Əhmədi müsəlmanların inancları

İndi, camaatlığımızın inanclarının İslama zidd olub olmadığını aydınlaşsın deyə tək-tək sayacağam.

Allahıncc varlığına inanırıq. Onun var olduğu inancına bağlanmaq, ən böyük və ən önəmli həqiqəti qəbul etmək olub, bir xəyali və batil inancın arxasında getmək deyil.

Allahıncc tək olduğuna inanırıq. Onun nə yer üzündə, nə də göy üzündə bir ortağı yoxdur. Hər şey onun yaratdığıdır və onun yardımı və dəstəyinə möhtacdır. Onun nə oğlu, nə qızı, nə anası, nə qardaşı var. O, təkdir və bənzəri yoxdur.

Allahıncc müqəddəsliyinə, bütün qüsurlarından uzaq, hər cür mükəmməlliyə sahib olduğuna inanırıq. Onda əsla qüsur olmadığı kimi, hər gözəlliyə də sahibdir. Onun qüdrəti də, bilgisi də sərhədsizdir. O, hər şeyi əhatə edir, ancaq onu əhatə edən heç nə yoxdur. İlk də sonuncu da, açıq da, gizli də ancaq Odur. O, yaradandır və bütün kainatın da sahibidir. Onun hökmü keçmişdə olduğu kimi, bu gün də davam edir və gələcəkdə də davam edəcək. O, diridir və əbədidir. Əsla eybi və nöqsanı yoxdur. Onun etdikləri öz iradəsinin nəticəsidir və məcbur edilmiş deyildir. Dünyanı əvvəllər necə idarə etdisə, bu gün də elə edir. Sifətləri əbədidir, hər an qüdrətini göstərir.

Mələklərin, Allahıncc məxluqatından olduğuna inanırıq. Onlar, Qurani-Kərimdə zikr edilən qanuna tabe olarlar.

…يَفْعَلُونَ مَا يُؤْمَرُونَ

Yəni “Onlara əmr ediləni edərlər”. (Nəhl sürəsi, ayə 51) 

Müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün Allahıncc hikməti ilə yaradılıblar. Onların varlığı gerçəkdir və Qurani-Kərimdə də onlarla bağlı göstərilən bəyanatlar məcazi deyil. Eynilə insanlar və başqa məxluqlar kimi, mələklər də Allahacc möhtacdır.

Allahcc qüdrətini göstərmək üçün mələklərə möhtac deyil. İstəsəydi, kainatı mələklər olmadan da yaradardı. Ancaq O, mükəmməl hikməti ilə mələklərin yaradılmasını istədi. Beləcə onlar yaradıldılar. Allahcc göz üçün işığı və aclıq üçün çörəyi yaratdı. İşıq və çörəyi özünün ehtiyacı olduğuna görə deyil, insanların ehtiyacları üçün yaratdı. Oxşar şəkildə, Allah mələklərə möhtac deyil. Mələklər Allahıncc bəzi iradələrinin ortaya çıxması üçün vasitədir.

Allahıncc seçdiyi qulları ilə danışdığına və iradəsini onlara vəhy etdiyinə inanırıq. Allahıncc vəhyi kəlmələr şəklində nazil olur, Vəhyin mənasını və kəlmələri vəhyi alan hazırlamaz. Hər ikisi də ona Allahdancc gəlir. Vəhy insan üçün gerçək qidadir. İnsan vəhyi üçün yaşar və o yolla Allahcc ilə əlaqə qura bilir. Allahıncc vəhyi kəlmələri qüvvət və əzəmət baxımından bənzərsizdir.

Heç bir insanın düşünə bilməyəcəyi bu kəlmələr, ifran və hikmət xəzinələridir. Onlar elə bir mədən ocağıdırlar ki, nə qədər dərin qazsanız, o qədər qiymətli cövhərlər çıxararsınız. Vahiy xəzinələri mədən ocağı ilə müqayisədə çox üstündür. Çünki mədən ocağı tükənir, amma vəyhin hikməti tükənməz, bitməz. Vəyhi, üzəri gözəl qoxulu, içi qiymətli incilərlə dolu bir dənizə bənzər. Səthində duranlar gözəl qoxusundan zövq alar, dərinə gedənlər isə incilər taparlar. Vəyhin müxtəlif çeşidləri var. O, bəzən şəriət əmrlərini ehtiva edir, bəzən isə bir nəsihətdən ibarətdir. Bəzən qeybə dair, bəzən isə mənəvi gerçəklər haqqında bilgi verir. Bəzən Allahıncc razılığını, bəzən narazılığını, bəzən sevgi və hörmətini, bəzən isə xəbərdarlıq və qınağını bildirir. Bəzən incə əxlaqı məsələləri bildirir, bəzən də gizli pisliklərdən xəbərdar edər. Son olaraq, biz Allahıncc qullarıyla danışdığına inanırıq. Bu kəlam, onları alanın mənəvi durumuna və şərtlərə görə dəyişir. Bütün İlahi kəlamlar içərisində isə, ən mükəmməl və ən əhatəli olanı Qurani-Kərimdir. Qurani-Kərim ilə nazil olanan şərait və hidayət qiyamətə qədər keçərlidir. Gələcəkdə heç bir kəlam onu aradan qaldıra bilməz.

Dünyanı qaranlıq bürüyəndə, insanların günah və pisliklərə bulaşaraq, şeytanın təsirindən Allahıncc köməyi olmadan xilas olmaları çətinləşəndə, Onun kərəm və rəhməti sonuncu saleh və sadiq qullarından seçdiklərinə dünyanı xəbərdar etmə və doğru yolu göstərmə vəzifəsini verdiyinə də inanırıq.

Allahcc “Peyğəmbər göndərilməyən bir ümmət yoxdur” deyə buyurur. (Fatir surəsi, ayə 25)

Yəni, Allahcc dünyanın bütün millətlərinə peyğəmbər göndərmişdir. Bu peyğəmbərlərin tərtəmiz və sadə həyatı başqaları üçün daima mükəmməl bir örnək və rəhbər olmuşdur. Onlar vasitəsi ilə Allahcc iradəsini ortaya qoyar. O elçilərdən üz çevirənlər həlak olarlar, lakin onu sevənlər isə Allahıncc sevgisinə layiq olarlar. İlahi nemətlərin də qapıları onlara açılır. Onlar özlərindən sonra gələnlərə öndər olurlar. Dünya və axirətdəki xeyirlər də onların taleyinə yazılmışdır.

Yenə bizim inancımıza görə, keçmişdə insanlığı qaranlıq və pisliklərdən aydınlığa çıxaran İlahi elçilər, müxtəlif mərtəbə və məqamlara sahibdirlər. Onların ən ucası Peyğəmbər Əfəndimiz Hz.Məhəmməddirsav.

Allahcc onu “İnsanların Əfəndisi və bütün insanlıq üçün göndərilmiş bir rəsul” olaraq dəyərləndirmişdir.

Allah ona mükəmməl bilgilər vəyh etdi. Ona elə əzəmətlə yardım etdi ki, dünyanın ən qüdrətli hökmdarları belə onun qorxusundan titrədilər. Bütün yer üzü onun üçün məscid oldu və ümməti dünyanın hər nöqtəsində ortağı və bənzəri olmayan Allaha səcdə etdilər. Haqsızlıq və ədalətsizliyin yerinə haqq və ədalət, zülmün yerinə isə yaxşılıq və şəfqət hökm sürməyə başladı. Ondan öncəki peyğəmbərlər, Peyğəmbər Əfəndimizinsav dövründə yaşasaydılar, ona itaət etməyə və onun izi ilə getməyə məcbur qalardılar. Qurani-Kərimdə belə buyrulmuşdur:

وَاِذْ اَخَذَ اللّٰهُ مٖيثَاقَ النَّبِيٖنَ لَمَا اٰتَيْتُكُمْ مِنْ كِتَا ب وَحِكْمَة ثُمَّ

جَاءَكُمْ رَسُو ل مُصَدق لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهٖ وَلَتَنْصُرُنَّهُ

“Bir zaman Allah bütün peyğəmbərlərdən dəqiq bir öz almışdı. “Sizə kitab və hikmət verdikdən sonra, əlinizdə olan (kəlamı) gerçəkləşdirən bir peyğəmbər olunca, ona mütləq inanıb və ona mütləq yardım edəcəksiniz” demişdir…” (Ali İmran surəsi, ayə 82)

Peyğəmbər Əfəndimiz isə bunu söyləmişdir:

لَوْ كَانْ مُوسٰى وَعِيسٰى حَيَّينْ لَمَا وَسِعَهُمَا اِلَّا اتِّبَاعِى

Musa və İsa bu gün həyatda olsaydılar, mənə itaət etməkdən başqa çarələri olmazdı.” (El-yavakit vel cevahir, c.2 s.22, H. 1321, Misir)

Biz, Allahıncc ona yalvaran qullarının dualarını qəbul etdiyinə də inanırıq. O, onları çətinliklərdən qurtarır. O, diridir və Onun yaşadığını insan, hər dövrdə və hər vaxtda hiss edər.  Məsələn: Onun varlığı, bir quyu qazarkən qurduğumuz və quyu tamamlandıqdan sonra artıq ehtiyac qalmadığı üçün dağıtdığımız körpü kimi deyil. Əksinə O, Nurdur və Onsuz hər tərəf qaranlıqdır və hər şey ölüdür. Qulları ondan ayrıldığında onlar cansız bir bədən olurlar. Allahıncc dünyanı yaradıb, sonra kənara çəkildiyi doğru deyil. Onun hər zaman qulları ilə əlaqəsi davam edər. Onlar aziclik və təvazökarlıq göstərdiklərində O, da onlara yönəlir. Halbuki, qulları Onu unutsalar, O, özünü onlara xatırladır. Sonra da xüsusi elçiləri vasitəsi ilə onlara belə deyər:

اِنٖى قَرٖيب اُجٖيبُ دَعْوَةَ الدَّاعِ اِذَا دَعَانِ فَلْيَسْتَجٖيبُوا لٖى

وَلْيُؤْمِنُوا بٖى لَعَلَّهُمْ يَرْشُدُونَ

“Mən onlara çox yaxınam. Mənə dua edənlərin duasını qəbul edirəm. Onlar doğru yolu tapsınlar deyə, mənim əmrlərimə boyun əysinlər və Mənə inansınlar.” (Bəqərə surəsi, ayə 187)

Bizim başqa bir inancımız da, Allahıncc öz xüsusi təqdirini istədiyi zaman həyata keçirməsidir. Bu dünyada baş verən hadisələr yalnız təbiət qanunları ilə idarə edilməz. Bu qanunlardan kənarda xüsusi qanunlar da var. Onlar vasitəsi ilə Allahcc gücünü və əzəmətini ortaya qoyar və beləliklə qüdrətini göstərər. Cəhalətləri ucbatından bəzilərinin inkar etdikləri məzh bu qanunlardır. Belələri təbiət qanunlarından başqalarına inanmazlar. Təbiət qanunları təbii qanunlar olduğu halda, belələri onları İlahi qanunlar sayarlar. Halbuki, onlara təbiət qanunları deyilə bilər, İlahi qanun deyilməz. İlahi qanunlar elə qanunlardır ki, onlar vasitəsilə Allahcc sevdiyi seçilmiş qullarına yardım edər və dostlarının düşmənlərini aşağılayaraq yox edər. Belə qanunlar olmasaydı, dostu olmayan zəif Musa, zalım və qüdrətli bir Fironun qarşısında qalib gələ bilərdimi? Musa zəif və Firon qüvvətli ikən, Musa uğur qazanır və Firon uğursuz ola bilərdimi? Əgər təbiət qanunlarından başqa qanun yoxdursa, Peyğəmbər Əfəndimizsav onu və təbliğatını yox etməyə and içmiş Ərəbistana qarşı zəfər qazana bilərdimi? Hər qarşıdurmada Allah Peyğəmbərinəsav yardım etdi və düşmənlərinə qalib gəlməsini təmin etdi. Düşmənlərinin hər hücumu uğursuzluqla nəticələndi və sonunda, 10 min müqəddəs ilə 10 il əvvəl həyatını qurtarmaq üçün bir fədakar dostunun müşayiəti ilə köç etməyə məcbur olduğu vadiyə təkrar girdi. Təbiət qanunları bu kimi hadisələri izah edə bilərmi? Təbiət qanunları sadəcə qüvvətlinin zəif üzərində qələbəsini, zəifin isə qüvvətli qarşısında ölümünü təmin edər.

Yenə inancımıza görə, öldükdən sonra insan yenidən diriləcək və yaşadığı zaman etdiyi əməllərinin hesabını verəcək. Yaxşı əməllər edənlər böyük mükafatlara layiq görülücəkdir. Ancaq Allahıncc əmrlərini heçə sayanlar isə cəzalandırılacaqlar. İnsanı bu hesabdan heç nə qurtara bilməz. İnsan yandırılıb külə dönə bilər və külləri havaya sovrula bilər, ya da quşlar, heyvanlar və qurdlar tərəfindən məğlub edilib toza və o toz da başqa bir şeye dönə bilər, amma aqibəti nə olur olsun, ölümdən sonra yenə diriləcək və əməllərinin hesabını vermək üçün Yaradanın qarşısına çıxacaq. Allahıncc qüdrəti insanın yenidən dirilməsi üçün onun maddi bədəninin sapsağlam olmasına ehtiyac duymur. Allahcc, insanı ruhunun və ya varlığının ən kiçik zərrəsindən yenidən həyata qaytarmaq qüdrətinə sahibdir və bu onsuzda belə olacaq. Bədən kül olsa da onun heç olub itməsi mümkün deyil. Həm də bədəndə yerləşən ruh da, Allahıncc razılığından kənar əsla yoxa çıxa bilməz.

Allahıncc sonsuz şəfqət və mərhəmətinin nəticəsi olaraq, Allahı rədd edən və onun dininə qarşı (İslama) müxaliflik edənləri bağışlamasına qədər, hər biri Cəhənnəmdə bir yerdə qalacaqlar. Orada cəza olaraq son dərəcə şiddətli istiliyə məruz qalacaqlar. Bunun məqsədi cəhənnəmdəkilərə əziyyət çəkdirmək deyil, bu yolla onları islah etməkdir. Cəhənnəmdə onlar zamanlarını fəryad və ah-nalə içərisində keçirəcəklər. Sonra bir zaman olacaq ki, hər şeyə sahib olan Allahıncc rəhməti onları da əhatə edəcək. Ondan sonra, Peyğəmbər Əfəndimizin elan etdiyi  bu İlahi vəd yerinə yetəcəkdir:

“Bir zaman gələcək ki, Cəhənnəmdə heç kimsə qalmayacaq, küləklər əsəcək və Cəhənnəmin qapı və pəncərələri əsən küləklərə çırpılıb duracaq.” (Tefsir Maalamü’t Tenzil, Hud Surəsi, ayə 107)

Bizim başqa bir inancımıza görə, Allahacc, peyğəmbərlərinə, mələklərinə və kitablarına iman edənlər, Ondan gələn əmrləri ürəkdən qəbul edənlər, qorxu və rahatlıqla Onun önündə səcdə edənlər, varlı olduqları halda kasıb kimi yaşayanlar, insanlığa xidmət edib, rahatlıqlarını və dincliklərini başqaları üçün fəda edənlər, nifrət, zülm, təcavüz və sair hər cür azğınlıqdan uzaq olanlar və yaxşılıqda örnək olanlar Cənnətə gedəcəklər. Orada rahatlıq və sakitlik hökm sürəcək, əziyyət olmayacaq. Orada olanların hamısı Allahıncc lütfünə layiq olacaq, Allahcc onlara camalının göstərəcək və Onun lütfü və ehsanı hər kəsi əhatə edəcək. Cənnətdəkilər Allahacc o qədər yaxın olacaqlar ki, Onun xüsusiyyətlərini əks etdirən bir güzgüyə bənzəyəcəklər. İnsana aid olan bütün əhəmiyyətsiz arzular yox olacaq, onların yeganə arzuları Allahıncc arzuları olacaq. Hamısı əbədi həyata qovuşaraq, Allahın sifətlərinin təzahürü halına düşəcəklər.

Bizim inandıqlarımız bunlardır. Bir insanın Müsəlman ola bilmək üçün mənimsəməsi lazım olan inanclar da bunlardır. İslam üləması da bizim bəhs etdiyimiz bu inanclardan danışmışdır. Biz onunla tamamilə eyni fikirdəyik.