoldaşlarımın  da bəziləri onun ardıcıllarıdırlar.

Sülh həyatı

  1. O öyrədirdi ki, dini fərqlərə baxmayaraq insanlar bir-biriləri ilə sülh və dostluq içində yaşamalıdırlar və din məsələlərinə görə mübahisə etməməlidirlər. Əgər birisi həqiqəti bilirsə, bunun üçün mübahisə etməməlidir, onu sadəcə göstərməlidir və bu özü-özlüyündə insanların ürəklərini fəth edəcək. Bundan əlavə o, xristianların belə məsciddə xidmət etmələrinə icazə verdi ki, bu da qabaqcıl XX əsrdə belə nadir görünən genişürəkli tolerantlıq nümunəsi idi.

Mənəvi və fiziki azadlıq

  1. O vurğulayırdı ki, insanın həyatında 2 aspekt var, mənəvi və fiziki aspektlər, onlar bir-biri ilə elə əlaqəlidir ki, bir-birilərindən ayrıla bilməzlər və onların hər biri digərinin yerinə reaksiya verə bilir. O, qəlbin saflığı olmadığı təqdirdə dini əmrlərə heç bir zahiri uyğunluğun fayda verə bilməyəcəyi həqiqətini xüsusi vurğuladı və digər tərəfdən də, zahiri uyğunluğun köməyi olmadan beyin təlim görə və inkişaf etdirilə bilməz. İnsanın mükəmməl inkişafı üçün hər iki tərəfə əsaslanmaq vacibdir.

Əxlaq

  1. Əxlaq barəsində o öyrədirdi ki, bütün insanlar təmiz və ləkəsiz doğulur, əgər hər hansı bir əxlaqsızlıq meydana gəlirsə, bu qüsurlu təhsil və ya səhv tərbiyyə ilə əlaqəlidir, buna görə də o, hər zaman yüksək təhsil və yüksək tərbiyyə ilə bağlı israr edirdi.

Özünü təmizləmək

  1. O, eyni zamanda bu faktı da vurğulayardı ki, yaxşı əxlaqın həqiqi hədəfi özünü və eyni zamanda da başqalarını dəyişdirməkdir. Bundan əlavə həqiqi əxlaq odur ki, özümüzü və başqalarını paklaşdırmağa kömək edir. O, məsələnin yalnız bir tərəfini vurğulamır, bütün tərəflərdən yanaşırdı. Məsələn, o, heç vaxt demirdi ki, bir kimsə bütün hallarda mərhəmət göstərib və əhv etməlidir, əksinə o deyərdi ki, bir kimsə digəri tərəfindən incidilib və zərər görübsə, fikirləşmək lazımdır ki, incidən və xəsarət yetirənin xarakterini necə mükəmməlləşdirmək olar. Əgər o, nəcib düşüncəli bir insandırsa, ona şans verilsəydi, gələcəkdə mütləq ki, dəyişərdi. Beləliklə, o deyərdi ki, belə bir insan mərhəmət və əhv olunmağı haqq edir. Lakin o sənin onu bağışlamağını yanlış anlayıb bunu zəiflik və qorxu əlaməti kimi görürsə və öz pisliyində daha cəsarətli və utanmazdırsa, o zaman ciddi ölçü götürülməlidir, əks halda o, səndən başqalarını da incidəcək. Onu təqsirinin böyüklüyü qədər cəzalandır, əks halda günahsız və zəif insanlar səhvləri olmadan əziyyət çəkəcəklər.

 

Onun müharibə haqqında təlimləri

O öyrədirdi ki, hücum edib müharibə etmək olmaz. Müharibəyə sadəcə müdafiə məqsədilə icazə verilirdi. Hətta sonuncu halda belə, hücum edən tərəf axmaqlığına tövbə edərdisə və şərtləri qəbul etməyə hazır olardısa, sən də sülh bağlamağa hazır olmalısan.

Ruh əbədi yaradıldı.

O öyrədirdi ki, insanın ruhu əbədi yaradılıb, belə ki, bədən öləndə onlar ölmür. O, hər hansı bir məhvə məruz qalmadan inkişaf etməyə davam edəcək. Hətta zalımlar və günahkarlar belə paklanmaq üçün cəzalandırıldıqdan sonra və bütün pis əməllərdən təmizləndikdən sonra, Allahın əbədi mərhəmətindən pay alacaq və yenidən əbədi tərəqqi yoluna qoyulacaqlar.

Məkkə düşmənçiliyi

Məkkəlilər görəndə ki, o, öz təlimlərini Mədinənin yerli insanları arasında yaymaq üçün yaxşı bir fürsət əldə edib və çox insan ona qoşulmağa başlayıb, ona qarşı ekspedisiyalara başladılar, lakin bütün bu hərbi cəhdlər uğursuz oldu. Burada belə onun üstünlüyü o qədər aşkar idi ki, ciddi hazırlıqlara və onların leyhinə olan əcayib hadisələrə (bəzən onlar müsəlmanlardan üç qat çox olurdular) baxmayaraq, qəribə olsa da, hər zaman məğlub olurdular. Müsəlmanlar qalib gəlirdilər və Məkkəlilər çarəsizcə yenilirdilər. Bəzən müsəlmanlar bir növ pusquya düşüb və ya geri çəkilidilər, lakin bu heç vaxt sözün həqiqi mənasında bir qüsur hesab olunmurdu, çünki nəticədə düşmənin böyük məğlubiyyətinə səbəb olurdu.

Düşmənin bu mücadiləsi aydın və birbaşa nəticələrə gətirib çıxartdı. Bütün bu qarışıqlıqların içindən Ərəbistanın ali kralı çıxdı. İkincisi, onun əlində fitnə və stress dönəmində yüksək əxlaqi xüsusiyyətlər sərgiləməyə fürsət var idi, hansı ki, bunlar ancaq müharibə və savaş dövründə göstərilə bilər. Bu onun əxlaqi üstünlüyünü daha da möhkəmləndirdi. Eyni zamanda bu fitnə və gərginlik dünyaya sübut etdi ki, o, öz ardıcıllarına necə bir fədakarlıq və sədaqət ruhu aşılamışdır.

Ohud əhvalatı, ardıcıllarının sədaqəti

Örnək vermək xatirinə, Ohud döyüşündən bir əhvalatı burada danışacam. Məkkədən hicrətindən 3 il sonra, düşmənləri 3000 adamla Mədinəyə hücum etmək üçün Məkkədən yola çıxdı. Mədinə Məkkədən 200 mil uzaqlıqda yerləşirdi, amma düşmən qələbə qazanacağına o qədər əmin idi ki, onlar Mədinənin ən yaxın qonşuluğuna kimi irəlilədirlər. Müqəddəs Peyğəmbər 1000 nəfər ilə Mədinədən 8 mil aralıda yerləşən Ohudda onları qarşılamağa getdi. Onun qruplarından biri istiqaməti səhv anlamışdı və nəticədə az qala onların olan qələbə məğlubiyyətə döndü. Baxmayaraq ki, müsəlmanlar bütün cəbhələrdə qalib idilər, bu taktiki səhv sayəsində düşmən onlara hücum etdi və döyüşün gedişatında bir dəfə vəziyyət o qədər kritik oldu ki, müsəlmanlar geriyə çəkildilər və beləliklə də, Həzrəti Peyğəmbər ən şiddətli düşmənlərinin əhatəsində tək qaldı. O zaman, o qədər möhkəm dayandı ki, adamları geri düşmüş olsa belə, o, bir addım belə geri getmədi. Müsəlmanlar bu vəziyyəti anlayanda, ona kömək etmək üçün qətiyyətli səy göstərdilər, lakin onlardan sadəcə 14 nəfər düşmən xəttini yarıb ona çata bildi. O zaman müqəddəs Peyğəmbər daşla vurulmuşdu və başından yaralanıb özündən getmişdi. O, onu müdafiə edərkən həlak olmuş müsəlmanların cəsədlərinin altında basdırılmışdır. Ümumi olaraq düşünürdülər ki, Müqəddəs Peyğəmbər şəhid olub. Onun ardıcılları və onu sevənlərinin çoxu bu xəbəri eşidəndə, döyüş meydanında silahlarını yerə atıb ağlamağa başladılar. Bu dedi-qodu haqqında məlumatı olmayan müsəlman əsgərlərindən biri təsadüfən bu ümidsizliyin səbəbini soruşdu. Müqəddəs Peyğəmbərin ölüm xəbərini eşidəndə döyüşçü mübarizənin indi daha ümidsiz olacağını bildirdi. Biz, ölənə kimi öz sevimli liderimizin arxasınca gedəcəyik. Bu sözləri deyib qılıncını çəkdi və düşmənin üzərinə yeridi, öldürüldü və sonradan tapılanda onun bədənində 17 yara  var idi.

Ardıcıllarının cəsədləri altında Müqəddəs Peyğəmbərin bədəni tapılandan sonra məlum oldu ki, o, sağdır. Xəbər yayıldı və müsəlman ordusu yenidən toplanmağa başladı və beləcə, düşmən məhv edildi. Öz yaxının itirən müsəlman döyüşçülərindən biri onu axtarıb ağır yaralı vəziyyətdə, hətta son nəfəsini verərkən tapdı. Yaralı döyüşçü öz dostunu görən kimi ondan Həzrəti Peyğəmbərin vəziyyətini soruşdu və ona deyiləndə ki, Peyğəmbər salamatdır, çöhrəsi sevincdən işıldadı və dedi: “Indi daha xoşbəxt öləcəm”. Sonra ölən adam dostunun əlini tutub ondan bu mesajı onun yaxın və əzizlərinə çatdırmasını xahiş etdi: “Allahın Peyğəmbəri olan Məhəmməd bizim əlimizdəki dəyərdir, hansı ki, biz ona görə Allaha cavab verməliyik. Bu ilahi dəyəri qorumaq sizin vəzifənizdir. Vəzifə borcunuzdan məhrum olmamağınız üçün ehtiyatlı olun.” Müsəlman kişilər Həzrəti Peyğəmbərə öz sadiqliklərini bu cür isbat edirdilər. Müsəlman qadınlar bu məsələdə sözsüz öz kişilərinin arxasında idilər. Həzrəti Peyğəmbərin öldürülməsi ilə bağlı xəbərlər Mədinəyə çatanda, qəlbində qəm, kədər olan hər kəs döyüş meydanına getmək üçün şəhəri tərk etdi. Onlar Peyğəmbər ilə bərabər döyüşdən sevinclə geri qayıdan müsəlman ordusu tərəfindən qarşılandılar. Qadınlardan biri irəliləyib, döyüşçülərdən birindən soruşdu: “Həzrəti Peyğəmbər necədir?” Döyüşçü bilirdi ki, Peyğəmbər sağ-salamatdır, ona görə də onun sualına cavab vermədi və dedi: “Xanım, sənin atan ölürülüb.” “Allahın Peyğəmbəri necədir?” qadın səbrsizliklə dedi, “mən atamın ölümü ilə bağlı səndən heç nə soruşmadım.” Döyüşçü yenə onun Peyğəmbərlə bağlı narahatlığına məhəl qoymadı və cavab verdi: “Əziz bacım, sənin hər iki qardaşın öldürülüb.” Qadının səbri tükəndi və sərtliklə dedi: “Mən səndən qardaşlarımın taleyi ilə bağlı heç nə soruşmadım.” “Sən mənə Allahın Peyğəmbərinin necə olduğunu deyəcəksən, ya yox ?” “Müqəddəs Peyğəmbər tamamilə sağ-salamatdır.” – kişi cavab verdi. “Allaha həmd olsun” o dedi, “Əgər Allahın Peyğəmbəri yaşayırsa, deməli bütün dünya yaşayır və başqa kiminsə ölməyi məni narahat etmir”. O, öz növbəsində, bəşəriyyətin rifahı üçün pak və mükəmməl nümunə və eyni zamanda qayğıkeş olmasaydı, onun ardıcıllarının ürəklərində Müqəddəs Peyğəmbərə qarşı belə səmimi sədaqət və həqiqi sevgi ola bilməzdi.

Honain əhvalatı və Peyğəmbərlik yükü

Bir dəfə müsəlman ordusu hər iki tərəfində düşmən oxçularının gizləndiyi dağ aşırımını keçərək irəliləyirdi. Müsəlmanlar düşmən mövqelərinin hamısından xəbərdar idilər və onlara tərəf ox atmağa başladılar. Bu qəfil hücum atları və dəvələri qorxutdu və atlılar idarəetməni itirdilər. Həzrəti Peyğəmbər sadəcə 16 yoldaşı ilə bərabər 4000 düşmən oxçusunun arasında qaldı və müsəlman ordusunun qalan hissəsi isə dağıldı. Həzrəti Peyğəmbər qorxmazcasına öz atını düşmən sıralarının üzərinə sürdü. Bir ovuc yoldaşını narahat halda və atlarından düşərkən görüb, öz atının cilovlarını tutaraq dedi: “Düşmən qələbəyə yaxınlaşır, müsəlman ordusu darmadağın edildi və İslamın təhlükəsizliyi sizin təhlükəsizliyinizdən aslıdır, geriyə qayıdın ki, pərən-pərən düşmüş müsəlmanlar birləşsinlər.” “Atımın cilovlarını burax” peyğəmbər dedi və sonra yüksək səslə hayqırdı: “Mən Allahın Peyğəmbəriyəm, mən yalançı deyiləm, qoy kim bacarırsa məni incitsin.” Bu sözləri deyib onunla bərabər qalan 16 yoldaşı ilə bərabər düşmənin üzərinə irəlilədi. Heç bir insan əli onu incidə bilmirdi. Sonra Peyğəmbər öz ardıcıllarından birinə müsəlmanları yüksək səslə bu sözlərlə çağırmağı əmr etdi. “Ey Mədinəlilər, Allahın Peyğəmbəri sizi çağırır.” Müqəddəs Peyğəmbərin yoldaşlarından biri belə deyir: “Bizim atlarımız və dəvələrimiz çox qorxmuşdular və döyüş meydanından qaçırdılar, onları cilovlayıb geri qaytarmaq cəhdlərimiz fayda vermədi.” Bu səsi eşidəndə elə bildik ki, biz ölmüşük və Allahın səsi bizi çağırır. Mən geri qaçmaq üçün səbrsizlənirdim. Öz dəvəmi də geriyə döndərmək istədim, amma olmadı. “Allahın Peyğəmbəri səni çağırır” kəlmələri hələ də qulaqlarımda səslənirdi. Görəndə ki, dəvəm məni döyüş yerindən uzağa aparır, qılıncımı qınından çıxardıb onu öldürdüm və səs gələn tərəfə dəli kimi qaçmağa başladım.” O yazır ki, bütün orduda vəziyyət belə idi. Kimi atını yaxud dəvəsini geriyə ona tərəf çevirə bilirdi, kimi də bunu edə bilmirdi və atından düşüb ona tərəf qaçırdı. Atından enə bilməyən də heyvanını öldürüb öz əfəndisinə doğru tələsirdi və İsrafilin zurnasının səsi ilə ölülərə qəbirlərindən qalxıb gəlmələri deyildiyi kimi, bir neçə dəqiqənin içərisində də hər kəs onun çağırışı ilə onun ətrafında toplandı.

Onun humanist müddəaları

O, hər zaman vurğulayırdı ki, müsəlmanlar heç vaxt ilk hücum edən olmamalıdırlar, digər tərəfdən onlar hər zaman müdafiə məqsədilə döyüşməlidirlər. O, hər zaman öz ardıcıllarına döyüş zamanı qadınları, uşaqları, din xadimlərini və müharibə üçün yararsız olan insanları öldürməməyi göstəriş vermişdir. O öyrədirdi ki, silahını yerə qoyanlar öldürülməməlidirlər. Ağaclar kəsilməməli, tikililər dağıdılmamalı, şəhərlər və vadilər məhv edilməməli idi, əgər o, bilsəydi ki, bu təlimatlardan hansısa biri pozulub, bunu edənlərə qarşı çox narazı və qəzəbli olurdu.

Onun Məkkəlilərlə alicənab rəftarı.

Allah ona Məkkənin fəthini layiq görəndə oranın əhalisi qorxudan lərzəyə düşmüşdü ki, onlara necə rəftar edəcəklər. Mədinənin əhalisi müsəlmanlara verilən işgəncələri özləri görməsələr də, başqa insanlardan eşitdikləri belə onları çox qəzəbləndirirdi.  Lakin o, Məkkəyə daxil olanda insanları bir yerə topladı və dedi: “Ey insanlar, mənə qarşı etdiyiniz bütün pislikləri bu gün bağışlayıram, siz cəzalandırılmayacaqsınız.” Əgər müharibə olmasaydı və o, kral elan edilməsəydi, o bəşəriyyət üçün necə mükəmməl nümunə ola bilərdi və insan əxlaqının bu tərəfini necə göstərə bilərdi?

Onun təbiəti

Qısaca, müharibələr onun əxlaqının ən əhəmiyyətli cəhətini üzə çıxardı, onun sülh, əmin-amanlıq, əhv və mərhəmətə olan sevgisini göstərdi, bağışlamağa gücü olan sadəcə o, həqiqi bağışlayandır və o bunu göstərir. Sadəcə o, alicənab adlanmağa layiqdir, kim ki, zənginliyə sahibdir və onları paylaşır. Qüdrətli Allah ona zalım düşmənləri üzərində qələbə bəxş etmişdi və o, onların hamısını bağışlamışdı, o, ona səltənət bəxş etmişdi, sadə və təvazökar həyat yaşaması ilə, var-dövləti kasıblara və ehtiyacı olanlara paylaması ilə o sübut etmişdir ki, o, başqalarına kasıbların qayğısına qalmağı öyrətmir, çünki o, heçnəyə sahib olmadığı üçün düşündüyü kimi davranırdı. O, öz həyatının hər anını Tanrının yolunda əzablar çəkərək yaşadı, öz cığırında hər gün ölümlə üzləşdi, 63 yaşında vəfat etdi və hətta son xəstəliyində belə o, öz ardıcıllarını Allaha şərik qoşmağın hər hansı bir halına geri dönməkdən qorumaq üçün təşvişli idi. O, təkrar-təkrar söyləyirdi: “Qoy Allah özü Peyğəmbərlərinin məzarlarını ibadət yerlərinə çevirənlərin öhdəsindən gəlsin”, yəni peyğəmbərlərinə sanki o, ilahi gücə sahibmiş kimi dua edənləri nəzərdə tuturdu. Bununla o, müsəlmanları ilahiləşdirmənin bütün formalarına qarşı xəbərdar etmək istəyirdi. Tanrının qüsursuz birliyinə qarşı mübarizə apara biləcək hər şeyi son nəfəsiylə qınayaraq, öz yaradanına qayıtdı, müsəlmanların Məhəmmədə (s.a.v) ibadət etdikləri söylənsə də o, ilahiləşdirmənin bütün formalarının və Allaha şərik qoşanların qarşısını almaq üçün hamıdan daha çox iş görüb. O, bütün həyatını Allahın birliyini təbliğ etməyə sərf edib və bu gün dünyada bu təlimlərə qarşı gördüyümüz sevgi onun özünün və onun ardıcıllarının səylərinin nəticəsindədir.

ƏDƏBİYYAT

  1. Qurani-Kərim 1ci hissə
  2. İslamın təlimləri
  3. Həqiqi İslamın Əhmədiyyəsi
  4. “Əhmədin həyatı” H.H.Xəlifətul Məsih
  5. “Əhmədin həyatı” Maulvi Əbdül Kərim
  6. Əhmədiyyə cərəyanı
  7. Krallara hədiyyə
  8. Əhmədilər və Əhmədi olmayan arasındakı fərqlər
  9. İslam və başqa dinlər
  10. Sivilizasiyaların İslamı
  11. Türkiyənin gələcəyi
  12. Türk barışı
  13. Bildiriş
  14. Dirəniş
  15. Müsəlmanların ibadət şəkli
  16. İslam
  17. Uels şahzadəsinə hədiyyə
  18. Qurani-Kərimdən çıxarış
  19. Dövrün imamı
  20. Məhəmməd, Müqəddəs Peyğəmbər və onun təlimləri