İSLAMIN CƏLBEDİCİ XÜSUSİYYƏTLƏRİ

İSLAMDA ƏDALƏT MÖVHUMU

Bugün dünyada çox əhəmiyyətli olaraq qiymətləndirilən İslam prinsiplərindən bir neçə əhəmiyyətli misal gətirmək istərdim. İslamın elə birinci prinsipi müsavat və ədalətdir. Digər dinlər, ədalətin mükəmməl bir şəkildə yerinə yetirilməsində İslam qədər diqqət yetirmir. Əgər digər dinlər bu məsələyə təmas etsələr belə, bugün onları bizim gündəlik həytımıza uyğunlaşdıra bilmərik. Məsələn, İudaizm, Allahı təkcə Yəhudilarin Allahı olaraq elan edir və dünyada yaşayan digər insanlara əhəmiyyət vermir. Onsuz da, bu din, insan haqlarına bir o qədər əhəmiyyətlə yanaşmır.

Hindi dinində, nəinki təkcə hindu olmayanlara, eyni zamanda aşağı sinifdən olan hindular arasında belə ayrıseçkilik yaradır və Allahın bu aşağı sinifdən olan insanlara mərhəmət etməsini uyğun görmür. Hindi dininə görə qeyd olunur ki, “Əgər bir Brahman aşağı sinifdən bir nəfərdən aldığı borc pulu ona ödəməzsə, onda aşağı sinifdən olan bu nəfərin o Brahmandan borcunu istəməyə haqqı yoxdur. Əgər bu aşağı sinifdən biri , bir Brahmandan borc pul alıbsa və onu vaxtında qaytara bilməyibsə, onda, həmin nəfər borcunu Brahmana ödəyənə kimi həmin şəxs üçün işləməli olar.” (31)

Yenə İudaizmə qayıdaq. İudaizmdə biz, bir nəfərin düşməni barədəki ədaləti başa düşə bilmirik. “Əgər Allah sənə onları yenmək fürsəti veribsə, onda sən onları tamamən məhv etməlisən, onlarla əsla müqavilə bağlama.” (32) İndi müqayisə etmək məqsədilə bu barədə İslam dininin qaydalarından bir neçə misal gətirmək istərdim. Quran bu haqda buyurur ki:

  1. – “İnsanlar arasında hökm etdiyiniz vaxt, ədalətlə qərar verin.”(33) (Quran – 4:59)
  2. – Haqq üzrə durub ədaləti yerinə yetirməyə çalışan hakimlər və Allah üçün doğru söyləyən şahidlər olun, hətta, bu şahidliyiniz öz nəfsinizin yaxud, valideyninizin və ya öz əqrəbanızın əleyhinə olsa belə.” (34) (Quran – 4:136)
  3. – Birinə olan kininiz, sizi ədalətsizliyə sövq etməsin.” (35) (Quran – 5:9)
  4. – Sizə savaş elan edənlərlə, siz də Allah yolunda döyüşün və onlar müharibəyə başlamazdan qabaq siz başlamayın və ifrat hərəkət etməyin. Allah ifrat hərəkət edərək, haqqa təcavüz edənləri sevməz.” (36) (Quran – 2:191)
  5. – “Əgər düşmənlər sülh bağlamağa razı olsa onda sən də ona yanaş.” (37) (Quran – 8:62)

İslamın ən mühüm xüsusiyyətlərindən olan və mənim qeyd etmək istədiyim başqa bir xüsus da İslamda qisas almaq və bağışlamaq mövzusudur. İslamdakı bu mövzunu digər dinlərlə müqayisə etdikdə qədim İncildəki bu ibarə ilə üz-üzə qalırıq: “Gözə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq.” (38)

Şübhəsiz belə bir qisas almaq, marağımızı cəlb etməklə kifayətlənmir, eyni zamanda ürəklərimizi də kədərləndirir. Mən bu misalı özgə bir misalı izah etmək üçün götürmək arzusunda deyildim. Qurandakı eyni mövzuda da ədalətə uyğun qərarlar mövcuddur. Quran bizə bu xüsusda digər dinlərdə xoş rəftarla qarşılanan vəziyyət barədə daha sərrast məlumat verir. Bu məsələ İslamın da yaxından maraqlandığını bir mövzudur. Qurana görə, tam intiqam almaq, müəyyən edilən bəzi vaxtlarda yavaşıyar. Bu, İsrail oğullarına uzun bir müddət kölə olaraq yaşadıqdan sonra yenidən doğrulub qalxmalarına fürsət yaratdı. Bunun nəticəsində uzun vaxt gizli olaraq işləyən və hər bir şeyini tamam edən bir millət ayağa durdu. Belə bir vəziyyətdə sözün düzü, bir bağışlamaq mövhumundan söhbət aparmaq olmazdı. Bu olanlar doğru olaraq baş tutmuşdur. Çünki, olanlara Allahın özü qərar vermişdir.

Digər tərəfdən modern İncilə nəzər yetirdikdə eyni mövzu orada bağışlamaq mövzusu ətrafında mərkəzləşir və İsraillilərə bu haqda bir qisas almaq haqqı verir. Bu ilk ibarənin İncildə olduğu kimi uzun vaxt izlənməsindən sonra İsraillilər daha da mərhəmətsiz oldular. Ona görədir ki İsa bu haqda bunları bildirir:

“Göz əvəzinə göz, diş avazinə diş,” deyildiyini eşitdiniz, lakin mən sizə deyirəm ki, yamana qarşı durma və hər kim sənin sağ yanağına bir şapalaq gəlsə, ona o biri yanağını da çevir və hər kim səninlə məhkəməyə gedib sənin köynəyini almaq istəsə, ona pencəyini də ver.” (39)

İslam, bir-birinə ziddiyyət törədən bu iki ibarəni nümunə olaraq götürür, onların hər ikisi də zəmanənin şərtlərinə uyğun gəlir və ya cahanşümul və ya əbədi olaraq mülahizə edilir. Bu hələ özünün ilk təkamül dövrünü tamamlayan bir insan üçün mötəbər də ola bilər və nəhayət bir qanun gələnə kimi qüvvədə qala bilərdi.

Bizə elə gəlir ki, üstündən uzun vaxt ötsə belə, bu böyük boşluğu dolduracaq yeganə din İslamdır. Quran bu haqda bildirir ki:

“Yamanlığın cəriməsi də ona musavi bir yamanlıqdır. Lakin hər kum bağışlayar və düzəldərsə, onun mükafatı Allaha aiddir. Allah əlbəttə zülmkarları sevməz.” (Quran – 42:41)

İslam, daha qabaqca öyrədilənlərin ən yaxşı tərəflərini götürmüşdür, ona çox əhəmiyyətli olan bağışlamağı da əlavə etmiş və beləliklə yanlış olan tərəf düzəldilmiş və qarşı gedilən mövzu aradan götürülmüşdür. Əgər belə olmasaydı, həmişə cəzalandırmaq və cərimələndirmək qüvvədə qalacaqdı. Həqiqət odur ki, bu edilən düzətmə, insan xarakterinə və yaradılışına da düz gəlir ki, bundan 14 əsr qabaq Allah tərəfindən nazil olmuşdur.

İSLAMIN DİGƏR ÜMDƏ XÜSUSİYYƏTLƏRİ

İslamın özünəməxsus xarakter və xüsusiyyətlərini saymaqla qurtarmaq olmaz. Burada sizə, müəyyən etdiyim bir neçə xarakterdən bəhs etdim. Burada çox mühüm olduğunu mülahizə etdiyim və təmas etmədən keçmək istəmədiyim bəzi xüsusiyyətləri də qeyd etmək istərdim:

  1. – İslam, Allahı, kainatı yaradan və özünün birligini istər savadsız, istərsə də ziyalılar üzərində hakim qılan yeganə yardn olaraq qabağa çəkir və qəbul edir. İslam, Yaradanı, sözün tam mənasında mükəmməl olaraq izah edir. İslama görə Allah, hər cür yaxşılıq bə xeyirxahlığın əsas mənbəyidir. O həmişə və hər bir yerdə olan bir Allahdır və öz öz yaratdığı varlıqların hamısını eşidəndir. Onun elan etdiyi əmrlərin heç biri təxirə salınmayıb və dayandırılmayıb. О, insanlarla daha qabacadan olduğu kimi rabitədədir. Allah özü ilə qulları arasındakı rabitə bağını sındırmamışdır.
  2. – İslam, Allahın kəlamı ilə Allahın qeyd etdiyi niyyəti arasında heç bir ziddiyyət tapa bilməmişdir. Bununla da Allah bizi, tarixi qədimdən qalmış, din və elm arasındakı ixtilafdan azad qılmışdır. Allah, insanların yaradılışdan özlərinə zidd gələn şeylərə kor-koranə inanmaqdan kənar qalmışdır. Allah bizdən onu qətiyyətlə istəyir ki, biz hər şeyi ağıla uyğun olaraq öz mənafeyimizə görə yerinə yetirək. Allah hər şeyi insanlar üçün yaratmışdır.
  3. – İslam, bizim işimizi çətinləşdirməz və ağıla batmayan bir şeyə inanmağımızı istəməz. İslam öz etdiklərini səbəb və izahat verərək irəli sürür. Onunla biz razılaşmalı və ürəkdən qəbul etməliyik.
  4. – İslam, folklor və əfsanələrə istinad etməz. O hamını, hər bir şeyi özü üçün tədqiq etməyə və hər vaxt yoxlanması mümkün olan həqiqətləri qəbul etməyə dəvət edir.
  5. – Allah tərəfindən endirilən, ilahi Quran, tam və mükəmməldir, eşi və oxşarı yoxdur. Əsrlərlə aparılan birgə səylərə rəğmən, Qurana qarşı olsnlar bu ilahi əmrlərin toplandığı kitabın bir balaca hissəsini belə yazmağa müvəffəq ola bilməmişlər. Bu mükəmməllik təkcə onun əbədi üstünlüyündən mənbələnmir, eyni zamanda onun çox sadə və təkamülpərvər olmasına da istinad edir. Quran özgə kitabların iddia etmədiklərini edir və özünün yeganə mükəmməl kitab olduğunu bildirir.
  6. – Quran, daha qabaqca gələn peyğəmbərlərə enən ayət və surələri də özündə cəmləşdirdiyini qeyd edir. İndiyə kimi enən ilahi əmrlərin hamısı Quranda cəmləşmişdir. Quran bu haqda qeyd edir ki: “Burada əmrlərin hamısı cəmləşmişdir. Bu‚ qədim peyğəmbərlərdən İbrahim və Musanın qeyd etdiklərini əhatə edir.”
  7. – İslamın ən ümdə xüsusiyyətindən biri də odur ki, Quran, hazırda danışılan bir dildə endirilmişdir. Digər müqəddəs kitabların, heç kəsin danışmadığı və ya yoxa çıxdığl dillərdə nazil olması, insanı heç düşündürmürmü? Yaşayan bir kitab, yaşayan bir dildə endirilməli bə nazil olmalıydı.
  8. – İslamın başqa bir xüsusiyyəti də odur ki, onun peyğəmbəri, insan ağlının dərk edə biləcəyi mərhələlərin hamısından keçmiş və və o dövrü başa vuraraq tamam etmişdir. O, elə yetimlikdən başlamış və xalqının ən misilsiz bir idarəçisi olmuşdur. Onun həyatının hər bir səhifəsi, Allah tərəfindən müəyyən edilmiş və qeydə alınmışdır. O, mükəmməl bir həyatı böyük bir həyəcanla yaşamış və ölərkən də dalınca insan həyatının hər bir mərhələsində nümunə təşkil edəcək bir həyat nümunəsi buraxmışdır. Onun bu həyat tərzi, Quranda misilsiz göstərilən bir tərzdə olmuşdur. О, insanlara və bəşəriyyətə heç bir peyğəmbər tərəfindən bəxş edilə bilməmiş nümunəvi və aydınlıq bir yol buraxdı.
  9. – İslamın daha bir xüsusiyyəti də odur ki, bir sıra peyğəmbərlər tərəfindən əsrlər boyu anladılmağa çalışılan Allahın Birliyi əsasını aləmə yaymışdır. Bu yayılma bugün də davam edir, hətta, Musanı Misirdən sürgün edib qovan Fironun saxlanmış cəsədinin olduğu eyni əsrdə İslamın yayılması prosesi davam etməkdədir. Quranın əmr etdiklərinin işığı altında başqa bir misal da gətirmək olar ki, o, Quranda öz əksini tapan dünyanın yaradılması haqdadır. O, yer kürəsinin içində saxlı olan atəşin yür üzünə çıxaraq, dağları və şəhərləri tutması və məhv etməsi ilə əlaqədardır.
  10. – İslamın başqa bir xüsusiyyəti da odur ki, o, insanların ölüb‚ yenidən dirilməsindən sonra yiyələnəcəkləri həyat barədə söhbət aparacağı vaxt, eyni zamanda daha yaşayacaq insanların, həyatından və mövcud şəraitdən də bəhs edir və onların uyması lazım bilinən əsas şərtləri sıralayır.
  11. – İslam, digər dinlərdən şəxsi, toplu və beynəlxalq sahələrdə lazım bilinən münasibətlərlə bağlı məsələlərə yanaşma tərzi ilə ayrılır bə fərqlənir. Bu istiqamət hər bir şeyə uyğun gələr qoca insanlarla gənclər, işçi ilə mülkədar, ailə üzvləri arasındakı münasibətdə iştirak edənlər, yoldaşlar və hətta hər bir əlaqədə yaranan münasibət üçün rəhbərlik edər. İslamın qoyduğu qayda və nizamların hamısı cahanşümuldur və hələ də sınağını müvəffəqiyyətlə davam etdirir.
  12. – İslam, insanların hamısının arasında bir bərabərlik ideyasını müdafiə edir. İslam, insanlar arasında sinfi fərqə, irq, rənh fərqi qoymadan, ayrıseçkiliyə qarşı mövqe tutur. İslamın hörmət etdiyi zənginlik və ya dərinin rəngindən çox, həqiqətin şərəfli yoludur. Quran bu haqda qeyd edir ki:  “Allahın indi də, ən yaxşı olanınız, ən doğru olandır.” (41) (Quran – 49:14) Yenə Quranda əmr olunur ki: “Kişi və qadından hər kim, mömin olaraq yaxşı bir əməldə olsa, onda onlar, Cənnətə gedəcəklər, orda axıra kimi ruzi ilə təmin olunacaqlar.” (42) (Quran – 40:41)
  13. – İslam, doğru və yalan olanı müqayisəli olaraq izah edər ki, bu vəziyyəti digər dinlərdə görmək mümkün deyil. İslam, təkcə insanların yaradılışlarında yaman şeylərə meyl etmək xarakterini qəbul edərək dayanmaz, o, insanı “şeytan”ın yaman əməllərindən özlərini qoruyub saxlamalarını tövsiyə edər və yol göstərər. İslam onu da öyrədər ki, insan yaman şeylərdən kənar tutulmalı və cəmiyyətə faydalı ola biləcək bir şəraitdə özünü təkmilləşdirməlidir.
  14. – İslam, qadına təkcə ata mülkü üçün varis doğuran bir varlıq kimi baxmaz. İslam, qadına da kişilər qarşısında musavi haqq vermiş, bu hüquqla onu təkmilləşdirmiş və təmin etmişdir. İslam, qadının fiziki cəhətdən zəif olduğunu qəbul etməz və belə bir iddia ilə də ayaqlaşmaz. Bundan savayı İslam, qadının yeganə vəzifəsinin uşaq doğurmaq və onları yetişdirməkdən ibarət olduğunu da əsla qəbul etməz.
BİR SÜLH DİNİ KİMİ QƏBUL OLUNAN İSLAM

Axırda qeyd etmək istərdim ki, mən sülh arzu edən hamıya İslamın hər bir səviyyə və şəraitdə yeganə sülhpərvər din olduğunu muştuluyum. İnsanların şəxsi həyatlarında, ictimai, iqtisadi, milli və beynəlxalq məsələlərdə İslam, yeganə dindir. Hər şeydən qabaq elə İslamın öz adı “Sülh” mənasındadır. Müsəlmanları qəbul edən bir şəxs, təkcə özü üçün salamat və əhatəli bir sığınacaq yaratmaqla kifayətlənməz, onu özgələri üçün də təminat altına almış olar. İslamı, qəbul edən şəxs, insanların müsavi olmalarına maneçilik törədən pozğunçuluqdan kənar durar. Həzrəti Məhəmməd yxşı bir müsəlmanı təsvir edərkən, onu, özgələrini sözləri və hərəkətləri ilə incitməyən bir insan kimi tərifləmişdir. (43) Həzrəti Məhəmməd vəfatından qısa bit müddət qabaq, vida xütbəsini oxudu və sonra da vida həccini yerinə yetirdi. Həzrəti Məhəmmədin bu xütbəsi, sülh arzu edən hər bir insan üçün, əbədi nizamnamə qəbul edilə bilər. İslam, sülhü təkcə insanlar araaında yox, onu, insanlarla onu yaradan Allah arasında da bərqərar etmişdir. Beləliklə də müsəlmanın yaman söz və hərəkətlərindən qorunan təkcə insan olmur. Bunu yerinə yetirən müsəlmanın özü də Allahın qəzəbindən xilas olur ki, bu qəzəbi insanın ifrat dərəcədəki hərəkətləri yaradar. Beləliklə də müsəlmanın yaratdığı sülh bağı qalar və dünyada, axirət gününə kimi davam edər. İslamın qaydası‚ əgər dünya ölkələrinin xalqları tərəfindən izlənilsə və yerinə yetirilsə, onda onların hamısını yamanlıqlardan və böhrandan və məhv olmaqdan qurtaracaq gücdədir. İslam, hər əsrə uyğunlaşdırıla bilən bir dindir və iddia edir ki, o, insanla Allah arasındakı münasibəti tarazlaşdırar və onu qədimdə olan münasibət səviyyəsinə çatdırar. İslam, yünisən dirçəliş və Allah ilə rabitəni, dəbdən düşmüş kimi hesab etmir. İslam, ona inam edir ki, Həzrəti Adəmdən tutmuş, İbrahim, Musa və İsa, həmçinin, onların hamısından üstün olan Həzrəti Məhəmməd, Allah ilə münasibətini təsis etmək istəyənlərə rəhm edəndir.

ƏHMƏDİYYƏ MÜSƏLMANLARININ MÖVQEYİ

Əhmədiyyə Müsəlmanları ona inam edirlər ki, bu qeyd edilənlər 1835 ilində Hindistanın ucqar bir kəndi olan Qadianda anadan olmuş, Həzrət Mirzə Qulam Əhməd tərəfindən yerinə yetirilmişdir. О, ilahi əmrlə və ilahi mərhəmətə nail olaraq, İslamın əmr etdiyi yoldan gedərək, doğru olanı öyrətmiş və beləliklə, Allahın təqdisinə nail olmuşdur. O, daha qabaqca bir sıra peyğəmbərlər göndərən Allahın ilahi əmrinə nail oldu. Aldığı ilahi əmrə görə, 1889-da Əhmədiyyə Müsəlman Camaatını qurdu və dalınca onun qoyduğu yoldan gedən yüz minlərlə tərəfdar buraxdı. О, 1908-də əbədiyyətə köçdü. Onun bərpa etdiyi nizam hələ də yaşayır və onun müəyyən etdiyi insanlar tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Əhmədiyyə Müsəlmanlarının başçısı öhdəsinə götürdüyü vəzifə barədə danışarkən qeyd etmişdir ki:

“Mən ona görə göndərildim ki, İslamın yeganə yaşayan din olduğunu sübut edim. Mən ona görə ilahi qüvvələr tərəfindən təqdis olundum ki, digər dinlərə mənsub bə yardıma ehtiyacı olanlara və daxili aləmə baxan gözləri kor olarlara kömək edim. Mən buna qarşı gedən hamıya sübut edə bilərəm ki, Quran, yeganə möcüzəvi kitabdır. Onun yol göstərən biliyi, dərin və mənalı dərrakəsi, mükəmməlliyi ilə eşi və bənzəri olmadığını bəyan edim. О, Musa və İsanın göstərdiyu möcüzələrdən yüz dəfə daha artıq möcüzələr yaratmışdır.” (44) O davamla bildirmişdir ki:

“Bu əsrin qaranlıqlarını işıqlandıran ziyası mənəm. Hər kim məni izləyərsə, şeytanın qazdığı quyudan və gəldiyi kələklərdən xilas olar. Məni o göndərdi və ona görə də mən dünyaya yol göstərib, sülh və nəzakətlə onları həqiqi Allaha yönləndirmək və İslamın əxlaqi normalarını yenidən bərpa etməliyəm.”(45)

Mən, Əhmədiyyə Camaatının banisinin bütün bəşəriyyətə etdiyi xitabından bir əlavə hissə apararaq söhbətimi başa çatdırıram:

“Güzgü, Yaradanın insana nə qədər əhəmiyyət verdiyini sənə sübut edər. Qoy həqiqətlər qarşısında ürəyi möhürlənənlər eləcə olduğu kimi qalsınlar, sən ayağa dur və həqiqəti axtar. Əgər doğrudan da həqiqəti axtarır bə ürəyin onu tapmaq üçün tələsirsə, sənə o qədərini deyim ki, mən insanların doğru olaraq izləyə biləcəyi və edə biləcəyi doğru yolu bildirirəm. Axı bu yol necə açıla və əsrar pərdələri necə qaldırıla bilər? Lakinonu yəqin bilmək lazımdır ki, bu qıfılı Allah vurmamışdır, bu barədə qeyri həqiqəti, təkcə öz günahlarını ört-basdır etmək istəyən insanlar uydurmuşdur. Açıqca gözümüzlə görüb, qulağımızla eşitməsək də Quran olmadan Allahın yolunu tapmağımız çətindir. Keçmişdə cavan olan canım indi qocaldı, lakin mən onu deyə bilərəm ki, bu əsrarlı bulaqdan içməyənlərdən başqalarını, buna məftun olmuş kimi görə biımədim.”(46)

Qeydlər:

  1.  – 35:35
  2. – Chronicles 16:36
  3. – Isamuel 25:32
  4. – Matthew 15:21-25
  5. – Gotama Smriti 12
  6. – 34:29
  7. – 7: 159
  8. – 81:28
  9. – 2:286
  10. – 5:14
  11. – 98:6
  12. – 5:4
  13. – 15:10
  14. – P.XXVIII
  15. – Р.ХХVII
  16. – Enс. Brit. 9th Çap “Quran” sözünə müraciət edin.
  17. – 4:59
  18. – 4:59
  19. – 4:59
  20. – 42:39
  21. – 20:119-120
  22. – 2:206
  23. – 2:257
  24. – 5:9
  25. – 8:68
  26. – 47:5
  27. – 4:60
  28. – 4:60
  29. – 5:З
  30. – 20:132
  31. – Manu Simriti 10:35
  32. – Deuteronomy 7:2
  33. – 4:59
  34. – 4:136
  35. – 5:9
  36. – 2:191
  37. – 8:62
  38. – Exodus 21:24
  39. – Matthew 5:38-40
  40. – 42:41
  41. – 49:14
  42. – 40:41
  43. – Bukhari: Kitabul Iman
  44. – Rohani Khazain: Anjam-i Atham, İkinci Cild, səhifə: 345-346.
  45. – Jesus in India [İsa Hindistanda]
  46. – The Philosophy of the teaching of Islam. [İslamFəlsəfəsi] s. 131-132
İSLAMIN BƏZİ FƏRLQİ XÜSUSİYYƏTLƏRİ

Həzrət Mirzə Tahir Əhməd tərəfindən müraciət, Xaritaful Məsih IV, İslamda Əhmədiyyə Hərəkatının Ali Rəhbəri Avstraliya Milli Universitetində (A.N.U.), Kanberra, Avstraliya.