İslam və Kommunizm
Məzmun Cədvəli
- Dünyanın Üç Sistemi
- Qoq və Maqoq
- Ümumbəşəri Təhdid
- Kommunizmin Qısa Məzmunu
- Kapitalizmə Qarşı Reaksiya
- Düzgün Balans
- İslam İqtisadi Sistemi
- Fərdi Təşəbbüs İstəyi
- Sağlam Rəqabət Ruhu
- Fərdi Rəğbət və Həmrəylik
- Zehni Qabiliyyətlərə Etinasızlıq
- İnsan Hüquqlarının Bölünməsi
- Qeyri-təbii Xüsusiyyətlər
- Mənəvi Hisslərə Qarşı Laqeydlik
- Dəmir Pərdə
- İslamda Bərabərlik
- Sərvətin Azad Dövriyyəsi
- İslam Vərəsəlik Qanunu
- İslamda Qarşılıqlı Yardım Mexanizmi
- İslamda Könüllü Xeyriyyəçilik Sistemi
- İslam Kommersiya və Ticarət Sistemi
- Kəskin İqtisadi Böhranların Müalicəsi
- Dövlətin Məsuliyyəti
- Ümumiləşdirmə
- Dünya Sülhü
Kommunizm, həmçinin insanlar arasında olan rəğbət və həmrəylik duyğularına da geniş müdaxilə edir. Çünki, Kommunizmdə individualizmin xüsusiyyəti olan dosta, qohuma, qonşuya və ya kasıblara yardım etmək üçün uyğun şərait yoxdur. Kollektivləşmə şəraitində, dövlət, başqalarını təmin etmək vəzifəsini öz üzərinə götürür. Yaxşılıq, həmrəylik və rəğbət insanın əxlaqi baxımdan inkişafı üçün zəruri keyfiyyətlərdir. İnsan təəssüf hissi keçirdikdə təbiətcə mərhəmətli olur. Ailəmizin, dostarın, qohumların və ya hər hansı yoxsul bir insanın ehtiyac içində olduğunu gördükdə, sanki daxilimizdə böyük bir mərhəmət hissi baş qaldırır.
Bu əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi insanın seçim qarşısında nə qədər tənha olduğundan asılıdır. Lakin təbiət onu sərbəst yaratdığı halda kommunizm insanı bir mühərrikə çevirir. Allah hər bir kəsə sevgi, rəğbət və həmrəylik bəxş etmişdir. Bu ali keyfiyyətlərin həyata keçirilməsi və inkişafı üçün açıq yollar olmalıdır. Kaş ki, Kommunizm liderləri insanın bu tərəfini nəzərdən keçirərdilər: insan yalnız beyinlə deyil, ürəklə də hərəkət edir. İnsanın əxlaqı duyğuları ilə tənzimlənməzsə, onun təbiəti yarı iflic vəziyyətdə olar. Doğrudur, fərdi inkişaf yönündə edilən yardım və göstərilən rəğbətin təhlükəli tərəfləri də var. Yardım görən tərəf bəzən alçaq görünmək bacarığını inkişaf etdirərkən, eyni zamanda yardım göstərən tərəf də bəzən bunu göstəriş üçün etməyə meyilli olur.
Lakin İslam hər ikisinə qarşı müdafiə olunur. Səxavət göstərisi nümayiş etdirməyə cəhd edən kəslər Allah qarşısında bütün ləyaqətini itirir və həqiqətən ağır bir günahkar olur. İslamda yardım mümkün qədər elə bir tərzdə edilməlidir ki, sağ əl sol əlin nə etdiyini bilməsin. İslam vurğulayır ki, nə yardım edən, nə də yardım görən şəxsin lüzumsuz davranışlar etməsinə ehtiyac yoxdur.
Bir tərəfdən o, zəhmət və dürüst yaşayışı yüksək qiymətləndirir və insana digərlərinə möhtac olmağı qadağan edir. Dilənmək, əl uzadıb kömək istəmək insanı hörmətdən salan keyfiyyətlərdir. Digər tərəfdən, ehtiyaclarını ifşa etməməsi üçün əziyyət çəkən ehtiyac sahiblərindən qorunmaq üçün İslam, varlılara ehtiyacı olanları və köməksizləri axtarmağı və onlar istəmədən könüllü şəkildə kömək göstərmələrini əmr edir. O, zənginlərə dünyada gözləri açıq şəkildə yaşamağı əmr edir ki, yoxsulların ehtiyaclarını görsünlər, köməyə ehtiyacı olanların şəxsi ləyaqətinə xələl gətirmədən onlara kömək etsinlər. Bu şəkildə İslam, idrak və münasibət arasındakı tarazlığı qoruyub saxlayır. Ancaq Kommunizm insanın bu tərəfinə məhəl qoymur.
Qəribədir ki, Kommunizm insanın intellektual və zehni bacarıqlarına dəyər vermir. Kommunizm insanı ağılın və zəkanın təcəssümü kimi deyil, əllər və ayaqlar üzərində işlədilən bir maşından fərqli görmür. Onun dəyəri fiziki bacarıqlara əsaslanır. Bununla bərabər, məlum bir həqiqətdir ki, yüksək keyfiyyət kifayət qədər dəyərli qiymətləndirilmirsə, dəyərsizləşəcəyi şübhəsizdir. Gec-tez onun yüksək zirvələrdən alt səviyyələrə enəcəyi gözləniləndir. Beləliklə, Kommunizm ağıl və zəkaya zərər verməyə meyllidir. Onun mənfi nəticələri tezliklə bəlli olmaya bilər, amma gec-tez indiki nəsil olmasa da, sonrakı nəsillərə təsir edəcəkdir. Təbiətin qanunudur ki, hər hansı bir şey fəaliyyətini dayandırarsa, istifadədən kənar qalaraq yox olur.
Kommunizmin bir böyük qüsuru daha var. O, insan hüquqlarının bölüşdürülməsində bu hüquqların təbii bölgüsünü nəzərə almır. Hamı üçün yalnız bir ölçü və bir prinsip var. Lakin insan hüquqları müxtəlifdir. Bəzi hüquqların qorunması hökumətə aiddir – ictimai mövqe və vəzifələrin paylanması, ədalət mühakiməsi və s. Bu hüquq sahəsində tərəqqi və rifah qapısı hər kəs üçün eyni şəkildə açıq olmalıdır. Ancaq insanın təbii bacarıq və qabiliyyətləri və ya fərdi səylər nəticəsində əldə etdiyi hüquqları vardır. Məsələn, çalışqanlığı, fiziki keyfiyyətləri, ürək, beyin və s. Bu sahədə fərdi fərqlər meydana çıxır.
Bu sahədəki təbii qanunauyğunsuzluq o qədər aydındır ki, heç bir həssas insan bunu inkar bilməz. Lakin Kommunizm müxtəlif insan hüquqlarına eyni münasibət göstərdi və onları vahid bir qanunun aliliyinə tabe edərək qarışıqlıq yaratdı. Buna qarşı olaraq, İslam insan hüquqlarının təbii delimitasiyasını tam nəzərə alır və hər bir məsələ üçün uyğun hökmlər qoyur. Dövlətin himayəsində olan hüquqlara münasibətdə İslam ciddi bərabərliyi əmr edir və ayrıseçkiliyə yol vermir. Müxtəlif fərdi potensial və nailiyyətlərdən irəli gələn hüquqlara gəldikdə, o, güc tətbiqi ilə əldə edilən bərabərsizliklərlə uyğunlaşmır. Kim zehni və fiziki fərqləri gözardı edə bilər? Bərabərsizlikləri kim aradan qaldıra bilər?
Kommunizm və Kapitalizm hər ikisi böyük bir qüsurdan əziyyət çəkirlər. Hər iki sistem insanı fərdi təşəbbüs sahəsindən kənarlaşdırır və onu tənbəl bir varlığa çevirərək xarici xüsusiyyətlərin təsir dairəsində saxlamağa çalışırlar. Kapitalizm sərvət toplayaraq zənginləri tənbəlləşdirərkən, kommunizm insanları Hökumətlərdən asılı vəziyyətə gətirərək onların təşəbbüs və ixtiraçılıq qabiliyyətlərini məhdudlaşdırır. Lakin İslam, insanı fəaliyyətə cəlb edir. O, insanın çalışmasını və mübarizə aparmasını istəyir. O, insanda çalışqanlıq və özünə dəstək arzusunu canlı saxlayır. Bu, onun zehnini aktiv və ayıq tutmağa kömək edir. Fövqəladə vəziyyətlərdə edilən xarici yardımlar diqqətdən kənar qalmır. Ancaq fərdlərin Hökumətdən tamamilə asılı vəziyyətə düşməməsi vacibdir. Digər tərəfdən, əgər onlar topladıqları sərvətə güvənirlərsə, özünə güvən güclərini itirirlər. Əgər onlar, yaşamaq və tərəqqi uğrunda səy göstərməyi dayandırsalar, təbii bacarıqlarının zamanla yox olduğunu müşahidə edərlər. Zəngin və ya kasıb olsun, insan həyat ehtiyacları üçün işləməyə davam etməli və öz yolunu qurmağa çalışmalıdır. Bu yolla, o, sağlam bir dünyagörüşü əldə edər və tənbəllikdən uzaq olar.
Dini düşüncəli insanlar, Müsəlmanlar, Xristianlar, Yəhudilər, Buddistlər, Hindular, Sihlər və ya hər hansı digər dinin ardıcılları, Kommunizmin bütün həyatının və varlığının materialist olduğunu unutmamalıdırlar. O, tamamilə materialist fəlsəfədən qaynaqlanır və praktikada da onun bütün təzyiqi insanın fiziki tərəfinə qoyulur. O, mənəvi tərəfi tamamilə inkar edir. O, doğrudan da mənəviyyatın kökünü kəsmək niyyətindədir. O, Allahı açıq şəkildə inkar edə və inamsızlığını bəyan edə bilər, ancaq reallıq budur ki, onun yeganə məqsədi insanı mənəvi tərəfindən ayırmaqdır. Onun ifadəsi ateizm formasını almışdır. O, insanın yaxşı tərəfini məhv etdi. Bu ateistlərin gələcək nəsillərinin də, Allaha inamsız olacaqları şübhəsizdir. Onların arasında Allaha iman gətirəcək birini güman etmək doğrudan da çətindir. Təəccüblü deyil ki, onun rəhbərləri ateizmin yayılmasının fəal iştirakçılarıdır.
Sərt məxfilik Kommunizmin başqa bir xüsusiyyətidir. Rusiyanın dəmir pərdəsi məşhurdur. Əgər Kommunizm faydalıdırsa bu qədər məxfilik nəyə gərək? Nəyə görə xarici müşahidəçilər ümumiyyətlə Rusiyadan kənarlaşdırılır? Kommunistlər niyə xarici ölkələrdə gizli nüfuz siyasəti aparırlar? Dünya tarixi heç bir həqiqətin gizli şəkildə öyrədilməməsinə şahiddir. Əcdadımız Adəmdən tutmuş, peyğəmbərlərin ən böyüyü, İslamın Müqəddəs Peyğəmbəri (s.ə.s.) və dünyanın müxtəlif yerlərində müxtəlif zamanlarda görünən bütün peyğəmbərlər bildikləri bütün həqiqətləri elan etmiş və heç vaxt gizli siyasətə əl atmamışlar. Həqiqətən hamı Kommunizmin niyə bu sirri saxladığını ciddi düşünməlidir: nəyə görə Kommunizm açıq bazar üzərində qurulmayıb; Sovet Rusiyasında kommunist olmayan fikirlərin dinc təbliği nəyə görə qadağandır? Bütün bunlar ciddi düşünməyə dəyər mövzulardır.
İndi gəlin hadisələrə İslami nöqteyi-nəzərdən baxaq. Öncədən qeyd etdiyim kimi İslam dini, yer üzünün bütün imkanları və təbii sərvətlərinin hamının xeyrinə olduğunu bizlərə öyrədir. İslam heç bir müəyyən qruplaşmanın və ya fərdlərin inhisarını tanımır. Eyni zamanda o, insanlar arasında fərdi səy və zəka fərqlərindən qaynaqlanan var-dövlət fərqlərini də diqqətdən kənarda saxlamır. Bu, bölgü bərabərliyi deyil. Bu, bütün irqlərin, siniflərin və ya şəxslərin sahib olduğu imkan bərabərliyidir. Lakin insan bərabərliyinin daha vacib bir cəhəti sərvət bölgüsü ilə deyil, müxtəlif irqlərinin tutduğu mövqe və status ilə əlaqəlidir. Nəzərə alınması lazım bilinən əsas məsələ də elə budur.
Çünki, burada sosial məsafələr yaranır və rəqib düşərgələr salınır. Buna görə İslamın Müqəddəs Qurucusu dedi:
“Ey insanlar, qulaq asın! Rəbbiniz də birdir, əcdadınız da. Bəli ey insanlar, məni dinləyin! Nə Ərəblər digər millətdərdən, nə də digər millətlər Ərəblərdən üstün deyil. Əlbəttə, fərdin şəxsi keyfiyyətləri və ya əxlaqı, zəkası və öz zəhməti ilə əldə edə biləcəyi nailiyyətlər istisna olmaqla, nə ağ qaradan, nə də qara ağdan üstün deyil. (Musnad Əhməd)
Bu prinsip İslam bərabərlik konsepsiyasının kökündə dayanaraq bütün xalqlara, millətlərə və irqlərə eyni səviyyədə aid edilir. Eyni zamanda İslam fərdin başqalarından üstün olmaq arzusunu tanıyır və təbliğ edir. Hər bir fərd və ya insan fərdi səylər göstərməklə digərlərini üstələməkdə azaddır.
Burada belə bir sual yarana bilər ki, əgər Yerin sərvətləri fərq qoyulmadan hər kəsin xeyri üçündürsə, İslam ayrı-ayrı fərdlərin səyləri və zəkası nəticəsində sərvətin bir neçə əllərdə cəmləşməsindən yaranan bərabərsizlikləri azaltmaq üçün nə təklif edir? Bu əsaslı suala İslamın bir cavabı var. Quran buyurur:
“(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq, və onlara: “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin əzabını, acısını dadın!” – deyiləcəkdir!” (Fəsil 9:34,35)
Belə bir qızıl təlimi ilə İslam, zənginlərə artıq mal-dövləti açıq bazara çıxartmağı və bununla da birbaşa xeyriyyə yolu ilə və ya dolayı yolla ticarət və sənaye sahələrinə kapital qoyulması ilə yoxsullara və ehtiyacı olanlara kömək etməyi tövsiyə edir. Əgər bir insan toplanmış sərvətini ticarət və sənaye sahələrində sərmayə qoyursa, şübhəsiz ki, başqalarına da xeyir verir. İslam sərvət yığanlara xəbərdarlıq edir ki, əgər bu işdən əl çəkməsələr, nəinki axirətdə, hətta bu həyatda da özləri üçün çətinliklər yaradacaqlar. Bu, irqi və sinfi rəqabətdən doğan etibarsızlıqdan qaynaqlanır. Kapital və işçi qüvvəsi, həmkarlar ittifaqları və biznesmenlər arasında gedən sərt rəqabət açıq bir sirrdir. Bu, kapitalist ilə adi insan, ağa və qul, mülkədar və kirayəçilər arasında gedən münasibətlərin nəticəsidir ki, geniş miqyasda insanların həyatına mənfi təsir edir.
Lakin İslam yalnız ümumi prinsipləri bildirməklə kifayətlənmir. O, sərvətlərin ədalətli və bərabər paylanması üçün bir sistem hazırlamışdır. Bu sistemi qüvvədə saxlamaq üçün o, kəskin təlimatlar irəli sürür. Məsələn, mülk sahibi öldükdə əmlakın yaxın qohumlar arasında ədalətli bölünməsinin lazım olduğunu söyləyir. Bu miras qanunu çox müdrik şəkildə təsəvvür olunur. O, miras bölunməsində yaşca böyüklüyü deyil, qohumların və nəsillərin iddialarını nəzərə alır. Düzgün qərarlaşdırılmış nisbətə görə, bütün miras mərhumun uşaqları, valideynləri, bəzi hallarda qardaşları, bacıları və digər qohumları arasında bölünür. İslam bununla sərvət toplamaq yolunda maneələr yaradır. Hər yeni nəslin ötməsi ilə yaranan qeyri-bərabərlikləri azaltmaq üçün yeni bir maneə qoyulur.
Burada məqsəd sadəcə miras bölgüsü deyil. Milli sərvətin ədalətli və bərabər bölüşdürülməsi də əsas məsələlərdən biridir. Bu vərəsəlik qanununa uyğun olaraq, İslamın tətbiq etdiyi vəsiyyət qanununda hər bir müsəlman öz əmlakının üçdə birini qeyri-qohum varislərə verə bilər. Məsələn, üç lak dəyərində əmlakı olan şəxs, əmlakın üçdə bir hissəsini, yəni bir lakı, qanuni varislər dairəsində olmayanlara, xeyriyyə təşkilatlarına və ya digər oxşar məqsədlər üçün ayıra bilər. Bu cür əlavə tədbirlər toplanmış sərvətlərin geniş ictimaiyyət arasında paylanmasına imkan yaradır. Saleh Müsəlmanlar bu sahədə tədbirlər həyata keçirirlər.
Cəmiyyətin kooperativ əsaslarını müdafiə etməklə yanaşı, toplanmış sərvətlərin cəmiyyətin ümumi mənafeyi üçün bölünməsini də təşkil edən başqa bir İslam qanunu da var. Bu qanun iki mərhələli: məcburi və könüllüdür. Bu qanunun məcburi tərəfi, İslam hökumətinin zənginlərin var-dövlətinin 2.5% -dən 20% -ə qədərini yoxsullara, ehtiyacı olanlara və ictimai rifaha xərclənməsi üçün pul toplaya biləcəyi Zəkat Qanunudur. Nəzərə almaq lazımdır ki, bu vergi yalnız zənginlərdən deyil, ehtiyacından artıq sərvəti olan hər kəsdən alınır. Burada məqsəd kasıblara və ehtiyacı olanlara yardım edərək aradakı uçurum fərqini azaltmaqdır. Bununla əlaqədar İslamın Müqəddəs Qurucusunun istifadə etdiyi sözlər bu məcburi verginin məqsədini izah edir.
“Zəkat qurumunun əsas məqsədi varlılardan alıb, kasıblara və ehtiyacı olanlara qaytarmaqdır” (Buxari).
Bu çox diqqətə layiq bir ifadədir. Bu ifadə, verginin varlıların kasıblara etdiyi lütf aktı olmadığını ifadə etmək üçündür. Bu məcburidir. Varlılar bu davranışı kasıblara qarşı lütfkarlıq kimi dəyərləndirməməlidirlər.
Zənginlər bunu özlərinə bir vəzifə borcu kimi, kasıblar isə haqqları kimi qəbul etməlidirlər. İnsanı Yaradan bilinməsini istəyir ki, varlıların sərvəti əsasən yoxsulların zəhmətindən qaynaqlanır. Buna görə, kasıbların zənginlərin var-dövlətinə tam haqqları vardır. Çünki, ilk növbədə bütün sərvətlər hər şeyin Rəbbi və Sahibi olan Allaha məxsusdur. Onun yaratdığı varlıqlar olaraq bizim də var-dövlətə iddialarımız var. İkincisi, sərvət istehsalı əsasən yoxsulların əməyi və sənayesi hesabına olur. Zəkat sözü saflaşdırılma və artım mənasını verir. Çünki, bu zaman zənginlər vergi ödəyərək kasıbların zəhməti hesabına əldə etdikləri var-dövlətin bir hissəsini onlara geri qaytarmaqla onların imkanlarını genişləndirərək öz vəzifələrini yerinə yetirmiş olurlar.
Qeyd etdiyimiz kimi İslamda könüllü vergitutma da var. Bu ümumi “xeyriyyə” termini ilə yekunlaşdırılır. Buraya məcburi olmayan hər növ sədəqə daxildir. Bu xeyriyyə təşkilatını quraraq, İslam, nəinki kasıblara və ehtiyacı olanlara kömək etdi, eyni zamanda qarşılıqlı sevgi, rəğbət və həmrəylik mənasını verən ümumi xeyriyyəçiliyi də inkişaf etdirdi. İslam, insan təbiətinin bu tərəfini yaşatmağa can atır və buna xüsusi diqqət yetirir. İslamın müqəddəs Peyğəmbəri bunu ən böyük fəzilətlərdən biri, Allah yanında son dərəcə ləyaqətli bir iş hesab edir. Müqəddəs Peyğəmbərin özü sədəqələrin paylanmasında ən çox iştirak edənlərdən idi.
Deyilənə görə, onun əli bütün maneələri aşan güclü bir külək kimi cəld idi. Şagirdlərinə fərdi sədəqələri sağ əlin sol əlin nə verdiyini bilməyəcəyi şəkildə paylamağı tövsiyə edərdi ki, həm verən, həm də alıcını alçaqlıq və ya üstünlük hisslərindən azad etsin.
Bu dolayı yolla kasıblara və ehtiyacı olanlara yardım etmək, zəkat toplamaqdan fərqli olaraq könüllü yardımlar yolu ilə edilir. Məqsəd sadəcə varlıların kasıbların köməyi ilə qazandıqlarının bir hissəsini onlara geri qaytarmaq deyil, həm də həmrəylik, sevgi və rəğbət ideyaları ilə ilhamlanmaq və fəaliyyət göstərməkdir. Buna görə də, Kommunizm insanları mühərrik halına gətirib onları xarakterizə edən nəcib keyfiyyətləri öldürərkən, İslam bu keyfiyyətləri ən yaxşı şəkildə tətbiq və təbliğ edir.
Yenə də ticaət və ticari sahələrə aid olan İslam qanunları, yersiz sərvət yığımlarının qarşısını almaqda kömək edir. Faiz dərəcələrini ləğv edərək, İslam, iqtisadi tarazlığı pozan böyük bir vasitəni məhv etdi. Çünki insanlar arasında tarazlığı pozan məhz bu faiz dərəcələridir. Əvvəla, insanın müəyyən faiz ilə istədiyi kimi borc ala biləcəyi fikri onu öz gücündən kənar müəssisələr almağa təşviq edir. Bu isə həmin insanların pullarının bir neçə əllərdə cəmləşməsinə səbəb olur.
Faiz institutu, kapitalı qorxulu bir canavara çevirir. Faizlə bu sövlədəşmələri dayandırsanız, bir neçə kapital sahibinin biznes və ticarət sahələrindəki uğursuzluqlarını müşahidə edəcəksiniz. Bu zaman ticarət və kommersiya yersiz sərvət yığımının azalmasına kömək edən ticarət və sənayenin kooperativ sisteminə çevriləcəkdir. Ölkənin ümumi sərvəti ya hökumətin əlinə keçəcək, ya da bütün cəmiyyət arasında ədalətli şəkildə paylanacaqdır. Aydındır ki, yaxşı inkişaf etmiş sektorlardakı kooperativ müəssisələr və ya dövlət mülkiyyəti, həm siyasi, həm də milli maraqları təşviq edir və heç bir şəkildə onlara zərər vermir.
Faiz dərəcələrinin qadağan edilməsi varlıların kasıbları istismar etməsinə mane olur. Çünki onlar artıq zəhmətkeş təbəqənin qanını sora bilməzlər. Bu günkü biznesin faiz institutu olmadan idarə edilə bilməyəcəyini söyləmək, indiki Qərb tərəfindən qəbul edilmiş konsepsiyaların yaratdığı bir illüziyadır. Bu, bütün dünyada qəbul edilmiş (bəzi hallarda kor-koranə) Qərb kapitalist sövdələşmələrinin nəticəsidir. Lakin onlar tədricən yayıla bilər. Axı, Qərbin yüksəlişindən əvvəl dünyanın əksər hissəsində ticarət yoxsulları istismar edən bu kapitalist qurğusu olmadan həyata keçirilirdi. Allaha ümid edirik ki, faiz dərəcələri ləğv edildikdə ticarət və biznes əvvəlkindən daha yaxşı bir şəkildə inkişaf edəcəkdir. İndiki sistemin əvəzinə İslam şərəf borcu və ya ipotekaya əsaslanan borc və ya əməkdaşlıq sistemi vasitəsi ilə biznesə üstünlük verir. Bu formalarda olan biznes ümumi tarazlığı pozmadan və insana ləyaqət verən nəcib duyğuları incitmədən ticarəti açıq saxlayır.
Faiz qadağasına İslam qumar qadağasını da əlavə edir. Qumarda insan öz səy və bacarıqlarından çox, şansa arxalanır ki, bu da nəinki mənəvi cəhətləri məhv edir, hətta heç bir səy və bacarıq tətbiq etmədən sərvətdə yersiz bir bərabərsizlik yaradaraq bir neçə saniyə ərzində bir insanın həyat qazancını itirməsinə səbəb olarkən, başqa bir insanı eyni şəkildə zənginləşdirir.
Yuxarıda göstərilənlər bir ölkə xalqının qarşısında heç bir fövqəladə hal olmadıqda tətbiq olunur. Lakin müharibə və ya qıtlıq səbəbindən ərzaq və digər yaşayış vasitələrinə təsir edən föqəladə vəziyyət yaranarsa, İslam bu kimi hallar üçün fövqəladə üsullarla müalicələr təklif edir. Məsələn, bu cür fövqəladə hallar nəticəsində ölkənin və ya insanların bir hissəsi qida çatışmazlığı səbəbindən aclıq təhlükəsi ilə üzləşirlərsə, İslam bütün mənbələrin bir yerə yığılması və normaya uyğunlaşdırılması lazım olduğunu buyurur ki, heç kəs lazımsız yerə əziyyət çəkməsin. Məşhur bir hədisdə Müqəddəs Peyğəmbərin bir səhabəsi belə demişdir:
“Müqəddəs Peyğəmbərlə birlikdə səyahətə başladıq, amma elə oldu ki, ərzaq ehtiyatlarımız tükəndi və insanlar sıxıntı içində oldular. Buna görə də vəziyyəti yaxşılaşdırmaq üçün dəvələrin bir neçəsini kəsmək qərarına gəldik. Bu zaman Müqəddəs Peyğəmbər bizə ərzaq ehtiyatlarımızı bir yerə yığmağı əmr etdi, sonra bu böhrandan çıxana qədər yığılmış ehtiyatdan hər kəsin eyni normada istifadə etməyini əmr etdi.” (Müsəlman)
Müqəddəs Peyğəmbərə aid başqa bir rəvayətdə belə deyilir:
“Aşar qəbiləsinin insanları arasında çox tərifəlayiq bir adət var. Səyahət zamanı və ya evdə ərzaq çatışmazlığı olduqda hər kəs fərdi şəkildə ərzaq ehtiyatları toplayaraq bu ümumi ehtiyatdan ümumi ölçüdə bölüşürlər. Mən onlardanam, onlar da məndəndir ”. (Buxari).
Buradan aydın olur ki, İslam fərdin qazancına tam haqqı olduğu iddiasını qəbul etsə də, kollektiv rifahı davamlı olaraq qoruyur. O, kasıbların qayğısına qalır və çətin zamanlarda insanların həddən artıq əziyyət çəkməmələri üçün hətta kollektivləşmə əmrini də verir. Bu, həqiqətən İslamın hədəflədiyi və yalnız cəmiyyətdə sülhü təşviq edə və qoruya biləcəyi xoşbəxt bir vasitədir.
Nəhayət, həmişə hökumət və ya cəmiyyətin qayğısına qalmalı olduğu insanlar da vardır. Onlar, bəzi təbii və sonradan əldə edilmiş qüsurları səbəbindən qazanc əldə edə bilməyən xəstələr, şikəstlər və əlillərdir. Və ya onların qazancları lazımi ehtiyaclarını ödəmək üçün kifayət etməyə bilər. Və ya özlərindən asılı olmayan səbəblərə görə işsiz insanlar ola bilər. İslama görə, Hökumət və ya cəmiyyət bu cür insanların su, yemək, geyim, ev və ibtidai təhsil də daxil olmaqla minimum tələblərini təmin etməlidirlər*. Bu, Müqəddəs Qurani-Kərim tərəfindən qida və ya digər əsas ehtiyacların verilməsinin Allahın son məsuliyyəti olduğu bildirilir. Beləliklə, ilahi hökuməti təqlid etdiyini iddia edən dünya hökuməti, işə və zəhmətə olan həvəsinə baxmayaraq, müəyyən səbəblərə görə bu imkanlardan məhrum qalan ehtiyac sahiblərinin ehtiyaclarını qarşılamağa məcburdur.
Bütün bunları ümumiləşdirsək, kommunizm: (a) fərdi səy və zəhmət üçün təbii stimulları məhv edir; (b) İnsanın rəğbət və həmrəylik hisslərini öldürür; (c) insan zəkasına əhəmiyyət verməyərək onun azalmasına səbəb olur; (d) insanın iqtisadi vəziyyətini qeyri-təbii xarici səbəblərlə əlaqələndirir; (e) mənəviyyat hisslərinə ölümcül bir zərbə vuraraq ateizm və materializmin toxumlarını səpir.
Bunun kəskin əksi olaraq İslam: (a) Kommunizm və Kapitalizmin yaxşı cəhətləri özündə birləşdirərək hər ikisinin pis cəhətlərini xaric edir; (b) fərdin öz zəhməti hesabına əldə etdiyi qazancına tam haqqını qəbul edir və eyni zamanda milli sərvətin ədalətli bölüşdürülməsi üçün bir sistem yaradır; (c) var-dövlətin təbii sərvətlərindən istifadə etmək üçün hər kəs üçün imkan yaradır; (d) sevgi, rəğbət və həmrəylik hisslərini gücləndirir; (e) Yaradanla yaradılan arasındakı mənəvi əlaqəni nəzərdən keçirir.
Beləliklə, qatı Kommunizm və Kapitalizmə qarşı orta yolu seçən İslam, qardaşlıq, tərəqqi, mədəniyyət və sivilizasiya ideallarını təbliğ edir. Allaha ümid edirik ki, dünyanın gələcəyi İslamın gələcək intibah dövrü ilə özünü təsdiqləyəcəyi İslam prinsiplərinə söykənəcəkdir. Quran necə gözəl izah edir:
Ey müsəlmanlar, biz sizi ədalətli və seçilmiş bir ümmət etdik. Başqalarını doğru yola yönəltmək sizin borcunuzdur, çünki onlar haqq və ədalət yolundan azmışlar. Siz salehlik yolunun ilahi şahidlərisiniz.”(2 : 143)
Xalqların ortaq məxrəcdə birləşdiyi yol əsas yol olduqda, zaman özünü çox tez göstərir. Rəbbimiz və Ustadımızın (s.ə.s.) bizi yönləndirdiyi istiqamət qısqanclıq və xəsislikləri aradan qaldıraraq dünya sülhünün təməlini qoyacaqdır.
Son sözlərimiz budur ki, həqiqi tərif aləmin yaradıcısı və ağası olan Allah üçündür.