Islama giriş məlumatları

Yazar Haqqında

Mirzə Tahir Əhməd Həzrətləri, İslamda Müsəlman Əhmədiyyə Camaatının qurucusu olan və son zamanda dünyanın bütün böyük dinlərinə görə də gələcəyi əvvəlcədən xəbər verilən Məsih və Mehdi Mirzə Qulam Əhməd (ə.s) Həzrətlərinin dördüncü xəlifəsidir.Onun camaatı beynəlxalq olub İslamda təsirli bir camaatdır.

Mirzə Tahir Əhməd Həzrətləri 18 Dekabr 1928 tarixində Hindistanda Qadiyanda doğmuşdur.Təhsilini Hindistan, Pakistan və İngiltərənin School of Oriental and African Studies`də tamamlamışdır.1982`də Üçüncü Xəlifənin vəfatının ardınca Beynəlxalq Müsəlman Əhmədiyyə Camaatının Rəhbəri seçilmişdir.

Daha sonra Pakistanda diktator Prezident General Ziya Ül`Haqqın 26 Aprel 1984 tarixində Əhmədiyyə Camaatına qarşı başlatdığı və qüvvəyə qoyduğu ciddi rejim tətbiqi nəticəsində bu ölkədə qalaraq Camaatın rəhbəri olaraq fəaliyyəti mümkün olmamışdır.Bir çox istişarələrdən(məsləhətləşmələrdən) sonra Pakistandan ayrılmağa qərar verərək, rəsmi bəyanatdan 3 gün sonra sonra Qaraçidən təyyarə ilə Londona getmişdir.

Mirzə Tahir Əhməd Həzrətləri dünyanın hər yerini ziyarət edib, müxtəlif mədəniyyət və dindəki insanlara səslənərək onlara xitab etmişdir.Yığıncaq və xitabları daima sual cavab iclasları ilə bitmişdir.O dinləyənlərin zehinlərini məşğul edən dini, aktual və ya hər hansı başqa məsələlərlə əlaqəli sualları hər zaman cavablandırmışdır.Onun verdiyi cavablar, Onun geniş dini elminin,anlayışının, düşüncəsinin gözəl ifadələri olmuşdur.

İngilis dilinin yanında bir çox kitablarını Urdu dilində yazmış olub özünü ara sıra Urdu dilində yazdığı şeirlərlə də anlatmışdır. “Din Adına Qan” və “İslamiyyətin  Müasir Mövzulara Cavabı” adlı kitabları onun əsərlərindən ən çox bilinənlərdəndir.Oxuyucularımızın bu əsərləri maraq ilə oxuyacaqlarını düşünməkdəyik.

Ön söz

İspanya, Seville Universteti İslami Elmlər Kafedrasının 12 Mart 1990 ilində etdiyi dəvət üzərinə,Mirzə Tahir Əhməd Həzrətləri “İslama Giriş Məlumatları” adlı bir mövzu təqdim etmişdir.

Kafedra Rəhbəri, adi dinləyicilərin və digər ixtisaslardan gələn dinləyicilərin İslam ilə əlaqəli məlumatlarının çox az olması səbəbi ilə İslamın başlanğıc səviyyəsində tanıdılmasını ondan istəmişlərdir.Ona ayrılan zaman isə bir saat idi.

Bu yazı Onun nitqindən alınmışdır.Yazar, zamanın əl vermədiyi bəzi mövzuları burada daha da genişlətmişdir.Bununlar birlikdə nitq dilinin yazıya gətirilməsində bəzi dəyişikliklər və açıqlamalar yenə natiqin özü tərəfindən hazırlanmışdır.

İslamın Uca Peyğəmbəri Muhammədin adına “(s.a.v)”  qısaltması əlavə edilmişdir.Bu da “Allahın(c.c) Salam vəRəhməti üzərinə olsun” deməkdir.

Digər Peyğəmbərlər və elçilərin adları “(a.s)” yəni “Üzərinizə salam olsun” ifadəsi ilə deyilmişdir.

Bu salavatlar açıq və uzun olaraq ifadə edilməmiş olub, hər deyilişdə və təkrar edilişdə bu mənada anlaşılacaqdır.

İslamın Mənası Sülhdür

Bu axşam məni şərəfləndirərək İslamın  Əsas Təlimatları ilə əlaqəli nitq söyləməyim üçün  bura dəvət edən Seville Universteti İslami Elmlər Kafedrasına təşəkkür edirəm.Bura gəlmədən əvvəl məndən, bu mövzuda məlumatı olmayan tələbələr və çox az elmi olanların anlaya bilməsi üçün yalnızca İslamın təməli üzərində danışmağım istənildi.Bu həqiqətən məni təəcüübləndirdi.Təəcüübləndim çünki universtet tələbələrinin daha irəli səviyyələrdə olduğunu düşünürdüm. İkinci olaraq təəcüübləndim çünki İspaniyanın İslam ilə tarixdə uzun bir keçmişi olmaqdadır.Buna baxmayaraq bu əlaqə elə bir formada yox olmuş və itmişdir ki, ən kiçik bir ifadəsi belə silinib getmişdir.Bu da heyrət verici bir hadisədir!

Bu gün burada sizlərə İslamın Əsas Təlimatlarını tanıtmağa çalışacağam.1982 ilində İspaniyanı ilk ziyarətimdə, beş yüz il kimi bir aradan sonra, bir təsadüf nəticəsində ilk dəfə Əhmədiyyə Camaatı tərəfindən tikilən bir məscidin açılışını etmək üçün buraya gəldiyim zaman bir çoxları bunu bəyənməmişdi.Mətbuat konfransı boyunca həmişə eyni sual soruşularaq niyə İspaniyaya gəldiyim soruşulurdu.Bunda məqsəd nə idi? Biz İslamdan bezmişmiydik? Bu gəlişin İspaniyanın bir cür yenidən işğalı kimi düşünülməsi lazım deyilmiydi? Mənim bu cür suallara cavabım:

“Bəli mən İspaniyanı əldə etmək üçün gəldim, amma sərhədləri qılıncla qazanmağa, əldə etməyə deyil, fəqət qəlbləri sevgi və inanc mesajı ilə fəth etməyə gəldim” olmuşdu.

Bu cavab hələdə hökmünü qorumaqdadır.Bizlər İslamda bir camaat olaraq, sözdə kökdən din əhlinin sanki aynada yansıyan ümumi İslam qaydalarına tabe olan, eyni  xarici görünüş üzərinə inşa edilmədik.Bununla birlikdə bu gün sizlərə İslamı fərqli ölkələrdəki Müsəlmanların rəftarları ilə deyil, İslamın Uca Kitabı olan Qurani Kərimdə olan əsas təlimatlar ilə birlikdə, İslamın qurucusunun sünnətləri və tətbiqləri ilə anlatmağa çalışacağam.

İslamın mənası “sülh”-dür.Burada İslamın ruhu və mahiyyəti olmaqdadır.Gülməli olan bir vəziyyət vardır ki, o da bu gün İslamın sülh anlayışının, qərbdə bir müharibə, terror, qarışıqlıq və nizamsızlıq dini olaraq başa düşülməsidir.Halbuki həqiqətdə İslamda sülh, yalnızca isimdə qalmayıb, onun bütün təlimatları və işlərini başa düşməkdə bir açar kimidir.Yenə kəlimə olaraq çevriləcək olarsa, İslamın ikinci mənası “itaət” (boyun əymək)-dir.Beləcə “sülh” və “itaət” İslamın ortaya qoyduğu xətti göstərir.

Sülh və rahatlıq, Müsəlmanın digər bir insana rəftarında, İslamın məna və əlaqələrində olmaqla bərabər, boyun əymək-itaət ifadəsi Müsəlmanın Allaha olan rəftarını açıqlayar.Beləcə bir tək kəlimə, bütün bir dinin fəlsəfəsinin keçmişini ortaya qoymaqdadır.

Diqqətə layiq önəmli bir mövzuda İslama görə hər həqiqət dində, dinin ucalığını göstərmək üçün bu iki önəmli özəlliyin olması vacibliyidir.İslama görə bütün dinlər, insanları bir tərəfdən özünə, Yaradıcısına götürərkən, digər tərəfdən insanlar arasında ən çox istənilən ideal əlaqəni qurmağa çalışmaqdadırlar.

İslamın Beş Şərti

İslamın, Müsəlman olmaq istəyən hər kəsin bilməsi və ifadə etməsi vacib olan beş əsas inanc şərti olmaqdadır.İslam digər dinlərdə də olduğu kimi bir çox firqələrə bölünmüş olmasına baxmayaraq bu məsələdə başqa ikinci bir fikirdən söz edilə bilməz.Adları istər Şiə, istərsə də Sünni olsun, hamısı bu beş təməl şərtə inanmaqdadır.

Bunların birincisi Allahın(c.c)  birliyinə, tək olduğuna inanmaqdır.Bu paylaşdırılmayan, bölüşdürülməyən, dağıdılıb çoxaldılıb bərabərləşdirilə bilməyən bir Birlikdir.

İkinci şərt mələklərə inanc ilə əlaqəlidir.Müsəlmanlar arasında mələklərin şəkilləri mövzusunda fərqli fikirlər olmaqla birlikdə, bütün Müsəlmanlar mələklərin varlığına inanırlar.

Üçüncü şərt kitablara inanmaqdır.Kitablar dini termində, yeni təlimatlar və şəriət gətirən müqəddəs kitabları ifadə edər.Bunlardan mələklərdən sonra söz edilmişdir.Çünki vəhylərin bir çoxu insanlara mələklər vasitəsi ilə çatdırılmış, beləcə onlar uca vəhyləri Allahın(c.c) elçilərinə aparmaqda əsas rol oynamaqdadırlar.Mələklərin daha başqa bir çox vəzifələri olmaqdadır.Fəqət bunu daha irəlidə müzakirə edəcəyik.

Dördüncü şərt elçilər və ya peyğəmbərlərlə əlaqəlidir.Bunlar bəzən bilinən əsrlərdə yaşayan insanlara yeni bir şəriət yeni bir yaşayış şəkli, bəzən də insanları sadəcə yeniləmək, xəbərdar etmək üçün göndərilirlər.

Beşinci şərt qiyamət (hesab günü) ilə əlaqəlidir.Bu ayrıca ölümdən sonra hər insanoğlunun bilinən bir şəkildə yenidən dirildiləcəyi və bu dünyadakı həyatları ilə əlaqəli Allaha (c.c) hesab verəcəkləri mənasına da gəlir.Bax bunlar İslamın beş əsas şərtidir.Bununla birlikdə bəzilərinə görə İslam qurucusunun bu təməl şərtlərə əlavə etdiyi altıncı bir element daha vardır ki, bu da müqəddəs əmrə inanmaqdır.İndi bu şərtləri daha detaylı olaraq gözdən keçirək.

Allahın Birliyinə İnanmaq

Bu çox asan və əsas bir düşüncə olaraq götürülür.Allahın(c.c) tək olduğunu anlamaq, kişi üçün çətin deyildir.Məsələnin özü burdadır.Əsas olaraq bu, gözlə görülməkdən irəli bir vəziyyətdir.Allahın(c.c) birliyi ətraflıca incələndiyində, bütün din dünyası bu əsas ox üzərində dönüb durmaqdadırlar.Bu inanc, insanoğlunun həyatını bütün yönlərinə təsir edər.Ayrıca Allahdan(c.c) başqa bütün əksiklikləri də göstərər.Beləcə Allahın(c.c) tək olmağına inanmaq bütün inancların sonu olmayıb əksinə bu, inancların sonsuz və həqiqi başlanğıcından fışqırmaqdadır.Ayrıca insanoğluna, Allaha(c.c) təslimiyyət xaricində, onu digər bağlardan və məsuliyyətlərdən qurtaran bir müstəqillik mesajı gətirir.

Bu bəhs həm Qurani Kərimdən, həm də İslam Peyğəmbərinə aid hədislərdə fərqli yönlərdən izah edilmişdir.Misal, “Lə havlə vələ quvvətə illə billəh” yəni “Allahdan(c.c) başqa hər şeyi əhatə edən güc və qüdrət yoxdur” ifadəsi, Allahın(c.c) birliyi inancını genişləməsinə və dərinləməsinə anlamaqda yeni üfüqlər açmaqdadır.Beləcə Allah(c.c) qorxusu xaricindəki bütün qorxuları da yox etməkdədir.Eyni misal digər bir tərəfdən diqqətləri daha vacib başqa bir nöqtəyə çəkər ki, bu da bir yaxşılığın edilməsində gücün tamami ilə Allahın(c.c) əlində olmasıdır.O, hər şeyin sahibi olub, bütün güc və enerjinin qaynağıdır.Beləcə məsələ güc üçün birinci vəziyyətdə nəticəsiz, ikincisində isə gözəl fikirləri ortaya qoymaqdadır.

İnsan davranışlarını tətbiqdə niyyətlər və onların yönləndirilmələri və.s də həmişə bu iki güc və qüvvətlə əhatə edilmişdir.İnsanın niyyəti və bunun nəticəsi olan hərəkətlər daima ya qorxu, ya da ümid ilə yönləndirilib yoxlanılar.Bu qanunda başqa bir istisna ola bilməz.Kim yaxşı bir davranış edərsə bunu ya qorxudan, ya da ümid ilə edər.Bunun əksinə pisliklərə batanlar da eyni şəkildə motivasya edilirlər.Kafir olanların qorxuları, tanrıya aid olmayan pis bir qorxu olub, onlar həyatlarını bu dünyanın qorxusuna görə şəkilləndirirlər.Onlar bəzən vəzifəlilərin və zalim idarənin narazılığını qazanma qorxusu ilə yaşayarlar, bəzən də ümumi olaraq avtoritar və zalim qrupdan qorxarlar.Yenə bəzən onlar yoxsulluq və ya itirmə qorxusu ilə düşməncə davranarlar.

Kafir olanların qorxuları, tanrıya aid olmayan pis bir qorxu olub, onlar həyatlarını bu dünyanın qorxusuna görə şəkilləndirirlər.Beləcə bütün bu pis davranışların altında, insan davranışlarının böyük bir bölümündə bu qorxular yatmaqdadır.Allahın(c.c) birliyinə inanmaq bütün bu qorxuları aradan qaldıraraq insanların diqqətlərini Allah(c.c) qorxusunun önəminə çevirir.Bu da dinsizlərin narazılığını qazanma qorxusu olmayıb, daima Allahın(c.c) narazılığından qaçmağa çalışmaq olmalıdır.Beləcə insan yalnızca bu qorxu ilə həyatını şəkilləndirməyə çalışmalıdır.Gözəl olaraq düşünülərsə, bütün bunlar insanlığı yönləndirərək bilinən bir nəticəyə çatdırır.İnsan heç istisnasız həmişə birini razı sala bilmək impulsu ilə yaşayar.Hətta bunun da yuxarısında, özünə çox sevgili olanı əldə etmək və özünü razı etmək uğruna çalışar, səy edib durar.Bu davranışın çox şişirdilmə şəkli, insanın sanki öz eqosunun əsiri olmağına səbəb olar.

Bu məqsədinə çata bilmək üçün onun rızasının bağlı olduğu kişilər də razı salması lazımdır.Yenə, eynən davamlı olaraq bu idarəçilərin və zalim idarəçilərin rızasını qazanmaq üçün səylər göstərərlər.Bunu da köləliyin ən pis bir şəkili olaraq açıqlaya bilərik.

Bir kölənin ümidi və ya qorxusu ağasının razı olub olmama məsələsindəki kaprizlərinə bağlıdır.Fəqət inancsız bir kişinin yalnızca bir ağası yoxdur.Onun şəxsi maraq dairəsindəki hər kəs onun üçün bir tanrı rolu oynamaqdadır.Sosyal, əxlaqi və ya siyasi pisliklərin səbəbləri analiz ediləcək olsa, bax belə bir qul, qul olma bütünü ilə insanın və camaatın dincliyini pozaraq sonsuz bir çöküntüyə götürür.

Bu baxımdan “Allahdan(c.c) başqa ibadətə layiq olan tanrı olmadığı, Onun Yalnız və Tək olduğu” əsas açıqlamasına bir göz atası olsaq Allah(c.c) qorxusu xaricində, məsələ ilə əlaqəli bütün qorxu və ümidlər, sanki sehirli bir çubuğun hərəkəti sayəsində sanki itib gedər.Başqa bir ifadə ilə birini özünüzə ağa olaraq seçdiyiniz təqdirdə digərlərinə qulluq etməkdən qurtulacaqsınız.Onların özlərinin belə saysız tanrılara əsir olduqları kimi siz də onlara əsir olsanız, bu çox ucuz və zəif bir bazarlıq olar doğrusu.Hamısı bu qədərlə də qalmaz.Bu insanların ibadət etdikləri tanrılar zamanla öz xəyallarının məhsulundan ibarət olmuşdur.Bunlar onlara nə bir yaxşılıq edə bilərlər, nə də zərər verə bilərlər.Bundan başqa bir çox insan özləri kimi ölümlü birisinə ibadət edər.Öz eqoları bunların arasında böyük bir yer tutar.Nə var ki hər biri qazancları bir biri ilə toqquşan və öz mənliklərinin yaratdığı saysız tanrılara boyun əyərlər.Bu da son dərəcə qarışıqlığa səbəb olmaqdadır.

İslamda tövhid, insanoğluna eyni zamanda onun irqinin birlik olmağını təlqin edər və onu irq, məzhəb rəng kimi sinifləndirmələrlə böləcək maneələri ortadan qaldırır.Bu da İslamda beynəlxalq bərabərlik özəlliyinin doğmasına səbəb olur.Beləcə Allah(c.c) tərəfindən insanoğlu hansı əsrdə və harada doğmuş olursa olsun, Onun gözündə hər kəs bərabərdir.Qısaca açıqlanacaq olsa, bax İslamda bu əsas inanc və öyrətmələr onu digər inanclardan üstün tutmaqdadır.

Daha əvvəl də qısacası açıqladığımız kimi İslamın tövhid inancı bölünməz və dəqiqdir.Tanrıçılığa bundan başqa əlavə edilə biləcək bir şəkil yoxdur.O nə birinin atası, nə də anası deyildir, Onun zövcəsi də yoxdur.Onun qız və ya oğlan uşaqlar edinməsi mümkün deyildir.

Tövhid mövzusunda Qurani Kərimin bizə bildirdiyi başqa bir nöqtə də Onun yaratdıqlarının dəqiq bir uyğunluq içində olmasıdır.Bax Einşteini çox təsirləndirən bu uyğunluq idi.O təbiətdə var olan və ona görə ancaq bir Yaradıcının tövhidini vacibləşdirən mükəmməl, qüsursuz bir simmetriyanı təqdir etmək məcburiyyətində qalmışdır.O, bir elm adamı idi və onun bu cür uyğunluqları qəbul etmə və qavraya bilməsi fiziki bir kainatda sərhədliydi.Buna qarşılıq Qurani Kərim yaratmadakı uyğunluğu hər cür sahəyə tətbiq edildiyindən söz edər.Qurani Kərim, Allahın(c.c) yaratdığı təbiətdə, Onun endirdiyi ilahi kitablarda bir ahəngsizlik görülmədiyini, əksinə hər sahədə bir biriləri arasında tam bir uyğunluq və ahəng mövcud olduğunu iddia edər.

Daha da irəliyə gedərək Allahın(c.c) sözləri ilə davranışları arasında möhtəşəm bir uyğunluq tapdığını açıqlayar.Bu da peyğəmbərlərə endirilən ilahi kəlam ilə yaradılış arasında heç bir ziddiyyətin olmaması deməkdir.Bu mövzu Qurani Kərimdə Mülk Surəsinin ilk beş ayəti ilə digər başqa surələrdə fərqli tərəflərdən ələ alınmışdır.

Birlik məsələsinə gələndə, Tövhid insanoğlunun yetişdirilib öyrədilməsində çox önəmli bir rol oynamaqdadır.Bir insanoğlunun düşüncə və davranışlarında bir davamlılıq vacibdir.Bu davamlılıq Allah(c.c) və yaratdıqları ilə əlaqələrdə olmalıdır.Beləcə tövhid, kainatda heç qırılmayan bağlayıcı bir zincir ünsürü olar.İnsanlardan bir bölüm insanların digər insanlara qarşı Allahın(c.c) vəhdaniyyəti adına nifrətlərini artıran sözdə din adamlarının tətbiqlərinə diqqətlərimizi yönəltsək, bunu  daha yaxşı qavraya bilərik.Allahın(c.c) Birlik prinsipi bu tətbiq ilə ziddiyyət içindədir, çünki o Allah(c.c) ilə Onun yaratdıqları arasında imtiyazlar yaradılmasına izin verməz.