Islama giriş məlumatları

Mələklər

Mələklərin varlığı universal olaraq dəyişik ölkələrdə və dinlərdə qəbul edilmiş bir təlimdir.Bununla birlikdə onlar dəyişik adlarla müzakirə edilir, ancaq fərq yalnızca verilən adlardadır.Eynən bunun kimi mələklərin yaradılışı da fərqli dinlərin təqibçiləri tərəfindən dəyişik şəkildə anlaşılmaqdadır.

İslam, mələkləri özlərinə xas şəkildə, mənəvi təbiətə sahib səmavi varlıqlar olaraq açıqlayar.Onların əsas vəzifələri Allahdan(c.c) aldıqları bildirişləri insanoğluna çatdırmaqdır.İslamda belə bəzən onlar bir çox dəfə insan şəkildə və ya başqa şəkil və formalarda olduqları halda fərqli-fərqli və yanlış olaraq anlaşılmaqdadır ki, bu da maddi varlıqlardan ilham aldıqlarını göstərir.Bu mövzunun şəkillənmiş və yaxşı tanıdılmış bir sərhəddi olmalıdır.Buna qarşılıq ruh insan idrakının beş ölçüsünün də yuxarılarına uzanmaqdadır.Birisi ancaq inanclı və dindar isə ruhun varlığına inanır, əks halda ruhun şəkil və idrakını tanımlamaq onun anlayışının çox üstündə bir vəziyyətdir.Bu problemi həll etmək və onu daha anlaşılan hala gətirmək üçün mələklərin görə bildiklərindən, bəzi ilahi kitablarda onların dindar kişilərə insan şəklində göründüklərindən bəhs edilmişdir.Yalnızca bu deyil, onlar Allahın(c.c) bəzi peyğəmbərlərinə həqiqi quşlar olaraq da görünmüşlərdir.İsaya(a.s) Müqəddəs Ruh-Cəbrail(a.s) göyərçin şəklində görünmüşdür.

“İsa vəftiz edilər edilməz

  Sudan ayağa qalxdı.

O an göy yarıldı, Müqəddəs Ruhun bir göyərçin kimi endiyini və onu aydınlatdığını gördü.”

Mələklərin şəkil və yaradılışındakı yayılmış olan anlayış fərqli dinlərdəki müqəddəs kitablarda olan fərqli ifadə, anladılış və referanslardan qaynaqlanmış ola bilər.Mələklərin xaricində, bəzi dinlərdə və onların müqəddəs kitablarında, kainatda müəyyən vəzifələri yerinə gətirmək üçün Allah(c.c) tərəfindən yaradılan və onlardan vəsilələr olaraq bəhs edilən, bir qrup tanrılar yaradılmışdır.Müqəddəs kitablarda bunların saysız misallarını tapa bilərsiniz.Beləcə bəzi kişilərin bütün bu ifadələri yanlış anlamaları nəticəsində mələkləri Allaha(c.c) ortaq qoşmaqları qaçınılmazdır.

İndi mələklərin yaradılışlarını, istənilən ümumi anlayışla deyil də yalnızca Qurani Kərimin işığında və İslamın Uca Peyğəmbərinin (s.a.v) hədislərində anlamağa çalışaq.
Qurani Kərimə görə bütün maddi və dini kainat bir qrup mənəvi güclər tərəfindən idarə edilməkdədir.Bunlar da mələklərdir.Bəzi mələklər; Cəbrail, Mikail, Əzrail kimi tək olaraq bəhs edilməklə birlikdə həqiqətdə onlar yalnız olaraq çalışmamaqdadırlar.Hər bir iş üçün rəhbər və ya uca bir mələk olmaqdadır, bu mələk bu işləri aparmaqda və ona bağlı olaraq da onunla bir çox mələklər topluluğu çalışmaqdadır.Bunlardan Uca Quran “Janud” olaraq söz etməkdədir.Onların bütün etdikləri Allahın(c.c) istəyi, yaratdıqlarının və planlarının işığında baş verir.Allahın(c.c) onlar üçün başdan sona planladığı və onlara təsis edilən işlərin xaricində heç bir şəkildə çıxmazlar.Qurani Kərimə görə hər insana onun yaxşı və pis əməllərini yazmaq üzərə iki mələk təyin edilmişdir.Bu yolla mələklər qarışıq və dərin bir iş olan qeyd sistemini düzənləyərlər.Bu hər kəsin əlində nəyi görərsə həmin anda qeyd alıb yazacağı bir dəftər var demək deyildir.Əslində mələklər insanların ruh və kişiliklərinə təsir edən, nəticə etibarı ilə qarışıq əməllər sisteminin qeyd edilməsinə məsuliyyətlidirlər.Bu vəziyyət yaxşı insanda sağlam bir ruh,pis insanda da pis bir ruhun ortaya çıxmasına səbəb olur.Ölənə qədər hər insanda şəkillənən ruhun insan düşüncə və davranışlarına təsirini ruha daşıyacaq şüurlu bir düzənləyiciyə ehtiyacı vardır.

  • Matta 3; 16

Bu, insanoğlu tərəfindən bütövlükdə qavranıla bilməyən, qarışıq bir işdir.Bununla birlikdə bizlər bu uca davranışlardan ayrı olaraq, qismən də olsa günahkarların vəziyyətində fərqli bir üzə sahib olduqlarına şahid oluruq.Bunun qara-ağ və ya başqa bir maddi terminlə bilinməməsinə baxmayaraq, belə bir ayırımı gözləmək heç də qeyri-mümkün deyildir.

Həqiqətdə sonsuz kainatın yönədilməsi daha onun milyardlarca illik var oluş tarixinin ən başından bəri çox böyük bir tənzimləmə, davamlı diqqət və idarə lazımdır.Bax bütün bunlar sonsuz sistemdə Onun qarmaqarışıq qanunlarını idarə edən və Allahın(c.c) təmsilciləri olan saysız mələklər tərəfindən yerinə gətirilir.

Mələklərin iş birliyini, müxtəlif şəkil və görünüşlərini maddiləşdirməsini bəlkədə bir dərəcəyə qədər anlaya bilərik.Əsasən onların həqiqi şəkil və varlıqları, insanların anlayışının çox üstündə olub, onlar insanlardan daha başqa ölçülərə aiddirlər

Bir dəfə Peyğəmbər Əfəndimiz (s.a.v) bir məsciddə səhabələri ilə oturduğu bir sırada ansızın bir tanımadıqları şəxsin içəri girdiyini görüldü.Bu şəxs camaata yaxınlaşıb hörmət ilə ön cərgəyə oturaraq İslamla əlaqəli suallar soruşmağa başladı.Suallarını bitirdikdən sonra oradan ayrıldı.Orada olanlar heyrətə düşdülər.Çünki bu kişi tanımadıqları bir şəxs idi və məscidə çata bilmək üçün çox uzaqlardan gəlmiş olması lazım idi.Kiçik olan o qəsəbədə elə bir ziyarətçinin varlığından kimsənin xəbəri olmaması imkansız idi.Hər kəs kimin və nə üçün gəldiyini bilirdi.Onun gəlişi o qədər ani olmuşdu ki, bunda bir sirr var idi.İkincisi onun üstündəki paltarlarında onun uzaqlardan gəldiyinə dair toz,torpaq izi də olmamaqda idi.Canlı, dinc görünüşlü olub, üstü başı tər-təmiz idi.Bundanda önəmlisi, kişinin özünü tanıtmadan sual soruşması və sonradan ani bir şəkildə qalxıb getməsi də bilinənin xaricində bir hərəkət idi.Uca Peyğəmbər (s.a.v) Səhabələr bir şey soruşmadan, gələnin Cəbrail (a.s)  olduğunu və onun özünə yönləndirilən suallarla, verilən cavablarla orada olan səhabələri aydınlatmaq məqsədi ilə olduğunu xəbər verdi.Bəzi səhabələr şəkil dəyişdirən bu mələk ilə görüşmək üçün məsciddən çıxmasına baxmayaraq, heç bir yerdə ondan bir izə rastlaya bilmədilər.Qəsəbədə də heç kimsə belə birini gördüyünü söyləyə bilmədi.Bu hadisə ən güvənilən hədis kitablarında göstərilmişdir.

Buradan çıxarılan nəticəyə görə, mələklərin bəzi kiçik işlərin yerinə yetirilməsi üçün belə insan şəklində göndərildiklərini söyləyə bilərik.Mələklərlə əlaqəli mövzularda özəlliklə Uhud və Bədir döyüşlərində, digər bir çox hədislərdə də rastlayırıq.Fəqət burada daha çox detaya girərək mövzunu uzatmağın uyğun olmayacağını düşünməkdəyəm.

Yuxarıda açıqlanan və Qurani Kərimin bildirdikləri xaricində demək olarkı hər ölkədə dəyişik dinə mənsub olanların mələklərlə əlaqəli düşüncələri, onları səmavi varlıqlardan çox, pəri nağıllarına bənzəməkdədir.Onlar mələklərin quşlar və pərilər kimi qanadlı olduqlarını, bir yerdən bir yerə getmək istədiklərində qanadlarını çırpdıqlarını söyləyərlər.Bu yanlış ifadələr bəlkə də bir çox dəfə bənzətmələr və qapalı ifadələr olan dini terminlərin həddindən çox kəlimələşdirildiklərinə görədir.Mamafih Qurani Kərimdə mələklərlə əlaqəli olaraq qanadlardan bəhs edildiyini, iki, üç və dörd qanadlı olduqlarından söz edildiyini görə bilərik.

“Hər növ tərif yalnızca, səmalarla yeri yaradan, mələkləri bəzi zaman iki,bəzi zaman üç,bəzi zaman da dörd qənədli elçilər olaraq göndərən Allaha (c.c) məxsusdur.”

Quranın anlaşılmasına maneə olan bu növ deyimlərin açıqlanması üçün özəl bir yol vardır.Bunun üçün eyni növ istifadə yardımına müraciət etmək lazımdır.Misal, qənədlərlə əlaqəli başa düşülməsi çətin olan açıqlamaları bir oğlun yaşlı ana və atasına qarşı rəftarında görə bilərik

  • Fatir Surəsi 35:2

Bu mövzuda Qurani Kərim, oğuldan mərhəmət qənədlərini özünü hələ kiçik yaşdan bəri böyüdən ana və atasının üzərinə örtməsini istəyər.Burada “qənədlər” yalnızca güc və davranışlardır.Bizlər burada qənədlərin fərqli dinlər arasındakı müqəddəs təzahürünü ifadə etməkdə olan mələklər və insanlara müraciət edildiyinə inanırıq.Misal Kita Krişnanın iki qolu yerinə dörd qolu olduğu bilinir.Burada bəhs edilən əlavə iki qol, digər müqəddəs kitablarda olan qənədlərlə eyni məqsədə xidmət etməkdədir.Mələklər təbiətdə olan qanunların yoxlanılması və ya yerinə yetirilməsindən məsuliyyətlidirlər.

Viruslar və bakteriyalar hər biri ilə nizam içində çalışan və üstün sabitliyi təmin edən özəl mələklərlə düzənlənir, yönləndirilir və təmin edilir.Eynən bunun kimi kainat bir təsadüf və qarmaqarışıqlığın bir nəticəsi olmayıb,mələklər dediyimiz görünməyən mənəvi varlıqların nizamlaması ilə meydana gəlir.

Burada şeytanın vəziyyəti ilə əlaqəli başqa bir yanlış hekayə daha vardır.Enməsindən ötrü onun da mələklər sinifinə daxil olduğuna inanılır və deyilir.Qurani Kərim bu görüşü və onun da bir mələk olduğu fikrini rədd edər və onu atəşdən yaradıldığını və cin kimi bir həyat şəkli olduğunu deyər.

Kitablar

İndi imanın üçüncü şərti olan kitablara imana gələk.Müsəlmanların yalnızca İslamın qurucusu Hz.Muhammədə(s.a.v) vəhy edilən Qurani Kərimə inanmaları xaricində harada və hansı əsrdə olursa olsun, digər bütün peyğəmbərlərə vəhy edilən müqəddəs kitablara da inanmaları vacibdir.Bu İslam inancının əsas bir bölümü olub, əgər bir kişi yalnızca Qurani Kərimə inanıb Yeni və Köhnə Ahid, yəni Tövrat və İncil kimi müqəddəs kitabları rədd edərsə onun İslam inancı qəbul edilməyəcəkdir.Bu inanc bəzi problemləri həll edərkən digərlərini ortaya çıxararaq ehtiyacların daha geniş olaraq araşdırılmasına səbəb olacaqdır.Bu xüsusiyyət, kişinin Allahın(c.c) tövhid inancına ehtiyac olaraq, yer üzündə insanoğlunun birliyinin təməlini yaratmaqdadır.Bu da dinlər arasındakı uyğunsuzluqq və güvənsizliyə səbəb olan sualların kökünü ortadan qaldırmaqdadır.Halbuki bu inanc bütün ilahi kökənli kitablarda cavablanmasına ehtiyac olan çox çətin sualları ortaya çıxarmaqdadır.

Müqəddəs olaraq bilinən bütün kitabları incələdiyimizdə yalnızca onların təlimatlarında üzdən deyil, fəqət təməl inanc sahələrində də ziddiyyətlərə rast gəlirik.Halbuki onlar eyni sonsuz işıq qaynağından gəlsəydilər, vəziyyət heç də belə olmazdı.Bu tip kitabların çoxunun mündəricatı, onların izləyicilərinə fərqli anlaşılıb təfsir etmək surəti ilə, böyük və bənzəri olmayan Yaradıcının ucalığını, digər ikinci plandakı məbudlarla paylaşdıqları inancına yol açmaqdadır.Bəzi kitablarda Allah(c.c) xanımı, qızları və oğulları olan digər tanrıların ailə rəisi olaraq tanıdılır.Digər başqa kitablarda da yalnızca Allahın(c.c) sahib olduğu bir növ xüsusu güclər yenə övliya kimi insan şəkillərinə bənzədilir.Bəzi kitablarda Allahın(c.c) birliyi o qədər dəqiq və mübahisəsiz olaraq vurğulanır ki, tutumu və vəsfləri nə olursa olsun, Allahın(c.c) bütün bu vəsflərini paylaşmaq üçün heç bir imkan və yer buraxmazlar.Bax bu məsələdə Qurani Kərim dünyanın əsas dinləri arasında xüsusi özəlliyə sahibdir.

Qurani Kərim bu qarışıqlığı necə həll edər?

Bax sual elə burdadır.Qurani Kərim bizə  insanoğlunun öz dinlərinin qurucuları tərəfindən gətirilən ilahi qanunları pozmağa meyilli olduğunu söyləyər.Tanrının vahid olması inancının çox tanrılığa çevrilməsi fikri də bu meylin açıq bir ifadəsidir.Heç şübhəsiz bu iddianın həqiqiliyini, ifadələrin dəyişdirilmə tarixlərini izləyərək və ya o ifadələrin təfsirlərini daha vəhy edildiyi ilk əsrdən etibarən incələyərək tapa bilərik.Bunun üçündür ki, Qurani Kərim bütün ilahi kitabların başlanğıcda öz qanunları ilə eyni fikirdə olduqları mövzusunda diqqətimizi çəkməkdədir.Tarixi dəyişikliklərin arxası ilə getməyə ehtiyac yoxdur.Çünki məntiqli olan Qurani Kərimin ortaya qoyduğu nəticədən başqa bir nəticə olmadığıdır.Əgər uca bir varlıqdan başqa bir yaradan yoxsa və bütün dinlər öz ilahi kitablarının Allahdan (c.c) gəldiyini iddia edirlərsə, bunun qəbul edilməsi və beləcə bütün bu kitabların arasında təməldə bir birliyin olması vacibdir.

Bunları dedikdən sonra kişi, bütün dinlərdə ortaq olan dini dərs və təlimatları, araşdırmaq kimi digər bir sual ilə qarşılaşa da bilərlər.Kişi həqiqəti yanlışdan ayıran qəbul edilə bilən məntiqli bir idarə sistemini tapmalıdırlar.Qurani Kərim pəncərəsindən əsas inanclar insan yaradılışına o qədər uyğundur ki, bunlar öz həqiqətləri ilə sanki insan qəlbinə basdırılırlar.Bunlar:

“Halbuki onlara, ibadəti yalnız Allaha (c.c) xas qılaraq, yaxşı düşüncələr üzərində sabit olaraq Allaha (c.c) qulluq etmələri, camaat ilə namaz qılmaları və zəkat vermələri buyrulmuşdur.Həqiqət üzərində var olan din budur.”

Bunun mənası da, yerüzündə var olan dinlərin bütün qurucularına sadəcə tək bir tanrıya səmimiyyətlə və tamami ilə özlərini Ona qurban vermək surəti ilə sadəcə Ona ibadət etməyin vacibliyini demiş olmalarıdır.Ayrıca onlara, öz dinlərində əmr edildiyi şəkildə ibadət etmələri, ehtiyacı olanlara və sadiqlərə yaxşılıq etmək şərti ilə Allah(c.c) yolunda xərcləmələri tövsiyyə olunmuşdur.Hansı dinə aid olursa olsun, bütün bunlar arasında bir ziddiyyətə rast gəlmək mümkün deyildir.Sözümüzün burasında Allah (c.c) tərəfində qeyd edilən ibadət şəkilləri və fərqlilikləri üzərində uzun mübahisələrə girmək istəmirik.Hələ dinlərdə həm təməldə,həm də detaylı qanunları arasında fərqliliklərin niyə görüldüyünü və bu səbəblərin nə olduğu mövzusunda diqqətinizi çəkmək istəyirik.Qısacası zamanın çox rəhimsiz və pozulma,məhv olma fikrinin də zaman məhfumunun ayrılmaz bir parçası olduğunu söyləyə bilərik.Yeni olan hər şeyin inkişaf edib, köhnəlib dəyişməsi lazımdır.Birisi çox böyük bir saray və qalaların toplusuna heyranlıqla baxa bilər.Fəqət eyni idarə və eyni memarlar tərəfindən ələ alınan bu sturukturlar belə eyni bu qanundan istisna edilə bilməz.

Bəzən bunlara yeni nəsillər tərəfindən elə bir şəkildə qorxunc əlavələr və dəyişikliklər edilir ki, onların əsas şəkil və oxşarlıqları tamami ilə ortadan qalxır.Bəzən də onlar ümumiyyətlə tərk edilirlər.Qurani Kərimə görə bütün bu dinlərdə ziddiyyətlərin olduğu bu sahələr, daha sonrakı əsrlərdə insan əlindən qaynaqlanmışdır.Qurani Kərimin qəbul edilmiş beynəlxalq təlimatlarının işığında, ən azından əsas prinsiplərdə İslamın bütün bu dinlərin birləşdirilməsində bir yol çəkdiyi görülməkdədir.Beləcə insan əli ilə dinləri tamami ilə bir birindən ayrı göstərən maneələr aradan qalxar.

Yuxarıda açıqlanan səbəb, fərqli kitablardakı təlimatların dəyişdirilməsində gözlənilən bir məsuliyyət deyildir.Bəzi fərqliliklər şübhəsiz insan əli ilə yaranmayıb, zamanın əli ilə yaranmışdır.

Bəyyinə Surəsi 98:6

İnsan heç şübhəsiz mədəniyyət, texniki elmlər, iqtisadiyyat kimi tarixin müəyyən əsrlərində müəyyən sahələrində irəliləmişdir.Hər əsrlə əlaqəli dəyişik təlimatlara ehtiyac hiss olunmuşdur.Beləcə o əsrin ehtiyaclarına qarşı ilahi kitabların enməsi də lazım idi.Zamana bağlı təlimatlar universal olmayıb müəyyən vəziyyət və ehtiyaclarla əlaqəli olubdur.İnsan müəyyən əsrlərdə,insandan daha aşağı bir növ həyat yaşamışdı və bu həyat o qədər də uzaqlarda deyildir.Onun kainatla əlaqəli elmi dar, zehni inkişafının isə sərhəddi var idi.O, üzərində yaşadığı dünyanın fərqində belə deyildi.Universallığı, yer üzünün böyüklüyünü və yaradılışını anlaması üçün insanın əlində olan sadə texnikalar kifayət deyil idi.Hətta onun varlığından  xəbərdar olması, onun aid olduğu kiçik bir sahə, torpaq parçası və ya şəhər ilə sərhədli idi.O dövrdə nazil olan və sərhədli suverenlikləri olan kişilərə xitabən mən bir çox ilahi kitabda dünyanın varlığının kənarında bir əlamətə rastlamamaqdayıq.Bəzi dünyəvi fəlsəfəçilərin bizləri inandırdıqları kimi suala məruz qalan kitabların, ilahi qaynaqdan çox insan istehsalı olduğu mövzusuna yetəri qədər dəlil irəli sürüldüyü mənasını daşımamaqdadır.

Bütün ilahi təlimatlar yalnızca ehtiyaclarla əlaqəli olmayıb, əsrin insanlarının elmləri ilə də əlaqəlidir.Əks halda o əsrin insanları öz dövrlərinin peyğəmbərlərinə qarşı etirazlar edəcək və onları yayılmış olan, əsası tərk edilən hökmlərin ziddiyyətli olduğu üçün təqsirkar hesab edəcəkdilər.Bu onlarla eyni məlumatı paylaşan peyğəmbərlər üçün həll edilməsi son dərəcə çətin bir qarışıqlığın ortaya çıxmasına səbəb olacaqdır.

Bununla əlaqəli olaraq eyni maraqlı misallar Qurani Kərimdən verilə bilər.O zamanın insanları yaradılışın mənasını fərqli və yanlış olaraq anlayıb qavramış, daha sonrakı insanlar bunu yanlış olduğunu isbatlamışdır.Qurani Kərim hansı vəziyyətə tətbiq edilərsə edilsin o həm müasir, həm də axır zamanın insanları tərəfindən etiraza məruz qalacaqdır.

 

Qurani Kərimin bu problemi həll etməsi heyrət verici bir işdir.O nə dövrün filosoflarına nə də elm əhlinin tənqidlərinə heç bir açıq qapı buraxmamışdır.

İndi verəcəyimiz misal özəlliklər çox qəribədir.Bu dövrdə yaşayan bir kişinin dünyanın öz oxu ətrafında döndüyünü bilməsi üçün çox irəli, yüksək təhsilli olmasə lazım deyildi.Əgər birisi bu açıqlamanı on dörd əsr əvvəl etmiş və bunu Allaha(c.c)  yönəltmiş olsa idi, ya cahilliyindən ötrü dərhal rədd ediləcək və ya Allah(c.c) öz yaratdıqları haqqında elmə sahib olmadığı üçün (haşa) gülməli vəziyyətə düşəcək idi.Bütün dövrlərə aid universal bir kitab olan Uca Quran, bütün bu mövzuları arxa plana qoymamışdır.Əks halda bizim kimi axir zaman insanları, haqlı olaraq kainatla əlaqəli elm sahibi olmaqla təqsirləndirilirdi.Buna meydan oxuyaraq Qurani Kərim dağlardan bəhs edərək onların üzən və ya hərəkət edən buludlara bənzədiyini, halbuki insanların onların sabit olduqlarını zənn etdiklərini ifadə etməkdədir.

“Sən dağları yerində dayanmış olaraq görürsən.Halbuki onlar buludlar kimi hərəkət edirlər.”

Şübhəsiz dağlar tək başına yerüzü dönmədikcə üzən kimi hərəkət etməzlər.Fəqət burada istifadə edilən zaman (Ərəbcədə muzariyyə) gələcək zamandır və ümumi olaraq indiki və gələcək zamanla əlaqəli olaraq istifadə olunur.Belə olanda ayət:

“dağlar heç bir güc sərf etmədən davamlı hərəkət etməkdədirlər” şəklində tərcümə edilə bilər və ya “dağlar sanki dənizlərdə üzən kimi hərəkət edəcəklər” deyə tərcümə edilə bilər.O dövrün insanları bu ikinci variantı qəbul edə bilərlər, fəqət eyni Ayəti Kərimənin başqa bir bölümünə diqqət etməmişlərdir.O da”Onları sabit bilirsiniz”-dir.Hərhansı bir dövrə aid insan, necə olur ki, dağların anidən hərəkət etməsi vəziyyətində onların sabit olduğunu düşünə bilərmi? Onların hərəkətlərinin açıqlaması birilərinin yer üzündə həyatda olub da bu ayədə göstərilən təbiət möcüzəsini səssizcə seyr etməsinə imkan verməz.Beləcə ən məntiqli və keçərli tərcümə:

 “Siz dağları sabit zənn edərkən həqiqətdə onlar sürətli olaraq hərəkət halındadırlar” olacaqdır.

Qurani Kərimdə buna oxşar bir çox misallar vardır.Fəqət bunları “Rationality and Revelation in Relating to Knowledge and Truth” adlı kitabımda açıqladım.Oxuyucularımız bu mövzuya maraq duymaları halında ondan yararlana bilərlər.

Çox qədimlərdə, Hindistanın milləti lehinə vedalar (qədim əlyazmalar) vəhyedildiyində onların dənizlərin dərinliklərindəki dünyalarla əlaqəli çox az məlumatları olduğunu bilirik.Bundan ötrü Hindistanda bir yandan Himalayların təbii sərhədləri, digər yandan dənizlərin təbii sərhədləri xaricində heç bir ölkədən və ya millətdən söz edilməmişdir.Vedaların bu mövzudakı səsizliyi Allahın(c.c) səsizliyi yanında uyğun olaraq anlaşılmışdır.

Açıqlanması lazım olan bir mövzuda ilahi kitablarda göstərilən gerçəklərin iki qrupda açıqlandığıdır.Birinci qrup hansı dinə bağlı olursa olsun, bütün insanların anlayıb doğrulayacağı bu dünya ilə əlaqəli mövzuları əhatə edər.Bax yuxarıda dediyimiz mübahisəli mövzularımız bunlardır.Digər dünya yəni axirətlə əlaqəli mövzulara gələndə, hərhansı bir kişi bir çox iddialarda ola bilər.Çünki onlar insanoğlunun isbatının çox üstündə olur.Bununla birlikdə fərqliliklərə baxmayaraq əgər orjinal halı ilə uca kitabın dərinliklərinə enilərsə, əsas nöqtələrdəki oxşarlıqları daima izləyə bilərik.

Bir arxeoloq necə qədim qalıntıları incələyib üzərində çalışaraq əsə olan planı yenidən cızıb inşa edə bilərsə, peyğəmbərlərin vaxtından uzaqlaşan dinlərin mənsublarının, yaratdıqları sis pərdəsinə baxmayaraq, tövhid mesajını, maraqlı və diqqətli bir müşahidəçinin oxuması və görməsi heç də çətin deyildir.

Qısacası bilərəkdən insan əli ilə dəyişən fərqliliklərdən bəhs etdik.Bəhsi keçəni izah etmək üzərə, Yəhudiləri bağışlanma yollarından məhrum edən Tövratın təlimatlarına baş vura bilərik.Müasir dövrün diqqətsiz bir müşahidəçisi baxımından bu, ilahi olmayan və qisas almağa meyilli bir təlimat kimi görünəcəkdir.Buna baxmayaraq dövrün ehtiyacları yaxından gözlənilib incələndiyində təlimatlar tamami ilə fərqli bir işıq ortaya qoyar.İsrailoğullarının Fironun yandırıcı və əzici üstünlüyü və təzyiqi altında öz təməl insanlıq hüquqlarından məhrum buraxıldıqlarını bilirik.Onlar özlərinə tanınmayan insanlıq hüquqlarını müdafiə etmədən və zalim idarəçilərinə baş qaldırmadan zəlil və kölə həyatı yaşamağa məcbur edildilər.İki yüz ilə yaxın olaraq davam etdirdikləri zəlil həyat tərzi, onlardan demək olarki doğru, elit olan insanlıq xüsusiyyətlərini oğurlayıb aparmışdı.Bağışlanma adına digər bir ifadə ilə, qorxaqlıqla, qisas almaq üçün öz hüquqlarından imtina etməyi qəbul etmişlərdi.Əgər onlara qisas alma və ya bağışlanma kimi bir variant açıqca verilmiş olsa idi, aralarından çox azı ilk variantı almağa cəsarət edə bilərdi.Eynən Tövratın təlimatları kimi hər nə qədər görünüşdə çox sərt, kobud, tək yanlı görünməkdə isə bu, o zamanın ehtiyacını qarşılayan ən mükəmməl təlimat idi.O, bu təlimatın acı dərmanlar ilə müalicə edilmək istəyən xəstə bir dövlət idi.

İsraillilərin qəlbləri on üç əsrdən bəri insafsızca qisas alma tətbiqi ilə həqiqətəndə daşlaşmışdı.Bax belə bir zamanda kişiliyində sevgi, xoşgörü, bağışlama, təvazökarlıq olan Məsih gəldi.Əgər Allah(c.c) zamanın Yəhudilərinə həm bağışlama, həm də qisas alma variantı vermiş olsa idi onlar heç şübhəsiz bağışlanmağı düşünmədən qisas almağı seçərlərdi.Burada İsanın(a.s)  zamanında ən mükəmməl təlimat nə olmalıydı sualı ortaya çıxmaqdadır.Heç şübhəsiz qisas almaq variantı olmadan bağışlama olmalı idi.Bax bu elə belə də oldu.Açıqca ziddiyyətlərin olmasına baxmayaraq bilinən təlimatlar həqiqətən eyni məqsədə xidmət edərək Allahın(c.c) bildirdikləri ilə uyğunluq içində işlədiyi açıqca ortaya çıxmışdır.Məqsəd müxtəlif zamanlarda fərqli dərmana ehtiyacı olan xəstəni sağaltmaqdır.