Islama giriş məlumatları

Peyğəmbərlər

İslamın dördüncü əsas şərti bütün peyğəmbərlərə inanmaqdır.Bu şərt, üçüncü şərtin məntiqli nəticəsidir.Bütün kitablara inanma şərti, bütün peyğəmbərlərə inanma şərtinin bir nəticəsidir.Qurani Kərim Adəmdən (a.s)  başlayaraq Muhəmmədin (s.a.v) əsrinə qədər Orta Şərqin xəttdində olan birçox peyğəmbəri anladar.Bununla birlikdə bu qanunda bəzi istisnalar olmaqdadır.Quran Kərimdə xüsusi ilə bu mövzu ilə əlaqəli iki şeydən söz edilməkdədir.

  1. Uca İslam Peyğəmbərinə bəzi isimlər və bəzi peyğəmbərlərin qısa hekayələri vəhy edilməsinə baxmayaraq bu siyahı geniş ölçülü deyildir.Bunlar yalnızca nümunə isimlər olub, Qurani Kərimin zikr etmədiyi bir çox peyğəmbərlər mövcuddur.

B ) Göstərilən peyğəmbərlər siyahısında xüsusi ilə bəzi isimlər İsrailoğullarının peyğəmbərlərinin isimlərinə çox oxşamaqdadır.Bununla birlikdə bir çox müfəssir, bu peyğəmbərlərin yalnızca xarici dünyanı təmsil etmək üzrə siyahıya əlavə edilən və Ərəb olmayan peyğəmbərlərdən olduğu inanc və  (……) daşımaqdadır.Misal, Zülfikl bu siyahıda olan isimlərdən biri olub, Ərəb xalqında və ya onların istifadə etdiyi dildə bu isim heç eşidilməmişdi.Bəzi elm adamları əsasən “Kəpil) olan bu ismin Buddaya əsaslandığını söyləmişlərdir.Bu ad Nepal ilə Hindistan sərhədləri arasında olan kiçik bir ölkənin paytaxtıdır.Budda yalnızca Kəpilə aid olmaqla qalmayıb birçox dəfə onun Kəpilə aid olduğu göstərilməkdədir.Bax bu da Zülfiklin özüdür.Ərəb dilində “p” səsiz hərfinin olmaması və onun yerinə yaxın “fə” hərfinin olduğunu unutmamaq lazımdır.

Belə olanda “Kəpil”, Ərəb dilində “Kifl” olaraq tərcümə edilmişdir.

Qurani Kərimin dəlili xaricində müfəssirlər arasında ziddiyyət mövzusu olan bir referans vardır.Peyğəmbərin (s.a.v) hədisində də Hindli bir peyğəmbərdən söz edilməkdədir.O, belə demişdir.

“Hindistanda Allahın (c.c) qaraşın və adı Kehan olan bir peyğəmbəri vardır.” (5)

İndi Hind dinləri tarixinə bələd olanlar Hindu ədəbiyyatında qaraşın olaraq bildirilən Tanrı Krişna ilə istisnasız bağ quracaqlar.Ayrıca Krişnanın adına “Kanhaya” ismi də əlavə edilmişdir.Kanhaya eyni səsiz hərfləri yəni K,N,H hərfləri daxildir ki, bu da önəmsiz bir bənzərlik deyildir.Buna qarşılıq bu isimlə Ərəb olmayan hər hansı peyğəmbərdən söz edilməsi elmi bir mübahisədir.Heç şübhəsiz Qurani Kərim, hər Müsəlmanın yalnızca bütün peyğəmbərlərə inanmaqla qalmayıb, ayrıca bizi xəbərdar edərək dünyanın hər bölgəsinə, hər dövründə Allahın (c.c) elçi və peyğəmbərlərinin göndərilmiş olduğuna da inanmağımızın vacib olduğu bildirilir.Prinsipcə bu inanc, digər ilahi kitablarda olmayan və peyğəmbərlər ilə digər dinlərdə olan elçilərin varlığının doğruluğuna dəlil olub, Qurani Kərimin xüsusi bir açıqlamasıdır.

Bu İslamın olduğu qədər yaradılışın müasirliyinə də işıq tutmaqdadır.Əgər Qurani Kərimin iddia etdiyi kimi, Quran təlimatlarının bütün insanlıq üçün olduğu doğru isə, o zaman bütün peyğəmbərlərin doğru olduğunun tanınması lazımdır.Əks halda bir çox dinlərə mənsub olanlar özləri ilə İslam arasında bağlayıcı bir körpü tapa bilməyəcəklərdir.

 Tarikh Həmdan Deylani, Babul Kaaf. Cib Kitabcığı, Sh.854, Malik Abdul Rahim Hadim, 6. Nəşr 1952

Bütün kitab və peyğəmbərlərin varlıqlarının tanınması, bütün insanlığın xeyrinə olan inqilabi bir açıqlamadı.Digər şeylərin yanında bu açıqlama, dinlər arası uyğunluq və sülhə gedən güclü bir baza hazırlayar.Əgər biri digər dinlərə mənsub kişiləri saxtakarlıqla günahlandırsa, yalnızcaöz dini inanclarında dini müqəddəsliyin gerçəkliklərini həqiqətlərini hamıya şamil bilsə, bu kişi digər dinlərə mənsub kişilərlə necə sülh içində ola bilər? Müxtəlif dinlərə mənsub olanlar, öz dinlərinə aid inanc mövzularında, çox az məlumatlarının olduğu universal bir həqiqətdir.Dini elm ya təyin edilmiş rahiblik və ya dini liderlərin müdafiəsi altında görülməkdədir.Xalq, hərhansı bir dini yönləndirməyə ehtiyac hiss etdiklərində o an bu kişiləri qarşılarına görərlər.Hətta bunlar öz Uca Peyğəmbər və ilahi təlimatlarının şərəf və hömətini, Uca Rəbbə olması olan müqəddəslik və hörmətdən üstün tutmuşlardır.

İslam xaricində heç bir dinin uca kitabı, digər dinlərin qurucularını təsdiq etməmişdir.Öz peyğəmbərlərinin həqiqətlərinin tanınmaması, dinlərin bir birini alçaldaraq, hər birinin həqiqətə sahib olduqlarını iddia etmələrinə və hər birinin digər dinlərin peyğəmbərlərinin yalançı olduğunu bildirmələrinə yol açar.Bu cür ifadələrə çox açıq olaraq günlük həyatda rastlamamaqla birlikdə, acı həqiqətlər göstərməkdədir ki, əgər bir dinə mənsub olanlar, öz inanclarını ciddiyə alırlarsa, özündə belə digər başqa dinlərinin hər birinin yanlış olduğunu qəbul etmək məcburiyyətindədir.Bu günün Xristianlığına inanmış həqiqi bir Xristianın Buddanın, Krişnanın və Zoresterin doğruluğunu qəbul etməsi gözlənilə bilməz.Xüsusi ilə Hz.Muhammədə (s.a.v) olan fikirləri yuxarıda açıqlanandan fərqli deyildir.Onu (haşa) yalancı olaraq qəbul etmək məcburiyyətindədirlər.Əks halda onların İslamiyyəti qəbul etməkdən başqa çarələri yoxdur.Şərq alimləri mübahisə etdikləri bu mövzu daima eyni vəziyyəti qorumuş olub, aralarından birçoxu İslamın Qurucusunun saxtakar olduğu inancındakı apaçıq düşmənliklərində son həddə çatmışlardır.Bu eynən digər dinlərə də tətbiq olunar.Günlük həyatda bu kimi nəzakətsizlik və həqarətin təəcüüblü misallarına rastlamamaqla birlikdə, kişi bir fikri gizləsə və ya onu açıqca ifadə etsə belə, o maneələr yenə də mövcuddur.Bu açıqca göstərməkdədir ki, bütün dinlərə mənsub olanlar özlərini digərlərindən ayırmışlar, həqiqət ilə yalanı, doğru olanla yanlış arasındakı maneələr, bu günün insanlarının ən çox ehtiyac duyduğu dini uyğunluğu qorumada müvəffəqiyyətli olmuşdur.Heç şübhəsiz dünyada nəzakətlərinə görə İslam Peyğəmbərinin (haşa) bir saxtakar olduğunu elan etməyən, mədəni və təhsil görmüş Xristianlar da vardır.Bununla birlikdə, öz inanclarına görə, Xristianların, İslamın qurucusunun doğruluğunu rədd etməkdən başqa bir yolları yoxdur.Halbuki Müsəlmanların vəziyyəti tamami ilə fərqli bir hekayədir.O nə zaman İsa, Musa, Krişna və ya Buddadan bəhs edərsə, onlardan hörmət və sevgi ilə söz edər, çünki bundan başqa bir yol yoxdur.Çünki bu onun inancının əsas şərtidir.Bu onun nəzakətindən deyil, onların doğruluqlarına və hörmətlərinə olan həqiqi inanclarından qaynaqlanmaqdadır.Bunun işığında, imanın bu şərtinin beynəlxalq bir önəm daşıdığı görünməkdədir.Bu da dinlər arasında dinclik və uyğunluq yaradaraq qarşılıqlı həqiqi bir güvən və sevgi havasını yaradır.Bu da eynən Allahın (c.c) tövhidi kimi, başqa heç bir variantı olmayan, özündən var olan və yeri doldurula bilməyən dəyəri yaradır.

Vədedilən Məsih və Mehdi Mirzə Qulam Əhməd Qadiyani (a.s) digər peyğəmbərləri İslam inancına görə belə özətləmişdir:

“İnancımın əsasını təşkil edən prinsiplərdən biri də dünyanın formalaşmış dinləri ilə əlaqəlidir.Bu dinlər yer üzünün müxtəlif bölgələrində geniş qəbul görmüşdür.Onlar əsrin ölçülərinə uyğunlaşmış və yetkinlik səviyyəsinə çatmışdır.Allahın (c.c) mənə bildirdiyinə görə bu dinlərin heç biri öz qaynaqlarında yanlış və peyğəmbərlərin də heç biri yalançı deyildir.(6) Bax bu, insanın əxlaqi səviyyəsinə yardım edən, sülh və uyğunluğu inkişaf etdirən razılığın əsasını təşkil edir.İstər Hindistan, İran və ya Çində, istərsə başqa bir ölkədə yaşamış olsun, dünyadakı bütün peyğəmbərlərin həqiqi olduqlarına yəqin inanc ilə inanırıq.” 

Urdu dilində (Tohfa Qaisariyə)`dən tərcümə edilmişdir. Sh.256, Roohani Khazain (Mənəvi Xəzinələr) Cild12, Unwin Brothers, Gresham Mətbəəsi Old Working, Surrey 1984.

Urdu dilində (Tohfa Qaisariyə)`dən tərcümə edilmişdir.Sh.259, Roohani Khazain (Mənəvi Xəzinələr) Cild12, Unwin Brothers, Gresham Mətbəəsi Old Working, Surrey 1984.

Allahın (c.c) göndərdiyi, dünyanın hər yerində və əsrində peyğəmbərlərin olması ehtiyacı dəqiqləşdikdən sonra, səhnə beynəlxalq bir peyğəmbərə hazırlanmışdır.Beynəlxalq bir peyğəmbərin qəbul edilməsi qarşılıqlı razılaşmaya bağlıdır.Doğru olaraq qəbul etdiyiniz birisinə başqalarının da inanmasını gözlədiyiniz zaman, başqalarının da var olan sarsılmaz inanclarının tələbi olaraq müqəddəs kişinin doğruluğuna şəhadət etməyiniz də bu prinsipə yardımçı olacağı aşikardır.

Beləcə İslam tək bir peyğəmbərin universallığının əsasını ortaya qoyar.Belə bir iddia Quran Kərimin göstərdiyi kimi Uca Peyğəmbərin (s.a.v)  sadəcə Ərəbistan üçün deyil, bütün insanlıq üçün gəldiyinin iddiasıdır.Bütün insanlığı bir bayraq altında bir araya gətirilməsi halında ideal bir gələcək və ya qızıl bir əsr yaşanacağı düşüncəsinə hər dində rastlanmaqdadır.Fəqət orada insanı inanc və (………) birləşdirəcək bir əsasa rastlanmamaqdadır.İslam, din tarixində ilk dəfə fərqli zamanlarda dünyanın bütün millətlərinə ilahi peyğəmbərlər göndərildiyini açıqlayaraq universal bir dinə gedən yolu hazırlamışdır.Uca Qurana görə peyğəmbərlik müəssəsəsi zamansız və universaldır.Eyni müəssəsəni açıqlamaq üçün bir birindən çox az aydın xüsusiyyəti olan iki ifadə işlədilir.Nəbi ifadəsinin əvvəlcədən verilən xəbər ilə əlaqəsi vardır.Burada Allah (c.c)  özünü təmsil etmək üzrə seçdiyi kişiləri, gələcəyin önəmli hadisələri əlaqəli məlumatlarla təchiz edir.Ayrıca onlar insanlar tərəfindən daha əvvəl bilinməyən keçmişin məlumatlarına da sahibdirlər.Bu kişilərin məlumatlarının var olması onların hər şeydən “Xəbərdar Olan” tərəfindən məlumatlandırıldığının dəlilidir.Əvvəlcədən verilən xəbərlər onların doğruluğunu ortaya qoyduğudan insanlar beləcə onlara bağlanır, inanır və onların mesajlarını qəbul edirlər.

Peyğəmbərlərlə əlaqəli digər bir ifadə də Rəsul yəni elçidir.Bu da Allah(c.c) adına insanlığa çatdırılacaq önəmli mesajlarla əlaqəli peyğəmbərlərin vəhyləri özündə ehtiva edir.Bu mesajlar ya yeni şəriətdən bəhs edər, ya da əvvəlcədən endirilən şəriətlərdən misallar verilərək insanların keçmişdə etdikləri xətalardan ötrü onları xəbərdarlıq edir.Bu hər iki (……..)  bir kişidə birləşir və beləcə bütün peyğəmbərlər elçi olaraq və bütün elçilər də peyğəmbər olaraq xarakterizə edilir.

İslama görə bütün peyğəmbərlər insandır və heç biri də insanüstü xüsusiyyətlərə sahib deyildir.Peyğəmbərlərə onların insanüstü xüsusiyyətləri olaraq başa düşülən bəzi möcüzələrin olduğu deyilsədə, Qurani Kərim açıqca belə bir fikri rədd edər.Ölüyü diriltmək bəzi peyğəmbərlərə istinad edilən bu növ möcüzələrdəndir.Bu növ oxşatmalar bir çox ilahi kitab və dinlərdə olmasına baxmayaraq Qurani Kərimə görə bunların ifadə etdiyi məna kəlimə olaraq deyil, fəqət bənzətmələrə əsaslanmaqdadır.Misal, İsaya (a.s) ölüləri canlandırdığı istinad edilir.Buna qarşılıq Qurani Kərimdə Uca Peyğəmbər Muhamməd (s.a.v) ilə əlaqəli olaraq eyni ifadəni işlədərək, Onun möcüzəsinin insanları mənəvi olaraq canlandırmaq olduğunu bildirər.Palçıqdan quşlar düzəldərək onların Allah (c.c) adına uçmalarını söyləməsi də eyni vəziyyətdir.Bu quşlar yalnızca dünyaya aşiq olan insanlara qarşı özlərinə mənəvi bir uçma, ucalıq bəxş edilən insanoğludur.

Heç bir peyğəmbərə digərlərinin arasında onu başqalarından üstün tutan fərqli bir xüsusiyyət və uzun bir ömür bəxş edilməmişdir.Ayrıca heç bir peyğəmbər çox uzaqlara, kainatın bir yerinə bədəni ilə qaldırılıb götürülməmişdir.Əgər belə bir mövzu varsa bu mənəvi bir ucaltma olub, bədəni ilə qaldırılma deyildir.Qurani Kərim bu vəziyyətin oeyğəmbərlərin xarakterlərinə tərs düşdüyünü ifadə edər.Əhli Kitabdan olanlar İslam Peyğəmbərindən (s.a.v)  göyə çıxaraq oradan maddi olaraq bir kitab endirməsini istədikləri zaman, onlara Allahın (c.c) özünə öyrətdiyi cavabla qarşılıq vermişdir.

“Onlara de ki: Mənim Rəbbim belə şeylərdən münəzzəhdir.Mən yalnızca bir insan və Allahın(c.c) Rəsuluyam.”

Bu cavab, fiziki olaraq bədəni ilə göyə qaldırıldığına inanılan digər peyğəmbərlər haqqındakı bütün iddiaları rədd edər.Mübahisənin cavabı göstərməkdədir ki, heç bir insan və ya peyğəmbər bədəni ilə göyə qaldırılmışdır.Əksi halda Peyğəmbər Muhamməd Mustafanın da (s.a.v) eyni möcüzəni göstərmiş olması lazım olardı.

Peyğəmbərlərin insani xarakterləri ilə bərabər onların insan olaraq sərhədli olmaqları əsas İslam təlimatlarının ən gözəl xüsusiyyətlərindən birini vurğulamaqdadır.Peyğəmbərlər özlərinə verilən insanüstü xüsusiyyətlərdən ötrü deyil, əksinə onlara bəxş edilən xüsusiyyətləri daha yaxşı dəyərləndirdiklərindən ötrü öz millətləri arasından peyğəmbər olaraq çıxarlar.Böyük mənəvi ucalıqlara çatmaqlarında baxmayaraq onlar yenə də insan olaraq qalmışlar, onların belə davranışları başqa insanlar tərəfindən təqlid edilməmişdir.İslam, vəhyin davamı mövzusunda, İslamın Uca Peyğəmbərinin (s.a.v) şəriət gətirən peyğəmbərlərin sonuncusu və Qurani Kərimin də ilahi kitabların sonuncusu və ən mükəmməli olduğunu və onun qiyamətə qədər qorunacağını açıqlayar.Şübhəsiz o sonradan edilə biləcək dəyişiklik və əlavələrdən, həddi aşmaqdan qorunmuş mükəmməl bir kitabdır.Hər iki vəziyyətdə də dəyişdirilməsinə icazə verilməmişdir.İnsanoğlunun dəyişdirməsi və pozmasından uzaq bir kitab, mükəmməl bir kitabdır.Şəriətdən başqa vəhy məsələsinə gələndə, Qurani Kərim, onun daimi olduğunu açıqca bildirmişdir.İslam qurucusu və Quranla əlaqəli yenə Qurani Kərimdə əvvəlcədən verilmiş ilahi xəbərlər mövcuddur.Nisa Surəsinin bu ayəti bu mövzuda heç bir şübhəyə yer verməz.

Bəni İsrail Surəsi 17:94

“Allaha (c.c) və bu peyğəmbərə itaət edənlər Allahın (c.c) nemət verdiyi kimsələrdən olacaqdır və peyğəmbərlər, sıddıqlar, şəhidlər və salih olan kimsələrdən sayılacaqlardır.” 

Qısacası İslam Qurani Kərimdə nə onun təlimatlarını fəsh edən (ləğv edən) yeni bir şəriət, nə də İslam xaricində hakim olan bir peyğəmbər gəlməyən ən son və mükəmməl bir din olaraq açıqlanmışdır.Yalnızca Uca Peyğəmbəri (s.a.v) dəstəkləyən, tamami ilə ona bağlı yeni bir peyğəmbər gələ bilər.

Peyğəmbərlər daima bir mesajı çatdırmaq üçün gəlirlər.O mesaj yalnızca inanc sahəsini əhatə etməklə qalmayıb başqa inancların tətbiq olunduğu və yerinə gətirildiyi sahələri də əhatə etməkdədir.Təlimatlar iki böyük qrupa ayrılmışdır.

  1. Kişi Allah (c.c) ilə əlaqəsini necə inkişaf etdirə bilər?
  2. İnsan olaraq kişi yaradılanlarla olan əlaqəsini necə icra etməlidir?

Bu hər iki qrup şəriətin hər sahəsini əhatə etməkdədir.İslamda mükəmməllik üçün bu vəzifənin necə icra edildiyi mövzusunda uzun mübahisələrə girməyəcəyik amma bu təlimatın universal xüsusiyyətlərindən vacib bir neçə nöqtəsinə də toxunacağıq.