Şeyx Sədi (Allah ona rəhmət etsin) yazır ki, bir padşah bezdirici bir xəstəliyə tutuldu. O, kərəmli Allahın ona şəfa verməsi üçün dualar istədi.
Şeyx Sədi cavab verdi: “Sizin zindanda minlərlə günahsız insan məhbusdur. Onların lənətlərinə qarşı mənim duam necə qəbul olunsun?” Padşah əsirləri azad etdi və sonra sağaldı. Bu o deməkdir ki, əgər Allah əhlinə mərhəmət göstərilsə, Allah da Öz mərhəmətini göstərir.
(Məlfüzət, cild 9, səh. 369)