Həqiqi ədalət və sülh
Mirzə Məsrur Əhməd Həzrətləri, Xəlifətul-Məsih V aba, dünya miqyasında Əhmədiyyə Müsəlman Cəmiyyətinin ali rəhbəridir. O, Vəd edilmiş Məsih və islahatçı olan Qadiyanlı Həzrət Mirzə Qulam Əhmədinas beşinci varisidir.
Mərhum Mirzə Mansur Əhməd və mərhuma Nasirə Begum Ahmad Həzrətləri 15 sentyabr 1950-ci ildə Pakistanda, Rabvahda anadan olub.
22 Aprel 2003-cü il tarixində Əhmədiyyə Müsəlman Cəmiyyətinin ömürlük Xəlifəsi vəzifəsinə seçilən Mirzə Məsrur Əhməd Həzrətləri, dünya miqyasında 200-dən çox ölkədə yayılmış milyonlarla üzvü olan beynəlxalq bir dini təşkilatın mənəvi və inzibati rəhbəri kimi xidmət edir.
Xəlifə seçildiyi gündən bəri, Mirzə Məsrur Əhməd Həzrətləri dünya miqyasında İslamın sülhməramlı mesajını hər kəsə çatdırmaq üçün həm digital, həm də çap mediasında kampaniyalara rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Əhmədiyyə Müsəlman Cəmiyyətinin milli qolları İslamın həqiqi və dinc təlimlərini əks etdirən kampaniyalara başladılar. Bütün dünyadakı Əhmədi müsəlmanlar milyonlarla ‘Sülh broşurasını müsəlmanlara, həm də qeyri-müsəlmanlara çatdırmaq, dinlərarası və sülh simpoziumlarına ev sahibliyi etmək, Qurani Kərimin həqiqətlərini və nəcib mesajını təqdim etmək üçün sərgilər keçirməklə ciddi səylə məşğuldurlar. Bu kampaniyalar dünya media miqyasında işıqlandırıldı və İslamın sülhü dəstəklədiyini, yaşadığı ölkəyə sədaqətini və insanlığa xidmətini nümayiş etdirirdi.
2004-cü ildə Mirzə Məsrur Əhməd Həzrətləri sülh və barışın təşviqinə dair fikir mübadiləsi aparmaq üçün hər sahədən olan qonaqların bir araya gəldiyi hər il keçiriləcək Milli Barış Simpoziumunu fəaliyyətə başlatdı.
Hər il simpozium bir çox xidmətdə olan nazirlərin, parlamentarilər, siyasətçilər, dini liderlər və digərləri hörmətli qonaqların marağına səbəb olur.
Mirzə Məsrur Əhməd Həzrətləri insanlığa xidməti təbliğ etmək və asanlaşdırmaq üçün dünya miqyasında səyahətlər etmişdi. Mirzə Məsrur Əhməd Həzrətlərinin rəhbərliyi altında Əhmədiyyə Müsəlman Cəmiyyəti dünyanın ucqar yerlərində mükəmməl təhsil və səhiyyə xidmətlərini təmin edən məktəblər və xəstəxanalar tikdirmişdi.
Mirzə Məsrur Əhməd Həzrətləri cəmiyyətin hər təbəqəsində sülh yaratmağa çalışır. O, Əhmədiyyə Müsəlman Cəmiyyətinin üzvlərinə davamlı olaraq nəsihət edir ki, ‘Cihad’ (və ya mübarizə) həyata keçirmək üçün Cihadın həqiqi və ən böyük forması olan fərdi islahatlara can atın, beləliklə, hər bir Əhmədi Müsəlman hər şeydən əvvəl özündə hüzur yaratmalıdır, daha sonra başqalarına hüzur tapmaq üçün kömək etməlidir.
Mirzə Məsrur Əhməd Həzrətləri eyni mesajı bütün digər insanlara da verir. O, Melburnda xüsusi bir qəbulda qeyri-müsəlman bir qonağın sülhməramlılıqla əlaqəli bir sualına cavabında demişdi:
“Əgər sənin içində hüzur varsa, deməli sən sülhü tərənnüm edirsən. Və əgər bizim hər birimizin içində hüzur varsa, bu o deməkdir ki, biz sülhü başqalarına tərənnüm edəcəyik.”
Fərdi və kollektiv səviyyədə, yerli, milli və beynəlxalq platformalarda, Mirzə Məsrur Əhməd Həzrətləri İslamın həqiqi təlimləri əsasında sülhməramlılığın praktiki tərəfləri haqqında hamıya tövsiyələr verməyə çalışır.
Mirzə Məsrur Əhməd Həzrətləri hazırda Londonda, İngiltərədə yaşayır. Əhmədi müsəlmanların mənəvi lideri kimi bütün dünyada o, təravətli sülh və mərhəmət mesajları vasitəsilə güclü şəkildə İslamı dəstəkləyir.
Vəd olunan Məsihin 5-ci varisi, Əhmədiyyə Müsəlman İcmasının rəhbəri Həzrət Mirzə Məsrur Əhmədin yekun müraciəti, Əhmədiyyə Müsəlman İcmasının illik 23 Avqust 2015-ci il tarixli Konqresi
Urdu Dilindən tərcümə olunmuşdur.
Ənənəvi İslam duaları oxuduqdan sonra (Taşahhud [1], Ta’avwuz [2] və Fatihə Surəsi[3]) Mirzə Məsrur Əhməd Həzrətləri oxumağa başladı:
إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.”[4]
Nizamsızlıq və korrupsiya bu gün dünyada hər sülhsevər insanı kədərləndirir. İnsanlığa rəğbət bəsləyən və şəfqətli olan hər kəs dünyadakı bu vəziyyətə görə heyrət içində və narahatdır.
Bu iğtişaşların İslam dünyasında daha sıx bir şəkildə meydana gəldiyi və ya buna müsəlmanların səbəb olması ilə bağlı çox şey deyildi və yazıldı. Bu səbəbdən ümumiyyətlə dinin və xüsusən İslamın (Allah qorusun) bu anlaşmazlığın kökü olduğu qənaətinə gəlinir. İndiyə qədər Qərb dünyası bu qarışıqlıqların hamısının İslam və ya az inkişaf etmiş millətlərlə məhdudlaşacağına və bunun yalnız onların özlərində bir problem olduğuna inanırdı və (yəni inkişaf etmiş millətlər) bu problemləri həll etmək və ədalət qurmağa çalışmaq adı ilə onlara (az inkişaf etmiş millətlərə) kömək etməyə davam edəcəkdi.
Yardım etmək və ədalət yaratmaq bəhanəsiylə, onların əsas hədəflərindən biri öz üstünlüklərini təmin etmək və bu (az inkişaf etmiş) ölkələrin resurslarından faydalanmaq idi. Əslində, bəzi böyük güclər və dinə qarşı qüvvələr ciddi səhv etmişdilər. Artıq zaman göstərdi ki, bu yalnız müsəlman dünyası ilə məhdudlaşan bir problem deyil. Ekstremizm və terrorizmə meyl tendensiyası İslam dünyası ilə məhdudlaşmır; əksinə, qərbə və dünyanın inkişaf etmiş hissələrinə səpələnmiş, böyük qorxu mənbəyi olmuş və onlar üçün də dəhşətli nəticələrə gətirib çıxartmışdır.
Son bir neçə il ərzində onların diqqətini dünyanın qarışıq bir vəziyyətdə olmasına yönləndirdim. Bu gün bu vəziyyətin dünyanın sadəcə kiçik bir hissəsində olduğunu düşünmək səhvdir. Əksəriyyət sözlərimlə və izahatlarımla razılaşsa da, daha sonra dünyanın, xüsusən də inkişaf etmiş dünyanın, “onun” təsvir etdiyi dəhşətli vəziyyətlə qarşılaşacağını düşünmədiklərini söyləyəcəklər. Ancaq bu gün, onların liderləri və dünyadakı vəziyyəti yaxından müşahidə edənlər, hətta inkişaf etmiş dünyanın belə bu xaosdan və qorxunc şəraitdən təhlükəsiz olmadığını söyləməyə başlayıblar. Bununla belə, İngiltərə Baş nazirinin açıqlaması da bu təhlükəli çətinliyi ifadə edir. Avstraliyanın Xarici İşlər naziri də oxşar narahatlığını dilə gətirmişdi. İngiltərənin keçmiş ordu rəisi də oxşar düşüncələri paylaşmışdı. Müxtəlif qəzetlər də artıq bu barədə yazmağa başladı. Reallıq budur ki, bu gün dünya zülm və nizamsızlıqla əhatə olunmuşdur.İnsanların inkişaf etmiş və savadlı təbəqəsi bu problemin kökündə müəyyən bir müsəlman qrupu və ya təşkilatı üzündən ifrata varmış dinin olduğuna inanır. Həqiqətdə isə bunun kökündəki səbəb onların dini doğru anlamamasıdır. Dünya bu qarışıqlığa son qoymaq üçün dindən qaçmaq lazım olduğunu düşünür və bu anlayışı təbliğ edən çoxlu təşviqatlar aparılır. Mətbuat və media da dinin bir insanı cahil və küt hala gətirdiyini, ya da onu ekstremistə çevirdiyini söyləyərək öz rolunu oynayır. Onlar insanın yalnız dindən kənar olmaqla irəliləyəcəyini söyləyirlər və inanırlar ki, Uca Allahdan uzaqlaşmaqla inkişaf edə bilərlər. Və bu yalan düşüncənin yayılmasına görə Tanrının varlığını inkar edənlərin sayı hər gün artır.
Əsl həqiqət isə budur ki, dünya Uca Allahı unutduğu üçün iğtişaş içindədir. Bu iğtişaşların səbəbi ya Uca Allahın təlimlərindən və Allahın adından öz xeyrinə sui-istifadə etmək, ya da Tanrının varlığını inkar etməkdən qaynaqlanır. Əslində, onlar Tanrının varlığını ələ salırlar və bütün ədəb sərhədlərini aşırlar.
Xülasə, dünyadakı nizamsızlığın əsas səbəbləri Allahın adına şəxsi qazanclar əldə etmək, insanların ürəyində həqiqi Allah qorxusunun yoxa çıxması və ya dünyəvi hüquq və ideologiyalara üstünlük verərkən, Uca Allahın varlığını inkar etməkdir. Qanun və ədalət sisteminin Uca Allah tərəfindən yaradılmış olmasına baxmayaraq, insan Uca Allahın qanun və ədalət sistemini özünün yaratdığı adət və ədalət sistemindən aşağı hesab edir. İnsan soruşur ki,: niyə dini bilikləri və İslam dininin təlimlərini dövrün tələblərinə görə dünyəvi adətlərimizə, dünyəvi istəklərimizə və dünyəvi qanunlarımıza uyğunlaşdırmırıq? Bu sualı məndən də savadlı bir universitet professoru soruşmuşdu. Ancaq unutmamalıyıq ki, dini təlimlər bayağı olsaydı və bəşəri dəyərlər və prinsiplər dinin təməl dəyərlərindən və prinsiplərindən üstün olsaydı, bu sual ortaya atıla bilərdi. Ancaq biz 1400 ildir ki, qorunan və təlimləri hər cəhətdən üstün olan bir kitaba inanırıq. Bu bütün dövrlərdə insanlar üçün həyatın açarıdır. Bütün bunlar Kainatın Rəbbi və hər şeyi bilən Uca Allah tərəfindən aşkarlanmışdır. Onda niyə Allah insanlar tərəfindən yaradılan qaydalar və qanunlara tabe olsun? Dinin məqsədi insanların dinə riayət etməsinə nail olmaqdır. Din dünyanın və ya insanların istəklərinin arxasınca getmir. Bu gün İslam dindir və Quran insanın onu qavramaq qabiliyyətinə sahib olması şərtilə bütün bəşəriyyət üçün hər dönəmdə bir rəhbərdir. Bu günümüzdə dünyada hüquqların sarsılmasının günahkarı din deyil. Əksinə, dünyəvi qanunlar və ya din adı altında başqalarını aldadan insanlar bunların səbəbkarıdır. Bu gün dünyada müharibələrdə yaşanılan ədalətsizliklər dindən qaynaqlanmır; əksinə bunları yalnız maddi qazanc axtaranlar həyata keçirirlər. Bu gün azadlıq adı altında yayılan əxlaqsızlıq və ədəbsizliyin şok mənzərələri dini təlimlərin bir hissəsi deyil; əksinə, bunlar Uca Allahın əmrlərini məhv edən, insanların yaratdığı qanunların səbəb olduğu tənəzzüldən qaynaqlanır. İnsanın gücünü, şücaətini və üstünlüyünü ifadə etmək Uca Allahın təlimi deyil. Daha doğrusu, bu, insanın ixtirasıdır, çünki insan özünü hər şeydən üstün hesab edir.
Buna görə də, bu gün dünyada nəyə şahid oluruqsa, o, insanın özünü ən ağıllı hesab etməsi və vəhy işığından məhrum olması ilə əlaqədardır. Bu məsələ Qurani-Kərimdə bu şəkildə qeyd edilmişdir:
ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُم بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ
“İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar.”[5]
İnsanın yaratdığı bu qarışıqlığa görə nə zənginlər, nə də kasıblar, nə dindarlar, nə də dinsizlər təhlükəsizlikdədirlər. Aydındır ki, bu şərtlər altında insan Uca Allah tərəfindən tutulacaq və cəzalandırılacaq. Bu Yaradandan uzaq qaçmağın təbii nəticəsidir. Təbii ki, Yaradan olan Uca Allahdan uzaqlaşdığımızda, nəticə olaraq Onun tərəfindən cəza almaq aydın məsələdir. Belə ki, yalnız Uca Allah bilir və O, əməllərinə görə axirətdə onlara veriləcək cəzanın daha yaxşı hökmçüsüdür. Fəqət, Uca Allah yaratdıqlarını cəzalandırmaqdan heç vaxt məmnun olmaz. Uca Allah yaratdığının doğru yolu tapdığını və iğtişaşdan qaçdığını gördükdə, övladını dəhşətli halda itirib sonra tapmağa sevinən bir anadan daha xoşbəxt olur. Ana övladını dəli kimi axtarır və həm ümidlə, həm də ümidsizlik içində gəzir, uşağının sağ olub-olmadığını düşünür. Sonra birdən onu tapır və qucaqlayır. Halbuki, Uca Allah Öz yaratdıqlarını bundan daha çox sevir. Bir insan Ona tərəf gəldikcə, Allah [o anadan] daha xoşbəxt olur. Bu sevginin nəticəsidir ki, Uca Allah dünyanı islah etmək və onlara doğru yolu göstərmək üçün peyğəmbərlərini və elçilərini göndərir ki, dünya məhv olmaqdan və səhv əməllər və nizamsızlıq üzündən cəzalandırılmaqdan qurtulsun. Uca Allah insanları oda düşməkdən xilas etmək istəyir və onları sadəcə xilas etməz, həm də mükafatları ilə onları lütfləndirər
Bu şərtlər və bu dövrlə əlaqədar olaraq Vəd edilmiş Məsihas deyir:
“İnsanlar bu anda mənəvi suya həsrətdir, amma yer üzü tamamilə bəhrəsiz və cansızdır. Bu, ‘quruda və dənizdə fəsadın ortaya çıxdığı” bir dövrün təcəssümü oldu.[6]
ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ
“Cəngəllik və dəniz zay oldu. “Cəngəllik” deyəndə kafirlər, ‘dəniz’ deyəndə isə, kitab insanları anlaşılır. Bu həm də cahil və kamil insanlar kimi anlaşıla bilər. Deməli, cəmiyyətin hər təbəqəsində bir nizamsızlıq var. Dünyada hansı tərəfə baxsaq, görərik ki, hər şey dəyişilib. Mənəviyyat artıq mövcud deyil və nə də onun təsiri görünmür. İstər gənc olsun, istər qoca, hamı özünü ölümsüzlüyə qapdırıb. Göründüyü kimi, Allaha ibadət və Onun varlığı haqqında bilgi tamamilə yox olmuşdur. Hal-hazırda, o qəlblərə nazil olmaq və onları nurlandırmaq üçün səmavi suya və peyğəmbərliyin [mənəvi] nuruna ehtiyac var. Uca Allaha şükür et! Çünki O, mənəvi nurunu bu gün Öz lütfü ilə bizə göndərdi. Ancaq bu mənəvi nurdan bəhrələnənlər azdır. ”[7]
Beləliklə, insanlığı xilas etmək üçün uca Allah öz sünnətinə uyğun hərəkət edir [yol]. O, insanlara iğtişaşlardan qorunmağın yollarını göstərmək və bəşəriyyəti hidayət etmək üçün elçilərini göndərməyə davam edir. Bu dövrdə O, vəd olunmuş Məsihias [Mirzə Qulam Əhməd Qadiyan Həzrətlərini] göndərdi. Dünyanın mövcud vəziyyəti göstərir ki, Müsəlmanlar korlaniblar – çıxışçılardan biri də bunu müəyyən bir ölkəyə istinad edərək qeyd etmişdi -və başqa inancların ardıcılları və eyni zamanda heç bir dinə tabe olmayanlar arasında da pis insanlar var. Dünya su olduğunu düşündüyü şeyə doğru qaçır. Lakin, bu su deyil – bu bir ilğımdır. Həqiqi su və mənəvi nur Uca Allah tərəfindən göndəriləndir. Müsəlman dünyası və digərləri şükür etməli və bu mənəvi nur tərəfindən yönləndirilib, bu vahədən qidalanmalıdırlar. Lakin onlar bunun yerinə, qaranlığa qərq olub, çirkli gölməçələrdən qidalanırlar. Təəssüf ki, müsəlmanlar Müqəddəs Peyğəmbərin həqiqi xidmətçisinə [vəd edilmiş Məsih] hörmət göstərmirlər. Çirkli suyu təmiz düşünüb, qərəzli alimlərin təlimlərinə riayət edirlər. Digərləri də həqiqi etiqadı tanımaq əvəzinə bəhanə gətirirlər; dolayısıyla bu gün dünya inancı tamamilə tərk edir. Onlar Uca Allahın varlığını tamamilə inkar edirlər. Baxmayaraq ki, müsəlmanların əksəriyyəti inanclarında və ehkamlarında möhkəm [özlərini müsəlman hesab edənlər] olduqlarını iddia etsələr də, üləma [alimlər] onların zəkasını kor edib, təhsil və təcrübələrini dərindən tələf etdi. Bu onlara qarşı irəli sürdüyüm bir ittiham deyil; əksinə bu hamının gördüyü həqiqətdir. Müsəlman dünyasındakı iğtişaşlar, din, Tanrı və Peyğəmbər adına baş verən qırğınlar və başqa ekstremist hərəkətlər hamı üçün bəllidir. Hökumətlərin öz xalqlarına qarşı ədalətsiz olmaları, eyni zamanda xalqların üsyankarlıqları və haqsızlıqları bunun sübutudur. Kütlə üləmalarından [alimlərdən] məsləhət istəyəndə onlarda eqoist istəklərindən başqa heç bir şey tapmır. Müqəddəs Peyğəmbərin bu alimlərdən qarışıqlıq xaricində başqa bir şey çıxmayacağını söyləyərkən haqlı olduğunu görürük. Onların sözlərində və əməllərində ziddiyyət var , onlardan cəhalət və ixtilafdan başqa heç nə öyrənmək olmaz. [8]
Beləliklə, bugünkü ‘Üləmanın ifadələri və əməlləri əslində Peyğəmbər Həzrətlərinin düzlüyünün sübutudur. Bundan əlavə, müsəlmanların mənəvi degenerasiyalarının və inanclarının azalmasının qurbanı olduqları da kifayət qədər aydındır. ‘Üləmalar [alimlər] özləri cahil olanda və şəxsi maraqlarına əsaslanan sərəncamlar verəndə müsəlmanların ümumi vəziyyətinin necə olduğu daha aydın olur. ‘Üləmalar öz mənfəətləri naminə İslam təlimlərini o dərəcədə təhrif etdilər ki, hətta başqalarının haqqlarını qəsb etmək onlar üçün normal hal idi. Bu cür sərəncamlar Pakistanda indi çox yayğındır, çünki Əhmədilər İslamdan kənar hesab olunurlar.
لَا اِلٰـہَ اِلَّا اللہ مُحَمَّدُالرَّسُوْلُ اللہ
“Allahdan başqa ibadətə layiq heç kim yoxdur; Məhəmmədas Allahın elçisidir” oxumaqlarına baxmayaraq, onlar İslamın bir hissəsi olmadıqları üçün mallarını qarət etmək və ələ keçirmək caizdir. Yenə də, özləri fərqli məzhəblərə bölünürlər və nifrət alovları yayırlar. Allah-Təala onların öz aralarında nəvazişli olduqlarını bildirir.[9]
Sevgi və qardaşlıq nümayiş etdirməkləri bir yana, həm də aralarında bir-birinə qarşı dərin nifrət inkişaf edir. Beləliklə, bu, müsəlmanlar arasında da fəsadların mövcud olduğuna dəlildir. Və belə bir zamanda Öz Elçisini göndərməsi Uca Allahın mərhəmətinin bir zərurəti idi. Həqiqətən də, Uca Allah öz ənənəsinə və vədinə sadiq qalaraq Qadiyanlı Mirzə Qulam Əhməd Həzrətlərini göndərdi. Lakin əvvəl də qeyd etdiyim kimi üləma [alimlər] onu qəbul etmək əvəzinə müsəlmanları çaşdırır və müsəlmanların da ona qarşı çıxmalarına şərait yaradırdılar. Uca Allahın və Rəsulunun təlimatını yerinə yetirən və vahid bir ümmət olmağa çalışan birini cavablandırmaq və səsinə qulaq verməkdənsə, onlar nizamsızlıq və ixtilaf içində aralarında qan tökürlər və dünyanın qalan hissəsinə də mənfi təsir göstərirlər. Buna görə qarşı-qarşıya gələn qeyri-müsəlman güclər, müsəlmanların zəifləmiş vəziyyətindən faydalana bilirlər. Onlar İslama qarşı ittihamlar irəli sürür və ona hücum edirlər. Onlar İslamı xaos, nizamsızlıq və ekstremizm dini kimi qaralayırlar. Onlar dünyada sülhün və barışın ancaq qeyri-müsəlmanlar və dindən uzaqlaşanlar tərəfindən qurulacağını sübut etməyə çalışırlar. Ancaq bu güclər bunu açıq şəkildə səsləndirmirlər, ancaq fitnələrini və hiylələrini olduqca ağıllı şəkildə həyata keçirirlər. Bir tərəfdən onlara rəğbət göstərdiklərini və müsəlman dünyasındakı xaosun və nizamsızlığın aradan qaldırılması üçün xidmətlərini təklif edərək müsəlmanlar ilə dinc münasibət qurmağa çalışdıqlarını iddia edirlər.
Digər tərəfdən nə İslam dininin, nə də müsəlmanların pis olduğunu, İslam terrorizmi və qanunsuzluğu öyrətmədiyini və hamının müsəlman dünyasında daha çox rast gəlinən nizamsızlığa son qoymaq üçün birlikdə çalışmalı olduğunu iddia edirlər. Bununla birlikdə, digər tərəfdən də, İslam, terrorizm və şiddət arasında bir əlaqə olduğunu da düşünürlər. Həmçinin, ekstremizmin İslam təlimlərinə görə var olduğunu da söyləyirlər. Onlar bir liderə bir şey söyləyib, eyni zamanda başqalarına tam əksini deməsini söyləyərək, İslama və müsəlmanlara qarşı olanları birləşdirmək istəyirlər.
Bu cür insanlara deyirik ki, İslamla əlaqəli olan təlimlərə gəldikdə, onlar sülh, təhlükəsizlik və sülhün əsasını təşkil edirlər, hansı ki, buna başqa təlimlərdə rast gəlinmir. Müsəlmanlara qarşı çıxış edənlər bunu söyləyərək İslami ekstremist qruplaşmaları daha çox alovlandırdıqlarını xatırlamalıdırlar. Bu cür açıqlamalar verməklə onlar təhsilsiz və bu vəziyyətdən məyus olan müsəlmanları təhrik etməkdə rol oynayırlar. Dini günahlandırmaqla sülh yaradıla bilməz; əksinə, dini kənara qoyaraq qanunsuzluğa və haqsızlığa qarşı kampaniya apararaq uğur əldə etmək olar. Onlar öz rollarını qanunsuzluq və zülmə qarşı kampaniya aparıb, müvəffəqiyyət əldə edərək oynaya bilərlər.
Bu səbəbdən də, supergüclər və hökumət rəhbərləri ədalətli strategiya və siyasət qurmalıdırlar. Şübhə yoxdur ki, dünyəvi bir insan mənəvi baxış bucağına malik deyil və bu səbəbdən ətrafı yalnız dünyəvi perspektivdən görür; beləliklə, sülh yaratmaq üçün atılan addımlar əslində iğtişaşa səbəb olur. Buna görə də, supergüclər öz gücləri ilə fəxr etməməlidirlər. Əgər sülh yaratmaq istəyiriksə, o zaman dünyəvi güclər öz davranışlarını dəyişdirməli olacaqlar, yoxsa dünya daha da amansız şiddət və müharibələrə bürünəcək. Eynilə, müsəlmanlar da Uca Allahın səsini dinləməli və psevdo-alimlərin, liderlərin və təşkilatların sloqanlarını Uca Allahın təlimində yer alan standartlar işığında incələməlidirlər. İslam təliminin nə qədər gözəl olduğunu görməlidirlər! Onlar, Allahın onlardan nə gözlədiyini anlamağa çalışmalıdırlar. Uca Allah, onlardan göndərdiyi insanı görməklərini istəyir. Bu baş verdikdə fikir ayrılıqlarına son qoyulacaq və əvəzində isə sevgi, dostluq və ədalət yaranacaqdır. Müsəlmanlar birləşmiş ümmət olacaqlar və nəticədə qeyri-müsəlman güclərin köləliyinin pəncələrindən azadlıq və qurtuluş əldə edəcəklər.
Qərbdəki və ya dünyəvi təhsilin və sistemin dünyada sülh və təhlükəsizlik yaratmağın təminatçısı olmadığını və əsla olmayacağını həmişə xatırlamalıyıq. Dünyada sülhün və təhlükəsizliyinin yaradılmasının təminatçısı, nə İslamdan öncə heç bir din tərəfindən təqdim olunmayan, nə də bu günümüzdə, bu çağda hər hansı bir fəlsəfədə və ya sistemdə olmayan İslam təlimləridir. Həqiqətən də, dünyada sülh və təhlükəsizlik yaratmağın zəmanəti olan İslamın gözəl təlimləridir.
Bu səbəbdən də, bu gün qeyri-müsəlman güclərin bizə sülh və təhlükəsizliyə gedən yolu göstərməyinin əvəzinə, biz onlara İslam təlimlərinin işığında sülh və ədalətin doğru yolunu göstərməliyik. Bu təlim əzəmətini az öncə anlatdığım qısa ayədə göstərir. Bu səbəbdən, hər bir müsəlman müdafiə mövqeyində olmağın əksinə, bu diqqətəlayiq təlimləri bütün dünyaya sərgiləməyi düşünməlidir. Odur ki, bu gün 1400 il əvvəl Müqəddəs Peyğəmbərəas vəhy edilən bu təlimlərin işığında bəzi şeyləri söyləyəcəyəm. Müqəddəs Peyğəmbəras, doğru yolu göstərən Xəlifələr və Ümmətin ağrı-acısını hiss edən bəzi fədakar dövlət rəhbərləri ilə birlikdə bu təlimə sadiq qalaraq onu tətbiq etdilər və bununla da gözəl bir cəmiyyət qurdular.
Bundan əlavə, İslam liderlərinin və alimlərinin eqoist rəftarları və şəxsi maraqları səbəbindən hökumətlərin əksəriyyəti arasında bu gözəl təlimlərin sanki pərdə ilə örtüldüyünü də inkar etmirəm. Halbuki, dediyim kimi, Uca Allah qarışıqlıq və fitnə çağında bəşəriyyətə yol göstərməsi üçün peyğəmbərlər və seçdiyi insanları göndərir. O, bu gözəl təlimləri aydın şəkildə izah edən və bizi onun gözəlliyi ilə tanış edən vəd olunmuş Məsihi də göndərdi. O, gəlişinin iki yönlü məqsədi olduğunu açıqladı: birincisi, insanı Uca Allahla birləşdirmək və [insanın] diqqətini Allahın haqqlarını həyata keçirməyə yönəltmək; ikincisi, gəlişinin digər məqsədi bir insanın digərinin haqqlarını yerinə yetirməyə sövq etmək idi.[10]
Beləliklə, İslam diqqətimizi bu iki haqqın yerinə yetirilməsinə yönəldir və biz bunları Qurani-Kərimin təlimlərinin işığında incələməliyik. Dediyim kimi, Qurani Kərimin bu ayəsinin işığında dünyada bu hüquqların [yerinə yetirilməsinin] ən yüksək standartlarının necə qurulacağını və bərabərlik, ədalət, sevgi və qardaşlığın bərqərar olduğunu müşahidə edə bilərik. Həmçinin, Müqəddəs Peyğəmbərinas bunu öz praktiki nümunəsi ilə bizə nə qədər yaxşı göstərdiyini də görürük. Bu dövrdə belə, Allah-Təala tərəfindən göndərilən şəxsin bu ayə vasitəsi ilə hər iki haqqın necə yerinə yetirməli olduğuna dair bizə necə rəhbərlik etdiyini görürük.
Vəd edilmiş Məsih buyurur: Qurani Kərimin iki əsas əmri var: birincisi, Yaradanla vəhdət, ona sevgi və itaət, Onun adına şükür etmək; ikincisi, qardaşlarına və digər insanlara şəfqət. Bundan əlavə, bu əmrlərin həyata keçirilməsini üç mərhələyə ayırmışdır. Qurani Kərim ayəsinə istinad edərək,
إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَ
“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir.”[11]
Vəd edilən Məsih, ilk növbədə bu ayənin mənasının, Yaradanı ilə itaət münasibətində ədalət nümayiş etdirmək və haqsız olmaqdan çəkinmək olduğunu söyləyir. Beləliklə, Ondan başqa heç kim ibadətə layiq deyil, heç kim sevgiyə layiq deyil və heç kim sədaqətə layiq deyil, çünki hər bir haqq Yaradan, Ruzi verən və Rəbb olan Allaha məxsusdur, (Bizi yaradan, bizə həyat və ruzi verən və böyüməyə imkanlar yaradan Odur. Beləliklə, bu yalnız Onun haqqıdır.) Eynilə siz də Ona ibadətdə və sevgidə, Onun Üstünlüyündə kimsəni Ona şərik qoşmamalısınız. Bu qədər işi bacarsanız, sizə ədalət göstərilməsi vacibdir. Daha da irəliləmək istəyirsinizsə, onda İhsan (başqalarına yaxşılıq etmək) mərhələsi var. Bu [mərhələ] sanki Onun Əzəmətini, İzzətini və sonsuz Gözəlliyini görmüşsünüz kimi, Onun əzəmətinə inanmağınız, Onun hüzurunda ibadətinizdə intizamlı olmağınız və özünüzü Onun məhəbbətinə həsr etməniz üçündür. Bundan sonra Iitaa-e-zil Qurbaa ( qohumlara haqqını vermək) mərhələsidir. Bu, ibadətiniz, sevginiz və itaətinizin qeyri-səmimilik və dayazlıqdan tamamilə azad olması və atalarınızı xatırladığınız kimi Onu da səmimi dostluqla xatırlamanız üçündür. Ona olan sevginiz bir uşağın sevimli anasına olan sevgisi kimi olmalıdır. İkincisi, bəşəriyyətə mərhəmət baxımından bu ayənin mənası, qardaşlarınıza və insanlara ədalətlə yanaşmanız və onlardan sizə lazım olanı həddi aşaraq almaqdan çəkinməyiniz (haqqınızı almağa çalışın; haqqınızdan çoxunu götürməyə çalışmayın) və özünüzü ədalətli olmağa sövq edin. Daha da irəliləmək istəyirsinizsə bu mərhələdən sonra növbəti mərhələ İhsandır (başqalarına yaxşılıq etmək). Və bu [mərhələ] qardaşınızın etdiyi bir səhvin qarşılığında yaxşılıq etdiyinizdə, onun sui-istifadəsinin əvəzində mərhəmət və sevgi ilə kömək etdiyinizdə baş verir.
Bundan sonra, İitaa-e-Zhil Qurbaa’nın mərhələsi (əqrabalar kimi yardım etmək) gəlir, yəni qardaşınız üçün etdiyiniz hər hansı bir yaxşı iş və ya insanlar üçün etdiyiniz hər hansı bir yaxşılıq heç bir şəkildə lütf kimi qəbul edilməməlidir. Daha doğrusu, bunu sadəcə öz təbii istəyinizlə və heç bir gizli niyyət olmadan etməlisiniz (etdiyiniz hər hansı bir iş birinə yaxşılıq etdiyinizi düşünmədən edilməlidir. Belə bir düşüncə olmadan edilməlidir). Bu, birinin yaxın qohumuna görə digər qohumuna qarşı yaxşı davranmasına bənzər bir şəkildə edilməlidir. Bu, əxlaqi inkişafın son mərhələsidir, bunun sayəsində heç bir şəxsi maraq və ya motiv olmadan insanın yaradılışa simpatiya göstərir. Əslində insanın qardaşına ya da yaxın birisinə düşgünlüyü o dərəcədə inkişaf edir ki, yaxşılığı təbii olaraq, heç bir səbəb olmadan və ya hər hansı bir minnətdarlıq, dua və ya nəticə gözləmədən edir. [12]
Beləliklə, hər iki hüququn yerinə yetirilməsinə dair bir anlayış inkişaf etdirilmədikdə, ədalət və bərabərliyin yaradılması haqqındakı iddiaları sadəcə iddia kimi qalacaqdır. Bəşəri qanunlar Adl’dən (Ədalətdən) daha üstün deyil və dünya [ədalət] yaradaraq sülhün əldə olunmasına yönəlmiş bütün mərhələləri aşdığını və əldə etmək istədiklərini əldə etdiyini düşünür; lakin burada da ədalətsizliklər mövcuddur. Şəxsi maraqlar olduğu yerdə Adl (Ədalət) ola bilməz, bu zənginlər arasında da, kasıblar arasında da (dünyanın başqa yerlərində) belədir. Ən çox bacardıqları şey İhsan etməyə çalışmaqdır, (başqalarına yaxşılıq etmək), amma İhsanın onların vəzifələrinin bir hissəsi olduğuna görə deyil, sonradan onlara etdiklərini xatırlatsınlar deyə edirlər. Dünyada da ümumiyyətlə birinə haqqı olduğundan daha çox şey təklif etməyi düşündüklərində mərhəmət hissindən daha çox müxtəlif tələbləri şərt qoyduqlarını müşahidə edirik. Hal-hazırda bu, böyük hökumətlərin işgüzar münasibətlərində və təcrübələrində müşahidə olunur.Dünyada yoxsul ölkələrə kömək təklif edildikdə, onlara müxtəlif şərtlər qoyulur. Lakin İslam, sonradan təsdiq istəyən və insana zərər verən belə əməllərin fəzilətli bir iş olmadığını öyrədir. Belə ki,
لَا تُبْطِلُوا صَدَقَاتِكُم بِالْمَنِّ وَالْأَذَىٰ
“sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın!”[13]
Vəd edilmiş Məsih bunu izah edərək deyir: “Ey başqalarına lütf edənlər! Səmimiyyətlə verdiyiniz sədəqələrinizi təmə və ziyanlıqla məhv etməyin.” [14]
Belə ki, qəlb səmimiyyətdən və sədaqətdən məhrumdursa, bu cür sədəqə və yardımlar artıq xeyirxah bir işə çevrilmir إِيتَاءِ ذِي الْقُرْبَىٰ
Daha əvvəl qeyd etdiyim kimi, bəşəri qanunlar Adl [ədalətdən] daha üstün ola bilməz və olsa belə, yalnız sözdə olar, çünki onlara təhkim edilmiş şərtlərə görə məhv olurlar. Halbuki Uca Allah, sənə ədalət göstərməyi və başqalarına yaxşılıq etməyi və qohum kimi yardım etməyi, ədalət və bərabərlik şərtlərini yerinə yetirməyi əmr edir. Xeyirxah əməlləriniz hər hansı bir ağrı, acı ilə izlənilməməlidir. Ayrıca, yalnız ‘Adl (Ədalət) və İhsaanı son mərhələ hesab etməməlisiniz, əksinə “əqraba kimi yardım etmək” də nəzərə alınmalı və başqalarına heç bir şəxsi səbəb olmadan rəğbət göstərməlisiniz. Başqalarının dərdini sanki öz dərdin kimi hiss etməlisən; sizi Mömin [həqiqi inanclı] edəcək şərt budur.
Uca Allah tərəfindən verilən əmrlər və Onun yaratdığı qanunlar nə qədər böyükdür! İnsan ədalət, mərhəmət və sevgi standartlarını müəyyənləşdirməkdə fədakar olmazsa, həqiqi sülhün təminatçısı ola bilməz. Bu, başqalarının hüquqlarını yerinə yetirərək zirvəyə çatmağı təmin edən təlimdir. Uca Allahın xilqəti və sülhü bərqərar etməsi, bəşəri qanunlar bir yana, heç bir din belə bir təlim təqdim edə bilməz və keçmişdə də etməyib. Başqalarının hüquqlarını yerinə yetirmək və sülh bərqərar etmək baxımından hər şeydən üstün olan yalnız İslam təlimidir. Əgər özünü müsəlman adlandıran kimsə, ya da hər hansı bir İslam hökuməti yaxud İslam adı altında yaradılmış bir qrup bu təlimə zidd davransa və ya ekstremist hərəkətlər etsə, o zaman Qurani Kərimin təliminə zidd davranır deməkdir. İslam, ardıcıllarınına bütün insanlara qarşı və hər vəziyyətdə bu təlimə riayət etməyi əmr etmişdir. İslam adı altında edilən səhv bir hərəkət, İslamın yanlış hərəkətlər etmək üçün icazə verdiyini iddia edən bir dəlil kimi göstərilə bilməz. Özlərini ədalət və sülhün standart simvolu hesab edən İslam tənqidçiləri də fikirlərini təqdim edərkən ədalətli olmalıdırlar. İslam din və ekstremizm arasında bir əlaqə olduğunu inkar edə bilməyəcəklərini söyləyən Qərbin liderləri və ya siyasətçiləri biliklərinin azlığından və ya sadəcə fikirlərində haqsız olduqlarına görə bunu edirlər. Ədalət iddiası ilə əslində ədaləti tamamilə yox etdiklərini görmürlər və hər cür haqsızlığa yol verirlər. Bu barədə şəxsi fikirlərimi söyləməyə ehtiyac yoxdur, çünki onların öz yazıçıları ədalət və sülh gerçəkliyini ortaya qoyublar. John Wight tərəfindən yazılmış ‘Qərbin Liviya İrsi’ adlı bir məqalədə bəhs olunur: “Son zamanlarda Qərbin hərbi kampaniyalarına dair bir çox nümunədən heç biri NATO-nun 2011-ci ildə Liviyaya müdaxiləsindən daha ağır və fəlakətli olmamışdır, hansı ki, ölkəni sadəcə uğursuz dövlətə çevirmişdir. ” NATO-nun müdaxiləsi “Liviya cəmiyyətinin sürətlə qəbilə, məzhəb və qəddar daxili qarşıdurmaya parçalanması, bir zamanlar fəaliyyət göstərən bir dövləti və cəmiyyəti İslam Dövlətinin (İD)olduğu bir distopiyaya çevirən böhran və xaosa səbəb oldu…. ”deyir və daha sonra yazırdı:“ NATO-nun hərbi müdaxiləsindən əvvəl Liviyada terroristlərin təlim düşərgələri yox idi.. ” Qərb demokratik dəyişikliyə təsir göstərmək üçün deyil, geniş və gəlirli neft axtarışlarını və iqtisadi əlaqələrin möhkəmlənməsini təmin etmək istəyi ilə motivasiya olmuşdu.[16]
Beləliklə, bu, sülh və ədalət naminə həyata keçirilən haqsızlıqlara bir baxışdır. Eynilə, bir çox insan İraqdakı müharibənin səhv olduğu və digər ədalətsizliklər haqqında çox yazmışdır. Ancaq tənqid etdikləri İslam təlimlərində ədalət fəzilətli əməllərin ən əsası hesab edilir. Ədalət əslində böyük bir iş deyil; daha doğrusu, İslam bunu bir yaxşı əməlin ən sadə forması hesab edir, halbuki [qərb] ədalət və bərabərlik şüarları qaldıraraq, bunları böyük bir iş hesab edir. Buna riayət etsələr, yenə də dünyəvi insanlar olduqlarını düşünərək bunun onlar üçün böyük bir iş olduğunu söyləyə bilərik, lakin əvvəllər də qeyd etdiyim kimi, onların ədalət standartları şəxsi maraqlarına görə dəyişir. İslam ədaləti bərqərar etmək üçün gözəl bir standart irəli sürür və buyurur.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.[17]
Bu, İslamın gözəl bir təlimidir ki, düşmənçilikdə belə saxta sübutlar vermək olmaz. Qawaam bir işi düzgün və ardıcıl şəkildə yerinə yetirmək deməkdir. Bu səbəbdən bir müsəlmana hər zaman ədaləti həm düzgün, həm də davamlı olaraq həyata keçirməsi, bütün işlərini Uca Allahın əmrlərini nəzərə alaraq yerinə yetirməyi unutmaması əmr edilmişdir. Mömin [həqiqi inanan] Uca Allahın əmrlərinin incəliklərinə dərindən enərək ədalət şərtlərini yerinə yetirməlidir. Mömin [həqiqi inanan] hər zaman Uca Allahın əmrlərinə diqqət yetirməli və bunları axtarmağa davam etməlidir – insan bu hal inkişaf etdikdə həqiqi bir müsəlman hesab edilə bilər. Hər zaman Uca Allahın ədalətlə bağlı əmrini xatırlayın ki, bir insanın düşmənliyi sizi ədalətdən uzaqlaşdırmasın. Uca Allah müsəlmanlara yalnız düşmənlə ədalət və insafla davranmağı əmr etməz, eyni zamanda fəzilətli əməllərimizi artmağı da tapşırır. Köşə yazarının yazdığı kimi, Liviyadakı müharibə və ya Qəddafinin devrilməsi sırf iqtisadi amillərdən qaynaqlanmırdı; məqsəd neft gəlirlərindən ciddi bir mənfəət əldə etmək idi. Bununla birlikdə, ifratçılığı təbliğ etdikləri üçün tənqid etdikləri Qurani-Kərimin təlimləri, əslində başqalarının sərvətinə qısqanclıqla baxmaq lazım olmadığını bildirir. Bunu bir dəfə ABŞ-da siyasətçilərdən əvvəl qeyd etmişdim və Afro-Amerikalı siyasətçilərdən biri yanıma gəldi və söylədi ki, “dedikləriniz, yəni başqasının sərvətinə paxıllıqla baxmamaq və bundan qanunsuz bir fayda əldə etməmək”, çox doğru və dəqiq bir ifadədir, hansı ki, bizim burada buna ehtiyacımız var. Belə ki, onların öz dövləti belədirsə, bu insanlar İslamı necə tənqid edə bilərlər? Əvvəllər də qeyd etdiyim kimi, hətta öz jurnalistləri də (birini az öncə qeyd etmişdim) İraqdakı müharibələrin və bəzi müsəlman ekstremist qrupların ortaya çıxmasını onların ədalətsiz siyasətlərindən qaynaqlandığını yazmağa başladılar. İkinci Dünya müharibəsində Yaponiyanın iki şəhərinə atom bombaları atılması nəticəsində günahsız mülki insanlar qətlə yetiriləndə hansı ədalət nümayiş etdirildi? O zaman insanlara hansı canıyananlıq göstərildi və bu məsələnin qaldırılması üçün etdilər? Bu gün belə bu hadisə danışılır. Ancaq bunun səhv olduğunu və olmaması gərəkdiyini söyləmək əvəzinə, etdiklərindən peşman olduqlarını bildirmirlər. Clifton Truman, Prezident Trumanın nəvəsi [ABŞ-ın keçmiş prezidenti], bir müsahibəsində atom bombaları ilə əlaqədar hər şeyin əla olduğunu söyləmişdi. Babasından bəhs edərək müharibəni başa çatdırdığını söylədi. Hər iki tərəfdən yüz minlərlə insanın həyatını xilas etdiklərini, babasının qərarının səbəbinin bu olduğunu söylədi. Ayrıca ABŞ-ın Yaponiyadan üzr istəməsinə ehtiyac duyduğunu hiss etmədiyini söylədi. Digər bir köşə yazarı 9 avqustda Daily Telegraph-da Naqasaki və Hiroşimaya insan həyatı bahasına belə atom bombaları atmağın doğru olduğunu yazmışdı. Yəni bu, onların münasibəti və baxışıdır. Budur onların ədaləti! Müharibə əsgərlər arasında aparılsa da, günahsız uşaqlar, yaşlılar və qadınlar da ölənlər sırasındadır! Hər cür bəhanə uydurmağa çalışırlar. Ancaq bir İslam qrupu hər hansı bir səhv hərəkətdə günahkar olsa, dərhal bu günahları İslamın təlimlərinə bağlayırlar. Əslində İslam təlimi, ədaləti və başqalarına yaxşılıq etməyi və bütün hallarda əqraba kimi yardım etməyi əmr edən bir təlimdir. Hər cür ədalətsizliyi və üsyani davranışları rədd edir. Qurani-Kərim ədaləti əmr edir və Qurani-Kərimə ən çox sadiq qalan, müqəddəs Peyğəmbərdiras. Bir dəfə bir Yəhudi mübahisəni həll etmək üçün Müqəddəs Peyğəmbərinas yanına gəldi və bir müsəlmanı şikayət etdi. Hər iki tərəfi dinlədikdən sonra Müqəddəs Peyğəmbəras müsəlmanın əleyhinə və Yəhudinin lehinə hökm çıxardı. [18]
Bu gün həm fərdi, həm də dövlət səviyyəsində müşahidə edirik ki, borclar alınır, amma geri ödəməyə gəldikdə isə hər cür bəhanə gətirilir. Bununla birlikdə, əslində İslam təlimlərini özündə əks etdirən Müqəddəs Peyğəmbərinas nümunəsinə baxdıqda, borcunu sadəcə vaxtından əvvəl deyil, xeyirxahlığı ucbatından aldığı borcun həqiqi məbləğindən daha çoxunu qaytardığını görərik.
Müharibələrdən daha əvvəl bəhs edildiyinə görə, Uca Allah müharibə əsirləri ilə əlaqədar belə buyurmuşdur:
مَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ
“Yer üzündə (kafirləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir peyğəmbərə yaraşmaz.”[19]
Düşmən qəbilələrini əsir almağın adi bir hal olduğu bir dövrdə, bunun əleyhinə danışan İslam idi. İddia olunur ki, İslama qarşı silah qaldırmayan birini dustaq etmək əslində ədalət və insafa ziddir. Bu gün hər hansı bir hökumət və ya dırnaqarası hökumət bu əməli İslam adı altında həyata keçirirsə, bu onun təlimlərinə tamamilə ziddir və icazə verilmir. Müharibə əsirləri barədə İslam buyurur:
فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً
“Müharibə qurtardığı zaman ya əvəzsiz, ya da fidyə qarşılığında (əsirləri azad edin).”[20]
Bundan əlavə, əsirlərə qarşı mehriban davranışlar çoxaldı. Bu cür müharibələrin başladığı günlərdə hər bir əsgər öz hərbi texnikasına və eyni zamanda əsir düşsə öz azadlığına da cavabdeh idi. Beləliklə, [əsir düşsə] ya özü çalışacaq, ya da qohumları onun sərbəst buraxılması üçün səy göstərəcəklər. Zaman-zaman bəzi qohumlar daşürəkli oldular və daha çox sərvət toplamaq üçün qohumlarını əsirlikdə buraxırdılar. Məhkumun yaxın qohumları yoxdursa, uzaq qohumları da bu şəkildə davranardılar. Bəzən bir şəxsin fidyə ödəmək imkanı olmur. Bu haqda Qurani Kərimdə buyurulur:
وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ ۚ
Kölələrinizdən mükatəbə etmək istəyənlərlə, əgər onlarda bir xeyir (qabiliyyət və etimad) görürsünüzsə, dərhal mükatəbə edin! Allahın sizə verdiyi maldan siz də onlara verin![21]
Başqa sözlə, müharibə əsirləri arasında nə bir lütf olaraq sərbəst buraxa bilməcəyiniz, nə də öz xalqı tərəfindən fidyə verərək azad ola bilməyəcək kimsələr olacaqdır. Ancaq azadlıqlarını öz bacarıqları və ya istedadları sayəsində qazanaraq bu şəkildə fidyə verə bilirlərsə, azadlığa çıxdıqları təqdirdə çörəkpulu qazana biləcəklərini hiss etmək şərti ilə azadlığa buraxılmalıdırlar. Əslində, [Qurani-Kərim] bir addım daha irəli gedir, məhkumlara öz töhfələrini vermək lazım olduğunu bildirərək, bu cür məhbuslara yaxşılıq etməyi əmr edir. Müsəlmanlar öz sərvətlərindən bir töhfə verməli və maddi dəstək göstərərək onları azad etməyə çalışmalıdırlar.
Bu gün ədalət və adillik şüarları səsləndirənlər bu cür nümunələr sərgiləməyə belə yaxınlaşmırlar. İnsan hüquqları üzrə çalışan bəzi qruplar bu cür işləri etdiyini iddia edirlər, amma hərbi əsirlərin sərbəst buraxılmasına nail olmaq bir yana, inancından və ya siyasi amillərdən dolayı həbs olunanların azadlıqlarını belə təmin edə bilmirlər. Daha əvvəl də qeyd etdiyim kimi, müsəlmanlar dini təlimlərini unudublar. Təlimlərin üzərində düşünsələr, heç bir səbəb olmadan insanları həbs etməz və bununla da İslam adını nüfuzdan salmazlar. Hər şeyə rəğmən, yenə də İslamın təlimlərini müzakirə edirdik və birinin azadlıq hüquqlarını bərpa etmək üçün İslam o qədər dərinliyə gedir ki, düşmənlərindən biri müharibədə iştirak edib müsəlmanlara qarşı qılınc çəksə, məğlubiyyət və ya başqa bir səbəbdən əsir düşsə belə, İslam, müsəlmanlara mərhəmət hissi ilə onun azadlığını təmin etmək üçün bir vasitə tapmağı öyrədir.
Bir çox mülki insanın ölümünə səbəb olan atom bombalarının Yaponiyaya atılmasına bu gün necə haqq verildiyini daha əvvəl qeyd etdim. O dövrdəki görüntülərə baxsaq, pilləkəndə oturan bir insanın dərisi əriyib sallandıqdan sonra necə heykələ çevrildiyini görərik. Anında ölümlər olsa da, radiasiyanın təsirindən ölümlər uzun müddət sonra baş verdi və uşaqlar əlil olaraq dünyaya gəldilər. Uzun illərdən sonra niyə indi Yaponiyadakı müharibə və atom bombaları mövzusunu gündəmə gətirirlər? Haqsızlıq edənləri qızışdırmaq istəyirlər?
Müqəddəs Peyğəmbəras buyururdu ki, müharibə zamanı birisi düşmənə qalib gəlsə belə, onların sifətlərini eybəcərləşdirməyə icazə verilmir. Müharibə şəraitində düşmən nə aldadılmalıydı, nə də müharibədə hər hansı bir yalana yol verilməliydi. [22]
Heç bir uşaq və ya qadın, nə də kahinlər və ya dini liderlər öldürülməməli idi. Yaşlılara, uşaqlara və qadınlara hücum edilməməli idi.[23]
Sülh və mərhəmət həmişə göz önündə olmalı idi. Düşmənin zülmü üzündən müharibə üçün düşmən ölkəsinə getmək məcburiyyətində qalsa, ümumi ictimaiyyət arasında qorxu və terrora səbəb olmamalı, onlara qarşı sərt davranmamalıdır.[24]
Ordunun hərəkəti əhaliyə də heç bir maneə və ya narahatlıq yaratmamalıdır.[25]
Düşmənin üzü heç bir eybəcərliyinə məruz qalmamalı və onlara mümkün qədər az zərər verilməlidir. [26]
Bir müsəlman hər hansı bir əsirlə qanunsuz olaraq sərt davranmaqda günahkardırsa, dərhal onu azad etməlidir.[27]
Əsirlərin qayğılarına və rahatlığına diqqət yetirilməli; məhkumlardan biri bir-biri ilə qohum olduqda birlikdə saxlanılmalı və ayrılmamalıdır.[28]
Əsir kim olur olsun, onlar özləri yediyi yeməklə yedirilməlidir.[29] Bütün bunları necə təsvir etmək olar? Bütün bunlar ədalətdən daha üstündür və əslində İhsan [başqalarına yaxşılıq etmək] idi. Məhkumlara kim bu cür münasibəti göstərir?
Nə heç bir əvvəlki təlim heç vaxt bu təlimlə uyğunlaşa bilməmişdir və nə də, bu günkü insan haqqları haqqında qanunlar bu Ədalət və İhsaan’ standartları ilə müqayisə edilə bilməz. Əsirlərlə əlaqəli qeyd etdiyim bütün məqamlar müharibələri uzatmaq deyil, onları dayandırmaq məqsədi daşıyır.
Müqəddəs Peyğəmbəras Mədinə anlaşmasını hazırlayanda, Yəhudilərə də müsəlmanların istifadə etdikləri hüquqları verdi. Hər hansı bir Mömin [həqiqi mömin] onlara ədalətsiz davranmayacaq və hər hansı bir Mo’min və ya kimsə onlara qarşı haqsızlıq edərsə, buna qarşı çıxmaq üçün onlara kömək ediləcəkdir.[30]
[Sözləşmənin] bir çox şərtləri arasında, bu xüsusi şərt Yəhudilər üçün sülhün təminatçısı oldu- istər Mədinə şəhərində qalsınlar, istərsə də onun hüdudlarından kənara çıxsınlar. Bu, Peyğəmbər Əfəndimizas tərəfindən qurulmuş ədalətdir. Əgər müsəlmanlar bu [ədalətə] standartlara sahib olmağa çalışsalar və öz əhdlərini yerinə yetirsələr, heç vaxt alçalma ilə üzləşməzlər. Müsəlmanların tarixi göstərir ki, müsəlmanlar əhdlərini yerinə yetirdikləri müddətdə müvəffəqiyyətli olmağa davam edirdilər. Ancaq əhdlərini yerinə yetirməyi dayandırdıqda və ədalətdən imtina etdikləri an alçaldıldılar. Əhdlərini yerinə yetirməyin böyük bir nümunəsi, Müsəlman ordusunun Roma ordusunun hücumu ilə geri çəkilməlisi idi. Müsəlmanlar o bölgədəki qeyri-müsəlmanlardan alınan vergini geri qaytardılar və bu vergini onları qorumaq və bölgədə sülh yaratmaq üçün aldıqlarını söylədilər. Lakin, artıq bunu edə bilməyəcəkləri üçün, artıq verginin qanuni sahibləri deyildilər. Bu ərazidəki insanların cavabı və reaksiyası eyni dərəcədə bəşər tarixinin qızıl fəslidir və parlaq ifadələrlə yazılmalıdır. Onlar öz dinlərindən olan insanların zülm hədəfinə çevrildiklərini söylədilər; bununla birlikdə, müsəlmanlar oraya getdilər və əhdlərini yerinə yetirərək və yüksək ədalət standartları yaradaraq onları ələ aldılar və heyrətləndirdilər. “İndi səninlə birlikdə döyüşəcəyik”dedilər. Beləliklə, müsəlmanlar Roma ordusunun qarşısını ala bildilər və [Müsəlman] hökuməti yenidən quruldu. Müsəlmanlar yenidən şəhərə girdikdə, əhalisi tərəfindən coşquyla qarşılandılar. [31]
Kaş ki, müsəlman hökumətlər bundan dərs alsınlar. Öz xalqlarına və başqalarına qarşı edilən ədalətsizlikləri dayandırsalar, alçaldılmaq və rüsvay olmaq əvəzinə dünyanın liderləri olacaqlar.
Lakin bunun baş verməsi üçün dövrün imamının çağırışını dinləməlidirlər. Qurani-Kərimdə ədalət mövzusu, başqalarına yaxşılıq etmək və əqraba kimi yardım etmək barədə saysız-hesabsız göstərişlər vardır. Müqəddəs Peyğəmbərinas həyatı da bu kimi nümunələrlə doludur. Bu dövrdə, vəd olunmuş Məsihinas yazılarında da bu xüsusi ayəni təkmilləşdirən bir çox istinad var:
إِنَّ اللَّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ
“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.”[32]
Burada, Həzrət Peyğəmbərin (s.ə.v) Uca Allahdan uzaqlaşan insanlara ‘əqraba kimi yardım etmək” istəyinin başqa bir ifadəsini də təqdim etmək istərdim. Yalnız Möminlər [həqiqi inanclılar] deyil, əslində bütpərəstlər, inancsizlar və digər inanclı insanlar da daxil olmaqla bütün bəşəriyyətə bu cür davranılmalıdır. Uca Allah bu [ifadəni] Qurani Kərimdə əbədi qoruyub saxlamışdır. Uca Allahdan uzaqlaşan və bununla axirətlərini məhv edənlərə, Uca Allahın narazılığına və eyni zamanda Onun qəzəbinə düçar olanlara Peyğəmbər Həzrətlərinin mərhəmət və kədəri onun öz valideynlərinkindən daha çoxdur. Bu bütün günü və bütün gecəni onu narahat edirdi. Başqa sözlə desək, Müqəddəs Peyğəmbər onlar üçün kədərləndiyinə görə hər cür əzablara dözdü. Bu iztirab və əzabın şahidi olan Uca Allah ona buyurdu:
لَعَلَّکَ باخِعٌ نَفْسَکَ أَلّا يَكُونُوا مُوْمِنِينَ
“(Ey Peyğəmbər!) Onlar iman gətirmirlər deyə az qalsın özünü məhv edəcəksən.”[33]
Bütün bəşəriyyət üçün bu cür ürək ağrısının bundan daha böyük ifadəsi ola bilməz. Bu duyğuların ifadəsi müsəlmanların sayının artması deyil, əksinə onun bəşəriyyət üçün dərin narahatlığının nəticəsi idi. Yenə də, tənqidçilər İslami ekstremist qrupların hərəkətlərinin İslamın təlimləri ilə əlaqəli olduğunu iddia edirlər, ya da, Müqəddəs Peyğəmbərin xarakterini tənqid edirlər (Allah qorusun). Onların hərəkətləri həqiqi İslam təlimlərindən uzaqlaşmalarının nəticəsidir. Buna görə də, daha əvvəl də qeyd etdiyim kimi, həqiqi İslam təlimlərini tətbiq etmək üçün heç bir ekstremist müsəlman qrupuna ehtiyac yoxdur, əksinə Uca Allah tərəfindən göndərilənə ehtiyac vardır. Ayrıca, İslamı tənqid edənlər gözlərini açmalı və ağıllarını istifadə etməli və İslamın gözəl təlimlərinə baxmalıdırlar.
Bu gün ədaləti təbliğ etmək, başqalarına yaxşılıq etmək və həyatının bütün sahələrində hamıya yaxşılıq etməklə bərabər, hər bir Əhmədinin vəzifəsidir ki, bu mesajı dünyanın hər bir fərdinə çatdırsınlar. Onlara bu dövrdə Uca Allah tərəfindən göndərilən insanı dinləmələrini söyləməlidirlər. Onlar Uca Allahın eyni şəkildə təsvir etdiyi kimi sevgili əfəndisinə itaətkarlıqda çəkdiyi ağrıları hiss etməlidirlər:
“(Ey Peyğəmbər!) Onlar iman gətirmirlər deyə az qalsın özünü məhv edəcəksən.”[34]
Uca Allah hamımıza bütün bəşəriyyətə qarşı bu cür rəğbət bəxş etməyi nəsib etsin! Hər bir insan bu rəğbəti öz hiss və duyğularının xüsusiyyətləri və tutumuna uyğun inkişaf etdirməyə çalışmalıdır. Məhv doğru aparmaq əvəzinə, dünya ədalət mövzusunu anlayaraq və başqalarına yaxşılıq edərək və əqrabalar kimi yardım edərək özünü xilas edə bilər! Qoy, Uca Allah dünyanın bunu anlamasına və bununla da dünyanı cənnət bir məskən halına gətirməsinə vəsilə olsun və axirətdə olan cənnətin imkanlarını bu dünyada təmin etsin!
İndi isə dua edəcəyik. Uca Tanrının bu qurultaya hər mənada xeyir-dua verməsi onun böyük bir neməti və lütfü idi. Uca Allah hamınızı sağ-salamat evlərinizə aparsın. Dua edək! ”
[1] Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq heç kim yoxdur; O birdir və ortağı yoxdur; və şəhadət verirəm ki, Məhəmməd (s) Onun qulu və elçisidir.
[2] Rədd edilmiş şeytandan Allaha sığınıram.
[3] Qurani Kərimin birinci fəsli.
[4] Müqəddəs Quran. Nəhl sürəsi, ayə 91
[5] Rum sürəsi, ayə 42
[6] Müqəddəs Quran. Rum sürəsi, ayə 42
[7] Hazrat Mirza Ghulam Ahmadas, Malfuzaat 1985 edition, Vol.4, p.444.
[8] See Al-Jaami’ Li shu’abil-Imaan Lil-Baihaqi part 3, pp.-317
[9] Müqəddəs Quran. Fəth sürəsi, ayə 30
[10] Hazrat Mirza Ghulam Ahmadas, See Malfuzaat 1985 edition, Vol. 3, pp.96-95.
[11] Müqəddəs Quran. Nəhl sürəsi, ayə 91
[12] Hazrat Mirza Ghulam Ahmadas, Izaala-e-Auhaam, Ruhaani Khazaa’in Vol. 3, pp.552-550.
[13] Müqəddəs Quran. Bəqərə sürəsi, ayə 265
[14] Hazrat Mirza Ghulam Ahmadas, Islaami Usul Ki Filaasafi, Ruhaani Khazaa’in, Vol. 10, p.354.
[15] Müqəddəs Quran. Nəhl sürəsi, ayə 91
[16] John Wight, “‘Chaos & Lawlessness’: The West’s Libyan Legacy,” RT.com, published August 2015 ,10, https://www. rt.com/op-edge/-312075libya-chaos-war-west/.
[17] Müqəddəs Quran. Maidə sürəsi, ayə 9
[18] Musnad Ahmad ibn Hanbal, Vol. 5, p.336, Musnad Ibn Abi Hadrad, Hadith number 15570, Aalamul-Kutub, Beirut 1998.
[19] Müqəddəs Quran. Ənfal sürəsi, ayə 68
[20] Müqəddəs Quran. Məhəmməd sürəsi, ayə 5
[21] Müqəddəs Quran. Nur sürəsi, ayə 34
[22] Sahih Muslim, Kitaabul-Jihad Was-Siyar, Baabut-Ta’meer Al-Imam Al-Umaraa, Hadith Number 1731.
[23] Musnad Ahmad ibn Hanbal, Vol. 1, p. 768, Musnad ‘Abdullah Ibn ‘Abbas, Hadith Number 2728, AalamulKutub, Beirut 1998.
[24] Sahih Muslim Kitaabul-Jihad Was-Siyar, Baab Fil-amr Bit-Taseer wa tarkit-Takfeer, Hadith Number 1732.
[25] Sunun Abi Dawud, Kitaabul-Jihad, Baab Maa Yu’mar Min Inzimaam al-Askar wa Sa’atihi, Hadith Number 2629
[26] Sahih Al-Bukhari Kitaabul-‘itaq, Baab Izaa Zuribal-Abdu fal-yajtanib al-wajh, hadith Number 2559.
[27] Sahih Muslim, Kitaabul- Aimaan wan-Nuzoor, Baab Suhbat al-mamaaleek wa Kaffaaratu Liman latam ‘Abdahu, Hadith Number 1659
[28] Sunan At-Thirmidhi, Abwaabus-Siyar, Baab Fi KiraahiyatitTafreeq Bainas-Sabi, Hadith Number 1566
[29] Sahih Muslim, Kitaabul-Aimaan wan-Nuzoor, Baab It‘aamul-mamlook mimmaa ya’akul, Hadith Number 1661
[30] As-Sirat-un-Nabawiyyah Li ibn Hisham, pp. 355-354, Hijratur-Rasulsa, Daarul-Kutub Al-‘Ilmiyyah, Beirut 2001.
[31] Kitaabul-Khiraaj, Qazi Abu Yusuf, pp 149-151, Faslun Fil Kanaa’is wal-Biya’ was-Sulbaan.
[32] Müqəddəs Quran. Nəhl sürəsi, ayə 91
[33] Müqəddəs Quran. Şuəra sürəsi, ayə 4
[34] Müqəddəs Quran. Şuəra sürəsi, ayə 4