Islama giriş məlumatları

Namaz

İbadət bütün dinlərdə ortaq olan bir şeydir.Fərqli olan şey yalnızca ibadətin şəkli və davranışıdır.İslam, digər dinlərdə olan ibadət formalarını öz vücudunda toplamışdır.Bəzi kişilər Allaha (c.c) ayaqda, bəziləri də oturaq halda ibadət edərlər.Bəzi dinlərdə kişilər Allahı (c.c) dizlərinin üstündə oturaraq ibadət etdikləri kimi bəziləri də Onun önündə əyilirlər.Bəziləri Onun önündə qollarını bağlayar, digərləri isə açıq tutar.Qısacası bütün dinlərdə ortaq olan bir ibadət şəkli yoxdur.Maraqlı olan bir şey vardır ki, İslam onu tətbiq edənlərə, ibadət şəkli ilə əlaqəli geniş ölçülü təlimat verərək, digər dinlərdə olan ibadətin bütün şəkillərinin Müsəlmanların ibadət üsulunda simvolik olaraq yer aldığını da açıqlayar.Burada universal bir din sahəsinə doğru atılan bir addım görülməkdədir.

İslamda ibadət (namaz) müəssəsəsi, hər insanın ehtiyacını qarşılayan, inkişaf etmiş bir sistemdir.Əvvəlcə unutmamaq lazımdır ki, yalnızca Uca Olanın önündə, Onun ucalığını göstərsinlər deyə yaratmış olduğunu düşünmək ibadətin məqsədinə ziddir.Müsəlmanların namazlarında etmələri istənilən ibadətin fəlsəfəsi ilə əlaqəli bütün davranışlar açıqca göstərməkdədir ki, namazdan əldə edilən xeyir ibadət edənin şəxsən özünədir, burada  Allahın(c.c)  xeyrinə olan heç bir şey yoxdur.Qurani Kərim Allahın (c.c) insanoğlunun tərifinə ehtiyacı olmadığını açıqlayar.Onun hökmranlığı o qədər böyük və xarakteri o qədər ucadır ki, Onun yaratdıqlarının Onu tərifləməsi, Onun Ucalığına və Hökmranlığına heç bir şey əlavə etməz.

İslamın Uca Peyğəmbərinin (s.a.v) açıqladığına görə: Əgər bütün insanlıq tək tək Allahdan (c.c) üz çevirəcək və günahların ən pisini işləyəcək olarsa, bütün insanlığın işlədiyi günah, eynən birisinin okeana bir iynə batırması və o iynənin üzərində qalacaq su qədər belə Allahın (c.c) ucalığından alıb götürməz.Vəziyyət belə olanda, Qurani Kərimdə ibadətlərin yalnızca ibadət edənə xeyir verəcəyi açıqlanmışdır.Bu çox geniş bir mövzu olub, bununla əlaqəli ancaq Qurani Kərimdən bir neçə nöqtə ilə Uca İslam Peyğəmbərinin (s.a.v) hədislərindən bir neçəsinə toxunmuş olduq.Allahı (c.c) zikr etmək və ibadətdə Onun sifətləri üzərində təfəkkür etmək, kişini Allahın (c.c)  varlığı ilə daha çox birləşdirərək ruhunu təmizləyər.İslami ibadətin mərkəzi də budur.

İnsanoğlu Yaradanın surəti ilə yaradılmışdır.Bu səbəblə Onun yaxınlığını qazana bilmək üçün var gücü ilə çalışılmalıdır.Bu edilməsi vacib olan bir dərsdir.Özlərini Allah (c.c) kimi düşünməyə və Onun kimi davranmaq üçün hazırlayanlar, insanlıq sərhədləri içərisində, bütün digər insanlarla hətta digər yaradılmışlarla əlaqələrini də davamlı olaraq inkişaf etdirirlər.

Bu insan ifadəsi ilə ananın övladlarına olan davranışları ilə açıqlanarsa daha yaxşı başa düşülər.Necə ki bir uşaq anasının həqiqi yaxınlıq və sevgisini qazanmış isə, ananın da ona qarşı sevgi və yaxınlığının olması da çox təbiidir.Yaradanın davranışını öyrənmək sənətçinin əsərinə olan davranışını bilmək kimidir.Allaha (c.c) yaxın olub da Onun yaratdıqlarından uzaq olmaq mümkün deyildir. Kişinin Onun yaratdıqlarından uzaqlaşaraq Allaha (c.c) yaxınlaşması mümkün deyildir.Yenə Qurani Kərimin ibadət üçün istifadə etdiyi kəlimələr digər dinlərdə işlədilən terminlərdən fərqlidir.Misal: Ayn, Bə,Dal (A, B, D) üç başqa hərfdir.Bunların ən sadə mənası köləlikdir.Ağası üçün hər şeyini itirən və ona hər mövzuda tabe olan kölə kimi.İslamda da ibadət edən kişi Allah (c.c) ilə olan əlaqəsində də eynən bu cür olmalıdır.İbadətin mahiyyəti birinin izindən getmək olduğu üçün burada istifadə edilmişdir.Allahın (c.c) vəsflərinin əldə edinilməsi də bax budur.

Qurani Kərim:

“Heç şübhəsiz namaz ibadət edəni bütün pisliklər və xoş olmayan sözlərdən qoruyar.”

Bu ayətin həm  müsbət, həm də mənfi mənası olmaqdadır.Hər ikisi də mükəmməl insan davranışının  meydana gəlməsi üçün lazımdır.Beləcə insanın mənfi halında ibadət edən kişini hər növ günahdan təmizləyərək ona yardım edər.Müsbət mənada isə, insanı öyrədərək xarakterini təmizləyər və onda olan dəyərləri elə ucaldar ki, onu Allah (c.c) ilə xəbərləşməyə layiq vəziyyətə gətirər.

Bu sahədə çox vacib olan başqa bir mövzu da,ibadətin kişinin ruhunun inkişafında oynadığı roldur.İslama görə bədən ilə əlaqəli hər ruh daha uşaq ana bətnində ikən ona verilir.Sağlam bir uşaq dünyaya gətirmək üçün, uşağın son vəziyyətinə qədər,anadan embriona tez tez olan bir çox təsirlər lazımdır.Əgər ananın embriona olan bu təsiri normal formada deyilsə, uşaq sağlam doğulmayacaqdır, əgər təsir normal isə uşaq sağlam olacaqdır.İnsan ruhunun  formalaşması üçün vasitələrdən biri də duadır.Bu məsələdə dua tək və önəmli bir faktordur.İslami ibadət müəssəsəsində başqa dinlərin detallarında belə olmayan bir çox dərin və zəngin dərslər olmaqdadır.İslam həm tək, həm də camaatla edilən ibadətlərdən söz edər.Camaatla qılınan namazların mənalı olmaları və yaxşı tənzimlənməsi heyrət vericidir.Bu cür ibadətlərdə camaatı yönləndirən bir kişi olmaqdadır.Bu kişi fövqəladə bir rahib kimi olmayıb, camaat tərəfindən bu vəzifəni yerinə yetirməyə layiq görülərək seçilən bir “İmam” dır.Camaat imamın arxasında,kişilərin yan yana ayaqda duraraq bir birilərinə çiyin çiyinə yaxınlaşmaları və aralarında heç boşluq buraxmadan düzgün sıralar şəklində saf tutmaları üçün xəbərdarlıq edilir.Onlar hər şeydə imama tamami ilə tabe olarlar.O əyildiyində onlar da səcdə edərlər.Əgər imam səhv etsə xatırladılmağına baxmayaraq bir xəta etsə, bütün camaat onu izləmək məcburiyyətindədir.İbadət anında imama sual soruşulmaz.Bütün üzlər istisnasız,eyni yönə; insanlığın xeyri üçün inşa edilmiş olan Kəbəyə döndərilər.İmamın arxasında heç kimsənin özü üçün xüsusi bir yer ayrılmasına icazə verilməz.Beləcə gənc, yaşlı, varlı, kasıb hər zaman eyni rəftar görərlər.Məscidə kim tez gəlmiş isə o istədiyi yerdə oturar.Heç kimsənin bir kişini, idarənin aldığı təhlükəsizlik qərarı xaricində, oturduğu bir yerdən qaldırmağa səlahiyyəti yoxdur.Beləcə İslamda ibadət sistemi, yalnızca mənəvi təlimatlarla deyil, idarə və ictimai təlimatlarla da zəngin bir sistemdir.

Bütün məscidlər, çöldən seyr edən bir kişinin çox ağır bir iş olaraq gördüyü, beş vaxt ibadət üçün hazırlanmışdır.Camaatla qılmanın rolunun Müsəlmanların həyatlarında daha yaxşı başa düşülməsi üçün bu mövzunun daha da açıqlanması lazımdır.Şübhəsiz ideal bir Müsəlman camaatında, məscidlərin demək olarki hər bir şəxsə çatdığı halında,camaatla qılınan beş vaxt namaz, bütün Müsəlmanların həyatlarında aktual bir yer alacaqdır.Müsəlman camaatında normalda problem yaradan zöhr namazı, günorta tətillərində əda edilir.Bu sadəcə günorta tətili olmayıb namazı qılmaq üçün zamanın onun üçün quraşdırılmasıdır.Bundan sonrakı namaz,əsr namazı olub, normalda iş sonunda əda edilən namazdır.Günəş batana qədər heç bir namaz qılınmaz.Bu ikisi arasında keçən zaman da idman, ticarət, dost və ya qohum ziyarətləri kimi fəaliyyətlərlə dəyərləndirilir.Bu bəzi möminlərdə yerləşmiş olan və Allahı (c.c)  səssizcə zikr etmənin xaricində, başqa ibadətlərin qadağan edildiyi bir növ istirahət və rahatlanma vaxtıdır.Günəşin batması ilə birlikdə axşam namazı qılınır.Bundan sonra yenə istirahət etmək və ya yemək yemə vaxtıdır.Daha sonra gecə son olaraq qılınan və “İşa” və ya yatsı deyilən namaz ilə bitir.Bundan sonra oyaq qalaraq lazımsız işlərlə məşğul olmamalı, qeybət və ya mənasız söhbətlər edilməməlidir.Müsəlmanlar yatağa erkən getmə və erkən qalxma vərdişləri qazanmalıdırlar.Ertəsi gün səhər gün çıxmadan bir az əvvəl başlayar.Gecənin sonunda qılınan namaza “Təhəccüd” namazı deyilir.Bu fərz olmayıb qılınması halında böyük hikmətlərin olduğu bildirilən bir namazdır.Gün “Fəcr” deyilən sabah namazı ilə girər, Fəcr ilə günəşin doğduğu zaman arasında müxtəlif səbəblərdən ötrü ibadət edilməsi tövsiyyə edilməz.Sonra ”Zöhr” yəni günorta namazına qədər olan vaxtda yalnızca iki məcburi olmayan namazdan söz edilmişdir.Əks halda zöhr namazından əvvəlki zaman normal olaraq günlük işlərə sərf edilir.İslamiyyətdə namaz müəssəsinə başqa bir yöndən baxılacaq olsa, onun nə qədər başa düşülən, nizamlı və yaxşı düzənlənmiş olduğu tez bir şəkildə diqqəti cəlb edir.

Camaatla qılınan bəlli namazlarda Qurani Kərim, mahnı ifa etmək düşüncəsi ilə eyniləşdirməmək şərti ilə, amma dinləyənləri dərindən təsir edən yüksək səslə və yarı makamla oxunar.Uca Peyğəmbərimizində (s.a.v) buyurduğu kimi Quran oxuyan səsdə kədərli bir səs tonu olmalıdır.Bu ayətləri daha mənalı və təsirli edərək qəlblərin dərinliklərinə qədər təsir edər.

Bəzi namazlarda, xüsusi ilə zöhrdən sonrakı iki namazda yüksək səslə dua oxunulmaz.Bu da zamanın ruhu ilə nizam içindədir.Quşlar belə günortadan sonrakı bu vaxtda oxumazlar.Havada normal olaraq atmosferin səssizliyini örtən iş və fəaliyyətlərin səsləri vardır.Sabah namazına, günəş batdıqdan sonra qılınan namaza, gecənin içində qılınan namaza da, Ayəti Kərimələrin yüksək səslə oxunması tətbiq olunmuşdur.

Bundan sonra namazı iki sinifə ayırmaq mümkündür.Camaatla qılınan namazların, tək olaraq qılınan namazlardan daha üstün olduğu deyilmişdir.Camaatla qılınan namazlarda camaat Allaha(c.c) toplu şəkildə və açıqca hörmət göstərir.Tək olaraq əda edilən namazlarda diqqət kişinindir və özəldir.Burada bu ibadəti başqalarına göstərmək kimi bir məqsəd olmamalıdır.Eynən gecənin gec vaxtında əda edilən təhəccüd namazı da tamami ilə özəl və kişiyə məxsusdur.

Eyni ailənin şəxsləri, hətta ər və arvad belə ayrı ayrı özlərinə aid otaqları seçər və öz namazlarını əda edərlər.Beləcə Allah (c.c) ilə olan əlaqəsini çox özəl bir vəziyyətə gələr.Camaatla qılınan beş vaxt namaz, on dörd əsr və ya daha çox bir vaxtdan bəri bu uca müəssəsəni qorumaq baxımından çox yaxşı işləməkdədir.Bu uca müəssəsəni ayaqda tutanların başında məscidlər yer almaqdadır.

Onlar ayrıca tarix boyu həm gənclərə, həm də yaşlılara xidmət edən təhsil mərkəzləri rolunu üstlənərək dini təlimatların tətbiqində çox önəmli bir rol oynamışlardır.İslamda istər camaatla, istərsə də şəxsi olaraq edilən ibadətlərdə, ibadət ediləcək yerin özəlliklə çox təmiz olması lazımdır.Belə bir yerə getmədən əvvəl hər kəsin ayaqqabılarını çıxarması lazımdır.Hər namazda səcdə anında ibadət edən kişinin alnı ilə bəzən qısa, bəzən də uzun vaxt ərzində yerə toxunması məcburi olmasına baxmayaraq, İslam camaatında heç kimsənin alın vasitəsi ilə yoluxucu bir xəstəliyə yoluxmaması heyrət vericidir. Bunun bəlkə çox təmiz bir mühitdən və ya Allahın (c.c) lütfundən qaynaqlandığını deyənlər olmaqla bərabər, bu gözlə görülən bir həqiqətdir.İbadət mövzusuna toxunmuşkən bunun iki növündən bəhs edə bilərik:

  • Hər zaman Qurani Kərimin ayətlərini oxumaq və Quran dili olan Ərəbcə ilə qılınan namazlar: İbadət edən hər kəsin olduğu ayətlərin mənasını bilməsi lazımdır.Əks halda sonsuz yararları olan mənalı ayətlərdən lazımı qədər yararlanmamış olacaqdır.Detaylarına getsək bu mövzunu daha da uzatmış olacağıq.Fəqət daha geniş olaraq mövzulara maraq göstərən oxucularımız əlaqəli əsərlərə baxa bilərlər.
  • İkinci növ ibadət fərdi ibadətlərdən olub, kişinin öz ana dili ilə etdiyi özəl və fərdi bir ibadətdir.Burada kişi istədiyi şəkildə dua edib yalvarmaqda müstəqildir.Bu ikinci ibadət şəklində mövzu mübahisəlidir.Bir çox din alimi belə bir tətbiqi rədd edərək, ibadət edən, istər mənasını bilsin və ya bilməsin, yalnızca bəlli formalara bağlı qalaraq ibadət edilməli olduğunu müdafiə edirlər.Bununla birlikdə ibadətin özəl və şəxsi ehtiyaclarında birləşirlər.Beləcə onlar bir kişinin öz ana dili ilə ancaq namazın içində deyil fəqət bitdikdən sonra dua edə biləcəyini söyləyirlər.Biz Əhmədi Müsəlmanlar olaraq Allaha (c.c) ibadətdə kişinin öz ana dili ilə və istədiyi kimi dua etməsinin tərəfindəyik və işlərimizi də bu yöndə aparmaqdayıq.

Yuxarıda açıqladığımız kimi İslam ibadət müəssəsəsi olduqca inkişaf etmişdir.Hər gün beş vaxt namaz əda etmək istəyən bunu həm camaatla, həm də tək başına yerinə gətirə bilər.İslami ibadət şəkli, beləcə bir Müsəlmanın yaşamında onun  əxlaqi və mənəvi inkişafında çox önəmli bir rol oynayır.

Allah Yolunda Mal Fədakarlığı

İndi zəkat, sədəqə və ya digər yaxşılıqlar üçün edilən xərcləmələrə dönsək, üç aşağı beş yuxarı demək olarki bütün dinlərdə bu növ xərcləmələr mövcuddur.Bəzi dinlərdə Allah yolunda xərcləmə sanki “öşür” kimi zorla alınaraq adət halına gətirilmişdir.Digərlərində isə kişilərin öz qərar xərcləmələrinə buraxılmışdır.Yenə İslam təlimatlarının universallığı mövzusunda Quran və İslamın Uca Peyğəmbərinin (s.a.v) sünnət və tətbiqi üzərində geniş bir çalışma edildiyi halda, bütün bunlar onun universallığına bir dəlil təşkil edəcəkdir.Bu mövzu o qədər genişdir ki, insanoğlunun hər növ diqqət sahəsini əhatə etməkdədir.

İslamda təşkilatlandırılmış xərcləmənin yanında öz sahəsi daxilində sərbəst buraxılmış xərcləmələrdə olmaqdadır.Fəqət İslam bunu ortada buraxmaz.O olması mümkün bütün ehtiyaclardan və onların dəyərləri üzərində danışır.İslam daha da irəliyə gedərək Qurani Kərimdə göstərilən qadağa və əmirlərin işığında Allahın (c.c) yolunda xərcləmərdə olmasını əmr edər.Qurani Kərim Allah (c.c) yolunda xərcləmə edənlərin Onun yanında bir yer tapacağını və etməyənlərində bundan məhrum olacağını açıqca ifadə etmişdir.Əvvəlcədən də bildirildiyi kimi, mövzu elə dərindir ki, bununla əlaqəli hər detayı burada elmi olaraq araşdırmaq üçün vaxtımız məhduddur.Bu vacib mövzunun ruhu və şəkli qavrandıqca, bu təlimatların universal xarakterinin daha da açıqlıq qazanacağı dəqiqdir.İslam, nə olursa olsun heç bir açıqlıq buraxmadan əmr edilən dini öşürün xərclənəcəyi sahələridə açıqca bildirmişdir.

Həcc

Dini təlimatların universallığını ortaya qoyan digər bir misal da həcc anında bilinir.Bəlkə biri həcc müəssəsəsinin digər bütün dinlərdə də var olduğunu düşünə bilər, ancaq həcc ediləcək yerlər bir və ya daha çox ölkəyə paylanılmışdır.Kişi, bir dinə mənsub olanların həyatları boyunca ən az bir dəfə ziyarət etmələri fərz olan bir tək mərkəz tapa bilməz.Halbuki İslamda bizlər, Məkkədə dünyanın hər yerindən Müsəlmanların Allahı (c.c) zikr etmək üçün buraya gələrək on günlərini keçirdikləri belə bir yeri bilirik.Qadınlı, kişili, uşaqlı hər kəs ildə bir dəfə bu qeyri-adi yarışda bir araya gəlirlər.Bəzən bunların sayı milyonlara çatır.Universallığın bu qədər böyük bir nümunəsi başqa heç bir yerdə və dində görülə bilməz.İslam təlimatlarının müxtəlif sahələrində qaldırılan barmaqlar, yerüzündəki insanların Allahın (c.c) tövhidi qarşısında tək vücud oluşlarına işarət etməkdədir.

Həcc müəssəsəsi daha əvvəllərə İbrahimin (a.s) zamanına qədər gedir.Fəqət Qurani Kərimdə onun Allahın (c.c) ilk evinin Məkkədə inşa edildiyi, çox daha qədim tarixlərə qədər getdiyini açıqlayan açıq ifadələr olmaqdadır.Qədim zamanlarda “Məkkə”-yə “Baka” deyilirdi.Beləcə Qurani Kərim ilk evin Məkkədə deyil, Bakada inşa edildiyindən söz etməkdədir.Ona ayrıca çox qədim ev mənasına gələn “Beytül Atik” də deyilir.İbrahim (a.s) onu ilahi bir yönləndirmə ilə dağılmış halda ikən Allahın (c.c) təlimatı və oğlu İsmailin (a.s) yardımı ilə yenidən inşa etdi.Yenə xanımı Həcər ilə kiçik bir uşaq olan İsmaili ilahi bir təlimatla buraxdığı yerdə yenə eyni yer idi.Allahın (c.c)  evindəki iş, İsmail böyüyüb atasına yardım edə biləcək zamana qədər gözlədildi.Beləcə hər ikisi də bu evi yenidən inşa etmək üçün bərabərcə çalışaraq Həcc müəssəsəsini yenidən başlatdılar.

Həcc zamanında, Allahın (c.c) evinin yenidən inşa edildiyi, hətta daha da əvvələ gedən, çox qədim vaxtlardan gələn bir çox mərasimlər edilməkdədir.Misal Safa ilə Mərvə arasında qaçılması, Allahın (c.c) evinə yaxın iki kiçik təpədə Hz.Həcərin (……..) xatirinə edilməkdədir.Uşaq susuzluqdan qıvranaraq ölüm dərəcəsinə gəlmiş və çarəsizlik içində topuqlarını yerə vurmuşdur.Sonra oradan, bu gün belə hələ də var olan və daha sonra bir quyu halına gətirilən və müqəddəs sayılan bir bulaq fışqırmışdır.Həzz əmrini yerinə gətirən bir çox hacı, öz dostlarına və qohumlarına bu müqəddəs sudan gətirməyə çalışır.

Sözü edilməsi lazım olan daha bir çox mərasimlər vardır.Həccdə həcilər iki parçadan olan çərşəfdən başqa tikilmiş heç bir paltar geyinməzlər.Bu da yenə çox əvvələ əsaslanan bir adətin göstəricisidir.Bu həccin daha insanların tikilmiş paltar geyinməyi bilmədən əvvəlki əvvəlki əsrlərdən bəri edildiyini göstərməkdədir.Onlar sadəcə özlərini örtərlər.Bunun kimi Allaha (c.c) ibadət etmək üçün inşa edilən və keçmiş insanlar tərəfindən təvaf edilən ilk evin xatirəsinə bu sadə paltarı geyinərək hacılarında eynisini etməsi istənilir.Yenə saçın kəsilməsi, özünü ona həsr etdiyinin misalı olaraq, keşişlər,ruhbanlar,rahiblər arasında görülən universal bir əlamətdir.Bu da özünə universallıq qazandırır.Qadınlar saçlarını kəsməkdən istisna tutulmuşlardır.Fəqət simvolik olaraq da olsa saçlarından bir az kəsmək məcburiyyətindədirlər.Yenə Hz.İbrahimin (a.s) Allahı(c.c) çox saf və təmiz bir eşq ilə xatırlaması və Onu yüksək səslə tərifləməsi kimi, hacıların da eyni yerdə eyni şeyi etmələri istənilir.