Islam

Həqiqət heç kimin sərəncamında deyildir. İslamın, heç bir dində olmayan xüsusi xarakterindən bəhs edərkən diqqəti ən çəx cəlb edən xüsusiyyət odur ki, həqiqət təkcə İslamdadır və ya İslamdan özgə həqiqi din mövcud olmadığı yolunda bir iddianı İslam müdafiə etməz. Yaxud da İslam, yer üzündə Allahın yeganə sevgili qullarının Ərəblər olduğunu da iddia etməz. Millət mövhumunu rədd edən yegənə din İslamdır. İslamda hər bir din və ya məzhəbin həqiqətləri deməyə icazəsi vardır. İslamda dinin sərəncamı, heç bir irqin və ya millətin hakimiyyətində deyildir. Əla xüsus,

kainatda insanların hamısına hakim olan və hökm edən, təkcə ilahi yaradandır. Quranda Allah tərəfindən təqdis edilməyən heç bir irq və ya millətin mövcud olmadığı qeyd olunur. Yer üzündə, Allah tərəfindən elçi və ya peyğəmbər göndərilməmiş heç bir millət mövcud deyildir. Allahın, bütün insanları musavi yaratdığı həqiqətini müdafiə edən İslamdan başqa, dünyada heç bir kitabda Allahın başqa millətləri də ilahi əmri ilə doğru yola yönləndirdiyinə dair qeyd mövcud deyildir. Dünyadakı insanların yaradılışında, Allahın onlara xeyli əhəmiyyətlə yanaşdığına dair İslamın irəli sürdüyü fikrə qarşı özgə heç bir dini kitabın bunu doğruladığına şahid olunmadığı, hətta, tarixin heç bir dövründə insanların və millətlərin Allah tərəfindən yol göstərildiyinə dair qeydlər tapıla bilmədiyi görülür. Həqiqət odur ki, həqiqi və yerli dinlərin mövqeyi çox zaman yüksək qiymətləndirilmiş və ona görə də digər dinlər tamamən inkar edilmişdir. Əgər Allah təkcə bir dini inamı müdafiə edib, onu bir tək irq və ya millətə tapşırsaydı, dünyanın digər iqrləri və millətlərinin mövcudiyyətini dansaydı, onda həqiqət günəşi təkcə bir üfüqdən doğar və təkcə bir üfüqdən də batardı ki, bu da dünyanın digər irq və millətlərinin tamamən danılması və onların əbədi qaranlığa məhkum edilməsi demək olardı. Məsələn “Qədim Əhd” olaraq bilinən kitabda, təkcə İsraillilərin Allahından söhbət gedir.

“İsraillilərin Allahı Rəb, əzəldən əbədiyyətə kimi mübarək olsun.”

O, digər məntəqələrdə başqa xalqlara Allah tərəfindən endirilən kitablara və ya dinlərə heç təmas etmir. Beləliklə də Allah tərəfindən göndərilən kitab və peyğəmbərlərin hamısının İsrail oğullarına aid olduğu yolunda bir inam, İncilə əsaslanaraq, İsraillilər arasında yayğın olan bir əqidədir. İsa belə özünün bir yəhudi qəbiləsinə rəhbər olaraq göndərildiyini qeyd edir.

“İsraillilərin Allahı Rəb, bugün məni qarşılamaq üçün səni göndərdi.”

Hətta o, bunu öz sözlərilə belə izah etdi:

“İtlərə müqəddəs olan şeyləri vermə və donuzların qabağına da öz mirvarilərini tökmə.”

Eynisilə, hinduların dini kitabları da bu mövzuya təmas edir və qeyd edir, “dinin təkcə yüksək sinfə aid olfuğunu” bəhs edir. Hinduların dini kitabı bu haqda qeyd edir ki,

“əgər onların biri Vedasin kitabından bir şey eşitməli olsaydı, onda Qral qulaqlarını əridilmiş bal mumu və güllə ilə doldurmalı olacaqdı. Əgər o, eyni kitabdan bir ayət oxumuş olsaydı onun dili parçalanmalı, əgər o həmin kitabdan bir ayət oxumağı bacarsaydı, onda onun bədəni parça parça edilib cırılmalıydı.”

Biz belə qeyri-insani şeyləri nəzərdə tutsaq, onları daha az bir səviyyədə izah etsək belə, dünyada müxtəlif dinlərə mənsub olan dini kitablar, özgə diyarlarda yaşayan insanların və onların dinlərinin mövcudiyyətinə heç əhəmiyyət verməzlər. Burada özünü biruzə verən məsələ odur ki, əgər bu dinlər həqiqətdə mövcud olsaydı, onda Allahın bu doğru yolu, nəyə görə təkcə xüsusi bir qrup üçün məhdudlaşdırılırdı? Quran bu məsələyə böyük bir açıqlıq bəxş edir. Qurandan qeyd olunur ki, Allahın elçisi Məhəmməd Peyğəmbər təyin olanda, o, dünyanın hər bir tərəfinə və hər bir millətinə elçilər göndərdi, onları İslama dəvət etdi. Lakin digər dinlərin yayılma sahəsi və vəzifələri müvəqqəti idi. Çünki, hələ o vaxtlar insanların mədəniyyəti, kainatı əlaqədar edən bir xəbərlə nazil olan, Allahın elçisini qəbul edə biləcək bir mərtəbəyə çatmamışdı.

CAHANŞÜMUL BİR DİN

Quranın ilk səhifəsində aləmləri yaradan və onların sahibi olan Allahı şükr edilir və ən son ayətdə isə bütün bəşəriyyətin yeganə yaradanı olan Allaha dua etməyimiz əmr olunur. Beləliklə Quranın ilk və son səhifəsi, bütün kainatı əhatə edir və Yaradanın təkcə Ərəblərin və ya təkcə Müsəlmanların Allahı olduğundan söhbət getmir. Qeyd etmək olar ki, Həzrəti Məhəmməddən qabaq heç bir kəs, bütün kainatın qayğısını və onun müdafiəsini öhdəsinə götürməmişdir. Eyni zamanda, Qurandan özgə heç bir dini kitab, birbaşa bütün dünya xalqlarına xitab etməmişdir. Həzrəti Məhəmmədin vəzifəsi Quranda öz əksini belə tapmışdır:

“Biz səni ancaq bütün insanlara cənnəti muştulayan, xəbərçi kimi, peyğəmbər göndərdik, lakin onların çoxu bunu bilməzlər.”(Quran – 34:29)

Daha sonra yenə Quranda əmr olunur ki:

“Ey insanlar! Mən sizin hamınıza gələn Allahın Peyğəmbəriyəm.” (Quran – 7:159)

Bu haqda yenə Quranda qeyd olunur ki,

“o Quran ancaq bir öyüddür, bütün aləmlər üçündür.” (Quran- 81:28)

Quran, özünü bütün insanlıq və bəşəriyyət üçün, onun yüksəlməsi yolunda rəhbər bilmişdir.

Quran, həmişə digər dinlərə gələn kitabların doğruluğunu və Müsəlmanların hamısının öz peyğəmbərləri Həzrəti Məhəmmədə qoyduqları hörmətlə yanaşmalarını əmr edir. İslam, digər dinlərə və onlara gələn kitablara hörmətsizlik edilməsini qadağan etmişdir. Quran bu haqda bildirir ki:

“Peyğəmbər və möminlər Yaradan tərəfindən endirilən Qurana iman etdilər, onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdilər. Peyğəmbərlərindən heç birinə fərq qoymazıq, eşitdik və iman etdik. Ey Rəbbimiz! Məqfirətini istəyirik, dönüşümüz ancaq sənədir, deyə qeyd etdilər.” (Quran – 2:286) 

İslamın bu məsələ üzərində nəyə görə bu qədər israrla dayandığını başa düşmək üçün, onun cahanşümul bir dini xarakteri ərz etdiyini dərk etmək lazımdır. İslam, indiyə kimi dünyanın hər bir tərəfində yaşayan insanlar arasında birliyin yaradılması ilə əlaqədar xəbər yetirən bir dindir. İslam bu gün bu xüsusiyyəti müxtəlif dünya millətlərini bir yerdə cəmləşdirməklə biruzə vermişdir. Elə bu öz növbəsində, dünya mill ətləri arasında bir birliyin  yaradılması üçün ən birinci xüsusiyyətdir. Ona görədir ki, eramızın mədəni insanlarının bir ehtiyac kimi hiss etdikləri bu təkamülün toxumu bundan 1400 il qabaq İslamın gətirmiş olduğu xəbərlə ətraf yayılmışdır. Bugün bir yerdən başqa bir yerə səyahət etməyin asanlığını Müsəlmanların başqa millətlər və ölkələr arasındakı rabitəsini daha da asanlaşdırmışdır.