Biz ancaq kiçik bir işin əvəzini verən o Uca Allaha ibadət etməliyik. Bir hekayədə deyilir ki, bir dəfə üç nəfər dağda tələyə düşmüşdü. Mağaraya sığınmışdılar ki, mağaranın qabağına daş düşərək çıxışı kəsdi. Bunun üzərinə: “İndi bizi ancaq saleh əməllərimiz xilas edəcək” dedilər.

Onlardan biri dedi: “Bir dəfə bir neçə işçi tutdum. Onlardan biri ödəniş edilməmiş getdi. Mən onu axtardım, amma tapa bilmədim. Mən onun maaşından bir neçə ildən sonra sürüyə çevrilən bir keçi aldım. Bir gün o adam peyda oldu və dedi ki, mənim üçün işləyəcək və onun zəhmətinin qarşılığını vermək mənim xeyirxahlığım olacaq. Bütün sürüyü ona təhvil verdim. Allahım! Əgər mənim yaxşı əməllərimi bəyəndinsə, çətinliyimi mənim üçün yüngülləşdir”. Qaya bir qədər yüksəldi. Sonra ikinci şəxs öz əhvalatını danışdı və dedi: “Allahım! Əgər mənim yaxşı əməllərimi bəyəndinsə, çətinliyimi yüngülləşdir”. Qaya bir az daha yüksəldi.

Üçüncü şəxs öz hekayəsini belə təsvir etdi: “Anam qocalmışdı. Bir gecə bir stəkan su istədi. Mən suyu gətirəndə o, artıq yatmışdı. Narahat olacağından qorxaraq onu oyatmadım. Bütün gecəni bir stəkan su ilə dayandım. Səhər oyananda suyu ona verdim. Allahım! Əgər mənim yaxşı əməllərimi bəyəndinsə, çətinliyimi aradan qaldır”. Daha sonra qaya onların qaçmasına imkan verəcək qədər hərəkət etdi. Uca Allah onların hamısını yaxşı əməllərinə görə mükafatlandırdı.

(Məlfüzət, cild 6, səh. 26-27)