Islama giriş məlumatları

Oruc

İbadətin başqa bir şəkli olan oruc dünya dinləri arasında universal bir xüsusiyyət daşımaqdadır.Şəkilləri və şərtləri arasında çox böyük fərqləri olmasına baxmayaraq, orucun əsas mənası hər yerdə eynidir.Açıqca anladılmadığı zaman oruc,tətbiq olunduğu zamanla əməli cəhətdən ya unudulmuş, ya da dəyişikliyə məruz qalaraq sona çatmışdır.

Buddanın vəziyyəti buna maraqlı bir misaldır.O, öz həqiqətini axtarmağa orucun mərhəmətsizliyi ilə başlamış,ancaq daha sonra sağlamlığına pis təsir etdiyi üçün bu əməli tərk etdiyi deyilməkdədir.Deyilənlərin işığında onun niyə oruca davam edə bilmədiyi anlaşılır,fəqət bu onun oruca inanmadığını göstərməz.Bəlkə də bu gün müxtəlif yerlərdə,bəzi Buddistlər orucun müəyyən şəkillərinə hələ də əməl etməkdədirlər.

Oruc İslamda olduqca inkişaf etmiş bir müəssəsə olub,üzərində intensiv araşdırma aparmaq lazımdır.Oruc ilə əlaqəli iki ayrı təlimat vardır.Biri fərz yəni məcburi olan oruc,digəri isə nafilə olan orucdur.Fərz olan oruc da iki sinifə ayrılır.

   1.Dünyanın hər yerində olan Müsəlmanların hər il bir ay oruc tutmaları fərz qılınmışdır.Bu ay, ayla əlaqəli olub il boyunca günəş ayının dəyişməsi ilə o da dəyişir.Bu ibadət edənlər üçün universal bir tarazlıq yaradır.Bəzən oruc, günlərin tez gəlib keçdiyi günlərdə yəni qış fəslində asan,bəzən də uzun yay günlərində çətinliklə tutulur.Bu ay il boyunca hər zaman dəyişdiyindən dünyanın hər yerindəki Müsəlmanlar həm asan,həm də məşşəqətli zamanlarda oruc tutarlar.

İslamda oruc hər yerdə şəfəqin sökülməsi ilə başlayar,axşam  günəşin batması ilə də başa çatar.Bu zamanda kişi yeməkdən və içməkdən tamami ilə uzaqlaşar.Müsəlmanların oruclarının məqsədi yalnızca ac və susuz durmaq demək deyildir.Bununla birlikdə hər gün, orucun başlamasından əvvəlki gecələr, oruc müəssəsəsində hər şeyin üstündə çox önəmli bir rol oynamaqdadır.Müsəlmanlar gün çıxmağına bir neçə saat qalmış əvvəlcə Allahı(c.c) zikr etmək və namaz qılmaq üçün oyanarlar.Yenə digər günlərdən daha çox hər Müsəlmanın evində Qurani Kərim oxunur.Beləcə gecənin böyük bir bölümü orucun əsasını təşkil edən mənəvi bir əməl ilə keçirilir.Gün boyunca yemək və içməkdən uzaq durmağın yanında,bütün Müsəlmanlar, xüsusi ilə lazımsız boş söhbətlərdən, münaqişələrdən, davalardan və ya həqiqi möminlərin şərəfini heçə sayan davranışlardan uzaq olmalıdırlar.Heç bir fiziki zövqə icazə verilə bilməz.Hətta bütün insanların normal günlük əlaqələri xaricində ər arvad belə gün boyunca ayrı yaşayarlar.

İslamda zəkat vermək və yoxsulu nəzərdə saxlamaq o qədər vurğulanmışdır ki, bu sanki Müsəlmanın həyatının bir parçası olmuşdur.Bununla birlikdə oruc ayı olan Ramazana yetişdiyimiz zaman Müsəlmanların bu yolda iki misli xərcləmə etmələri istənilməkdədir.Peyğəmbər Əfəndimiz (s.a.v)  yoxsullar üçün edilən yardımın xəfif bir külək əsməsi kimi,bu yardımların da yoxsullar üçün bitmək tükənməz bir fərahlığın qaynağı olduğu söylənilir.Nə var ki, Ramazan boyunca müfəssirlər(11) bizlərə xəfif küləyin getdikcə böyüyərək qasırğa kimi əsməyə başladığını da xatırladırlar.Zəkat vermək və yoxsula yardım o qədər vurğulanmışdır ki, Müsəlmanlar bütün il boyunca heç bir zamanda Ramazan ayı boyunca olduğu qədər xeyir işlərlə məşğul olmazlar.

  2.Digər məcburi oruc, Allah(c.c) tərəfindən günahların bağışlanılması ilə əlaqəli olaraq tez tez qarşımıza çıxır.Bu ayrıca fərz orucların pozulmasını da əhatə etməkdədir.

 Peyğəmbərin(s.a.v) hədislərini bizlərə çatdıranlar.(……………………………..)

Nafilə oruclar o dərəcədə tövsiyyə olunmuşdur ki, bu sanki mömin bir Müsəlmanın həyat şəkli halına gəlmişdir.Müsəlmanların bir çoxu fərz oruclardan başqa oruc tutmamaqlarına baxmayaraq, bəziləri bir problemlə qarşılaşdıqları zaman, ara sıra oruc tutarlar.Oruclu ikən edilən duaların daha təsirli olduğu ümid edilir.Bəziləri isə öz problemlərindən qurtulmaq üçün nafilə oruc tutarlar,bəziləri də yalnızca Allahın(c.c) özəl razılığını qazanmaq üçün oruclu olurlar.Bunda bir sərhəd yoxdur.Yalnız İslamın qurucusu,həyatları boyunca oruclu olmağa and içməyi şiddətli bir şəkildə qadağan etmişdir.Belə bir hadisəni öyrəndiyi zaman Peyğəmbər Əfəndimiz(s.a.v) Allaha(c.c) qarşı öz istəyini zorlayaraq qurtuluşu əldə etməyə çalışmasından ötrü o kişini qınamış və bu vəziyyəti təsdiq etməmişdir.Narahatçılıqla o kişiyə:

“Özünü əziyyətə və sıxıntıya soxmaqla,Allahın(c.c) rızasına çata bilməyəcəyin kimi,bəlkə Onun narazılığını da qazanmış olacaqsan” demişdir.

Ayrıca o xanımını,uşaqlarını və dostlarını ehmal etməməli olduğunu söyləmişdir.Uca Peyğəmbərimiz(s.a.v) ayrıca,insanlar arasındakı əlaqələrdəki məsuliyyətləri də xatırlatmış və “Allaha(c.c) olan vəzifəni, Onun yaratdıqlarına qarşı olan vəzifənlə bərabər tut” deyərək onu xəbərdarlıq etmişdir.Bəzilərinin davamlı yalvarmalarına qarşı,O Davudun(a.s) tutduğu oruc şəklini onlara tövsiyyə etmişdir.Davud(a.s) bir gün oruc tutar,ertəsi gün oruc tutmazdı.Bu andından sonra o həyatı boyunca müəyyən günlərdə oruc tutdu.Peyğəmbər Əfəndimiz(s.a.v) “sənə sadəcə bu qədəri üçün izn var, dahası üçün izn yoxdur” dedi.

Oruc müəssəsəsi, bir möminin mənəvi həyatının demək olarkı hər sahəsinə təsir etdiyi üçün,son dərəcə vacibdir.Digər şeylərin arasında,kişi öz təcrübəsi yolu ilə,insanların daha az şanslı olan hissəsinin yaşadığı aclığı və yoxsulluğu,yalnızlığı və rahatsızlığı öyrənmiş olur.Günlük həyatda izn verilən davranışlardan Ramazan ayı boyunca uzaq qalmaq,insan ruhunun təmizlənməsində böyük bir rol oynamaqdadır.

Müqəddəs Müharibə-Cihad

Bu, ilahi mesajların propoqandaları ilə əlaqəli çox vacib bir sualdır.Bu propoqanda işi ilə əlaqəlidir.Zaman içində tez tez bütün dinlər, öz əsas qaynaqlarından uzaqlaşdıqlarında ya insanları zorla öz dinlərinin içinə həbs edər,ya da başqa insanları zorla öz inanclarına çevirirlər.Fəqət Qurani Kərimdə dini inanclarda bir məcbur etmə və ya təhdiddən əsər yoxdur.Heç bir din öz təməlində bu növ bir təhdidə nə şəkildə olursa olsun izn verməmişdir.

Həqiqətdə hər din məcbur etmə ilə qarşı qarşıya qalmışdır.O dinin müxalifləri tərəfindən,dinlərin öz qaynaqlarında böyüyüb inkişaf etmələrini dayandırmaq və beləcə tamami ilə məhv edilmələri üçün cəhdlər edilmişdir.Nə zaman yeni bir peyğəmbər gəlsə,düşmənlər heç dəyişməyən hücumlar edər,onların gətirdiyi mesaj təhdid edilərək yox edilər,özləri isə vəhşicəsinə öldürülərdilər.

Son dərəcə acı olan bir vəziyyət vardır ki, o da bütün kitabların içində,yalnızca Qurani Kərimin öz mesajını yaymaq üçün zor istifadə etməyi məsləhət görüldüyü kimi bir fikir var olmaqdadır.Bu məsələnin altında daha böyük bir fəlakət yatmaqdadır.Müsəlman din adamları bu görüşü şəxsən səsləri çıxdığı qədər bağırıb,bunu kor koranə Qurani Kərimə yükləməkdədirlər.

Unudulmaması lazımdır ki, harada və hansı dövrdə yaşamış olurlarsa olsun,bütün dünya peyğəmbərlərini öz mesajlarını yaymaq yolunda gücdən istifadə etdikləri iddiasını təmizə çıxaran yalnızca Qurani Kərimdir.Bunun üçündür ki, Qurani Kərimin öz Peyğəmbərinə(s.a.v) sülh adına qan tökməyi və Allah sevgisi adına nifrəti məsləhət etdiyi qəbul ediləsi bir fikir deyildir.Daha çox bir detaya girmədən,bu özət kafi olacaqdır.

Cihad həqiqətdə dünyaya mənəvi bir inqilab gətirmək üçün Qurani Kərimin yardımı ilə edilən müqəddəs bir mücadələdir.

“Bu Quranla onlara qarşı böyük bir cihad et.”

Bunlar cihadın mənasına işıq tutan Qurani Kərimin ifadələridir.Yalnızca Quranın yardımı ilə və onun mesajı ilə birlikdə cihad edilməlidir.Yenə birinin üsyankar,təcavüzkar davranışlarından Allaha(c.c) sığınmaq,boyun əymək cihadın başqa bir şəkli olub, Peyğəmbərə(s.a.v) görə bu cihadın ən böyüyüdür.Bir döyüşdən dönərkən Onun belə dediyi rəvayət edilir.

“Kiçik cihaddan böyük cihada dönürük.”

Heç şübhəsiz Rəbbimiz Allahdır dedikləri üçün,cinayət işlədikləri qəbul edilən zəif və müdafiəsiz insanlara qarşı düşməncəsinə qılınc qaldıranlara qarşı,özlərini müdafiə məqsədi ilə qoruyucu müharibəyə izn verilir.İslama görə heç bir çirkin hücum cihad deyildir.

Furqan Surəsi 25:53

“Kəşful Məhcub” Əli Bin Osman Hacveri (ölümü Hicri 481-500), Sh.213 və Əl Kəşif Alləmə Zamekşeri (ölümü Hicri 528), Bölüm 3, Sh.173, (Həcc Surəsi Ayə 78 təfsiri və dipnotu daxil) Nəşr Darul Kitab Əl Arabi Beyrut,Lübnan.

Ölümdən Sonra Həyat

Ölümdən sonrakı həyatla əlaqəli suallar hər din və əsrə aid insanların fikirlərini qarışdırmışdır.Ayrıca ölümdən sonrakı həyatı tamami ilə inkar edən ateist düşüncələr də var olmaqdadır.Ölümdən sonrakı həyatın varlığına inanan dinlər ikiyə ayrılır.

1.Ölü bir kişinin ruhunun başqa bir insan və ya heyvanın bədənində yenidən yaradılacağına inananlar.

2.Ölümdən sonra başqa bir dünyaya aid vəziyyətlə yaradılacağına inanlar.

Ateist (Allahsızlıq) düşüncə bu mübahisənin xaricindədir.

İslami fikirlər çərçivəsində İslam, ruhun yenidən başqa bir bədəndə var oluşu ehtimalındakı bütün ehtimalları tamami ilə rədd edən qrupa aiddir.

Bununla birlikdə ruhun və ya bədənin başqa bir dünyada başqa bir şəkildə yaradılacağına inananlar öz aralarında da bir çox ayrılıqlara ayrlımışdırlar.Hər dində anlayış fərqli fərqlidir.Bundan ötrü,fərqli dinlərə mənsub kişilərin görüşlərinə əsaslanaraq heç bir inanca etiraz qorxusu olma(………………………….)

İslamın öz daxilində də müxtəlif hizblərdə və ya müxtəlif din alimləri arasında fərqli fərqli görüşlər olmaqdadır.Ümumiyyətlə digər dünya ilə əlaqəli şəkli,eynən bu dünyadakı fiziki oxşarlıq kimi başa düşmə meyilləri vardır.Bunun nəticəsi olaraq da Cənnət və Cəhənnəmdə olmalı olan şeylər mənəvi şəkillərdən artıq maddi ünsürlər olaraq tanınır.Onların düşüncələrinə görə cənnət, ucu bucağı görülməyən genişlikdə bir baxça olub bu baxçada gözəl ağaclar olan və bu ağacların sonsuz kölgələri altından çaylar axan bir yer olaraq tanınır.Çaylardan süd və bal axmaqdadır.Baxça meyvələrlə dolu olacaq və orada olanların canı meyvə istədiyi zaman,o anda  onların əmrinə hazır olacaqdır.Orada hər növ quş əti olacaq və kim xüsusi ilə hansı əti arzu edərsə onu orada hazır tapacaqdır.Sonsuz gözəllikdəki saysız xanımlar bu təmiz kişilər üçün təmin ediləcək və onların bacarıqlarına,gücünə görə nə qədər istəyirlərsə onlara veriləcəkdir.Bütün hamısı bir biriləri ilə bir nizam içində olacaqlardır.

Onlar nələr edəcəklər? Bir biriləri ilə əlaqələri necə olacaqdır? Onlar uşaq sahibi olacaqlar mı, yoxsa sonsuz bir həyatdan zövqmü alacaqlar? Bütün bu suallara həmişə səsiz qalınmışdır.Burada başa düşülən xoşbəxtlik və ya əyləncə tamami ilə cinsi istəyə dayanır.Orada bir iş, güc yoxdur, işçilik yoxdur, əziyyətlər yoxdur.Oradakı mükəmməl həyat (əgər belə bir həyata mükəmməl deyilə bilinsə) tamami ilə tənbəllik, həddən artıq yemə və içmə ilə əlaqəlidir.Çünki süd və bal çaylarının yanında, şərab çayları da axacaqdır.Həzm və ya zəhərlənmə ilə əlaqəli heç bir narahatçılıq hiss edilməyəcəkdir.İpəkdən hazırlanmış və daş qaşlarla bəzədilmiş yastıqlara söykənərək vaxtlarını sonsuz bir xoşbəxtliklə keçirəcələrdir.Amma sonsuz bir xoşbəxtlik nədir?

İslamda Qurani Kərimin digər ayələrində isbat edilərək burada anladılanların tamami ilə oxşatmalar olduğu və maddi olaraq bir mənası olmadığını ifadə edən,demək ki, Qurani Kərimin cənnətlə əlaqəsi olan bu ifadələrin saf bir anlayışla qəbul edilməyəcəyini bildirən bir qrup da olmaqdadır.Halbuki Qurani Kərim gələcək həyatla əlaqəli şəkil və anlayışların yer üzündəkilərdən son dərəcə fərqli və dəyişik olacağını,bunun insanoğlunun xəyalının çox üzərində olacağını,hətta o biri həyatın həqiqətləri ilə heç bir əlaqəsi olmayacağını açıqca bildirməkdədir.

“Sizi dəyişdirib yerinizə başqa bir milləti gətirməkdən yaxud heç bilmədiyiniz bir şəkildə sizi yenidən yaratmaqdan Bizi aciz qılacaq yoxdur.”

Bu Qurani Kərimin ortaya qoyduğu bir ifadədir.Keçmiş zamanlarda Əhmədiyyə Camaatı Qurucusu Qadiyanili Mirzə Qulam Əhməd Həzrətləri fiziki var oluş yerinə mənəvi var oluşu, çox vacib və müqayisəsiz əsəri “The Philosophy of the Teaching of İslam” adlı elmi araşdırmasında açıqlamışdır.Burada irəliyə bütün fikirlər Qurana və İslamın Qurucusu Uca Peyğəmbərin (s.a.v) hədislərinə əsaslanmaqdadır.Burada da onun çox qısa bir reklamı verilmişdir.

Onun etdiyi çox dərin araşdırmalara görə axirət həyatı maddi bir həyat olmayacaqdır.O əksinə mənəvi bir quruluşda olub bunlardan sadəcə bəzilərini düşünə bilərik.Bizlər hər şeyin necə şəkil alacağını dəqiq olaraq bilə bilmərik.Onun görüşünün aydın xüsusiyyətlərindən biri,axirətdə ruhun qeyri adi bir varlığa həyat verməsi ilə əlaqəli olub, ruh ilə arasındakı əlaqənin eynən ruhun dünyada ikən bədən ilə əlaqəsi kimi təzahür edəcəyi yönündədir.Ruhun bu şəkildə ruhdan həyat tapmasının bu dünyada yaşadığımız həyatla bir oxşarlığı olacaqdır.Əgər burada yaşadığımız həyat Allahın(c.c) rızasına uyğun və Onun təlimatlarına görə isə, istək və zövqlərimiz,maddi zövqlərdən artıq mənəvi zövq və razılıq olacaqdır.Ruhun içində sanki dölə bənzər bir ruh şəkillənəcəkdir.Heç bir dadı olmayan uyğunlaşılmış maddi zövqlərdən ayrı, yeni bacarıqlar və yeni zövqlər qazanılacaqdır.Bu növ təmizlənilmiş yeni insanlar qəlblərindəkini tapa biləcəkdir.Başqalarının hüquqlarını qəsb etmək yerinə fədakarlıqda olmaq xoş və gözəl bir hal alacaqdır.Bağışlamaq,intiqam almağın yerini alacaqdır və sanki insanda eqoizmə əsaslanmayan ikinci bir xarakter yaranaraq sevgi doğacaqdır, bu da gizli olan hisslərə əsaslanan bütün əlaqələrin yerini alacaqdır.Beləcə kişi ruhunun yeni bir ruha açıldığını deyə bilər.

 Vaqiə Surəsi 56:62

İslamın öyrətdiyi əsaslər, Hz.Mirzə Qulam Əhməd, London Məscidi. 1979

Ruhun inkişaf etməsi ilə əlaqəli bütün bu nişanələr Qurani Kərimin müxtəlif ayələrindən alınmasına baxmayaraq gələcək ilə əlaqəli müəyyən hadisələr tam və dəqiq olaraq müəyyən edilməmişdir.Kişi insanoğlunun düşüncəsinin çox üstündə,onun çata bilmədiyi  fərqli hadisələrin ola biləcəyini deyə bilər.

Yeni həyatla əlaqəli daha mübahisə edilməli olan müxtəlif yönlər vardır.Cənnət və Cəhənnəm anlayışı İslamda normal olaraq qəbul edilən düşüncələrdən tamami ilə fərqlidir.Cənnət və Cəhənnəm ayrı zaman və məkanı əhatə edən iki fərqli yer deyildir.Qurani Kərimə görə Cənnət bütün kainatı əhatə edir.”O halda Cəhənnəm haradadır?” sualı Peyğəmbərin(s.a.v) səhabələrindən biri tərəfindən soruşulmuşdu.Cavab: “Eyni yerdədir fəqət sizin bunların bərabər olduqlarını anlaya bilmə bacarığınız olmamaqdadır.” Bütün bunları insanların anlaya biləcəkləri kəlimələrlə ifadə etmək lazım olsa onlar eyni zaman və məkanı paylaşmalarına baxmayaraq fərqli ölçülərdə olduqları üçün bir biriləri ilə əlaqələri və müdaxilələri olmamaq şərti ilə eyni anda mövcuddurlar.

Bəs o zaman Cənnət xoşbəxtliyi ilə Cəhənnəm əzabı və atəşinin mənası nədir? Bunun cavabını Vədedilən Məsih(a.s) belə açıqlamışdır.Bir kişi susuzluqdan ölmək üzrə isə çox sərin və yeni su onu çox razı salacaq və daha əvvəl heç bir içkidən və ya sudan ala bilmədiyi dadı ona tapacaqdır.Amma kişi həm ac, həm də susuz isə təcili enerjiyə ehtiyacı varsa ona uzadılan bir salxım sərin üzüm,ona daha əvvəlki normal şərtlərdəkindən daha çox xoşbəxtlik və dad verəcəkdir.Fəqət bu zövqlərin olması üçün kişinin sağlam olması lazımdır.

İndi mədəsi tez tez bulanan və qusmağa çalışan birini fikirləşək.Bu kişinin sanki ağlı başından getmiş və ölümə yaxınlaşmışdır.Ona bir stəkan sərin su və ya sərin bir salxım üzüm uzadın.Onları qəbul etmək belə bir kənara qalsın,görmək belə onu alt üst etməyə nə nifrət yaratmağa bəs edəcəkdir.

Eynən bunun kimi Vəd edilən Məsih,Cənnət və Cəhənnəm anlayışının dəyişkən bir mövzu olduğunu açıqlamışdır.Gözəlliklərdən zövq sağlam bir ruh,seçim üçün əşyalara tərəf aparıldıqlarında,əvvəlkinə nəzərən daha böyük zövq alacaqdır. Bunun kimi sağlam bir ruha sahib bir kişinin arzusu,Allaha(c.c) yaxınlığl ilə Onun Vəsfləri və İradəsidir.Cənnətdə də belə sağlam bir ruh daha əvvəl Allahın(c.c) heç görüb hiss etmədiyi yaxınlığına,Onun vəsflərinə şahid olacaqdır.Vəd edilən Məsihə(a.s) görə bunlar sadəcə mənəvi dəyərlər olaraq qalmayıb,sonsuz bir vəziyyət və şəkil alacaq və yenidən doğan ilahi ruh,bədən olaraq çalışan əvvəlki ruhun yardımı ilə zövq alacaqdır.Bu yenə izafi bir mövzudur.Əksi cəhənnəm ilə əlaqəli təsdiqlənəcək,sağlam olmayan bir ruh axirətdəki ruh üçün sağlam olmayan bir bədən yaradacaqdır.Sağlam ruh zövq və sevinci təmin edən eyni təsirlər xəstə varlığa əzab və dərin bir acı verəcəkdir.

Ruhumuzu və ya ağlımızı fiziki bədənimizlə qarşılaşdıracaq olsaq,onların varlıqlarında demək olarki heç başa düşülməyən çox böyük fərqliliklər olmaqdadır.Vücudun hər bölümü yalnızca maddi mənada deyil, şüur olaraqda canlıdır və həyatda olduğuna dair nişanələr daşımaqdadır.İnsan bədəninin hər zərrəsi bir növ şüura sahibdir.Elm insanları bu şüurun vəziyyətini elektronik siqnallarla ifadə etməyə çalışmaqdadırlar.Ancaq hələ də dərrakəmizin çox üstündə olduğundan,bu şüur və şüuraltı dərrakənin oyaq olması,insan bədəninin imunitet sistemi və digər müstəqil funksiyalarının açıqlanması istiqamətində kobud bir tərifdir.

Elə isə bu “şüur” vəziyyəti nədir? Hər canlıda var olan “mən” necə tərif edilə və ifadə edilə bilər?  Psixoloji bir təriflə buna “mən” və ya “eqo” deyə bilərik mi? Fəqət psixoloqlar belə eqonu təsvir edə bilməmişdirlər.Dində bu ruh deyə təsvir edilən şeydir.Ruh ilə bədən arasındakı yaxınlığı ölçə bilməyimiz üçün bir taktika yoxdur.Nadir də olsa, bizim kobud anlayışımıza görə,ruh elə nadir və saf haldadır ki, aid olduğu bədənlə uyğunlaşdırmaq mümkün deyildir.

İndi milyardlarca illik bir zamanda bir ruhdan başqa bir ruhun yaranması senarisini anlamağa çalışaq.Eynən bunun kimi gələcək həyatda da fərqli bir ifadə ilə,bir varlığa bağlı iki başqa vəziyyət olacaqdır.Bədənimizlə qarşılaşdırılsa,ruhumuz yenidən yaranan varlıqda bir bədən kimi olacaqdır.

Daha geniş məlumat əldə etmək istəyən oxucularımıza sadəcə mövzu ilə əlaqəli deyil, bütün dünya insanlarının zehinlərini qarışdıran,daha maraqlı mövzuları araşdıran bütün elmi çalışmaları da incələmələri tövsiyyə olunur.

Qısaca hər bir fərd öz cənnət və cəhənnəmini yaratmaqdadır.Cənnət kişinin öz vəziyyətinə bağlı olaraq fərqlilik göstərəcəkdir.Hər cəhənnəm də digər kişinin cəhənnəmindən fərqli olacaqdır.Ancaq yenə də hamısı axirətdə eyni zaman və ölçüləri bölüşmüş olacaqlardır.

Fiziki ölüm ilə qiyamət günü yenidən dirildəcəyimiz zamana qədər ruhlarımızın vəziyyəti necə olacaqdır? Peyğəmbər Əfəndimiz(s.a.v) bildirdiyi kimi ölümdən sonra məzarımızda pəncərələr açılacaqdır.Bu ifadə kəlimə olaraq alınsa, mövzu ilə əlaqəli əsas fikir ifadə edilməmiş olar.Saleh və dindar kişilər üçün pəncərələr cənnətə,günahkarlar üşün isə cəhənnəmə açılacaqdır.Halbuki məzarlar açıldığı zaman belə bir pəncərəyə rastlanmamaqdadır.Peyğəmbər Əfəndimizin (s.a.v) bizə yanlış bir məlumat verməsi imkansızdır.Burada bəhsi keçən şeylər oxşatmalardır.Əgər belə deyilsə,hər səfər bir məzarı açdığımızda cəhənnəm ya da gözəl qoxuların gəldiyi cənnətə açılan pəncərələr tapardıq.Fəqət bunların heç biri mövcud deyildir.

O zaman Peyğəmbər Əfəndimizin(s.a.v) sözlərinin mənası nədir? Qəbir, bu həyatla gələcək olan həyat arasında olan bir orta mərhələdir.Burada mənəvi bir həyat inkişaf edib bir çox mərhələlərdən keçərək ən son nöqtəsinə çatır.Sonra Allahın(c.c) əmri ilə Sur üflənəcək və ən son mənəvi şəkil yaranacaqdır.Bu orta zamanda bir çox müxtəlif ruhlar ən son mükəmməl vəziyyətlərinə çatana qədər tamami ilə sonsuz bir dəyişmə üçün yaradılmağa hazır olaraq cənnət və ya cəhənnəm görünüşündən keçəcəklərdir.Qurani Kərim bu fikri çox gözəl açıqlamışdır.

“Hamınızın yaradılması və təkrar diriltilib qaldırılması, yalnız tək bir kişinin yaradılması kimidir.”

Uşağın tək bir hüceyrədən yaradıldığını fikirləşərək Qurani Kərim bu mövzuda belə demişdir:

“Sizə ana rəhmində istədiyi kimi şəkil verən Odur.” 

İndi bu mövzu yuxarıda sözü edilən iki başqa yaradılışla əlaqəlidir.Şikəst olaraq doğulan uşaqları misal alaq.Bunla doğduqdan sonra xəstəliklərini başa düşməyəcəklərdir,fəqət embriyo zamanından başlayaraq xəstəliyə doğru irəliləyən bir inkişaf göstərəcəklərdir.Eynən bunun kimi mənəvi xəstəliyi olan bir ruh da qiyamət günündə yenidən yaradılmadan əvvəl, xəstə uşağın ana rəhmindəki kimi, məzarda keçirdiyi dövrdə cəhənnəmə oxşar bir əzab və əziyyət göstərəcəkdir.Sağlam bir uşağın vəziyyəti isə tamami ilə fərqlidir.Onun  ana bətnində ikən atdığı təpiklər anasının xoşuna belə gedər.

İndi ortaya bir sual çıxmaqdadır.Ruh da ana rəhmindəki uşağın, inkişafı kimi bir inkişaf göstərəcəkmidir? Bunun cavabı Qurani Kərimin ayəsində verilmişdir: “Sizin ilk yaradılışınız ilə ikinci dəfə qaldırılışınız bir birinə bənzəyəcəkdir.”

İkinci yaradılışı başa düşə bilməyimiz üçün ana rəhmində şəkillənən uşağın inkişafını da bilməyimiz lazımdır.Ana qarnındakı bu inkişaf yalnızca doqquz ay kimi bir zamanı əhatə etməsinə qarşılıq, həqiqətdə həyatın yaradılması milyardlarca ilə olmuşdur.Geriyə daha heyvan həyatının başlanğıc zamanlarına getsək, bir uşağın da demək olarkı bütün bu inkişaf mərhələlərindən keçdiyini görərik.

Loğman Surəsi 31:29

Ali İmran Surəsi 3:7

Hamiləliyin başından sonuna qədər ki doqquz aylıq zamanda uşağın inkişafı yaradılışın bütün mərhələlərini yansıdır.Digər bir ifadə ilə inkişafın bütün mərhələləri doqquz ay boyunca bir biri ardınca elə sürətlə təkrar edilir ki, bunu xəyal etmək belə imkansızdır.Bu təkamülün mərhələlərini canlı tutaraq bunun bir şəklini ortaya qoyar.

Uzun bir zamandan keçən yaradılış doqquz ayda görülən şəklinə çatır.Bütün bunların işığında ilk yaradılışımızın vaxtı çox uzun idi.İkinci yaradılışımız da çox uzun bir zamanı əhatə edəcəkdir.Bu doqquz aylıq zamanı incələyərək həyatın tarixinin milyardlarca ili ruhların gələcək həyatdakı mərhələləri haqqında bəzi şeyləri öyrənə bilərik.Ölümdən sonra ruhun inkişafı üçün həyatın ilk başlanğıcından insanın ən son yaradıldığı zamana qədər keçən zaman,bəlkə bir dəfə daha ehtiyac hiss olunacaqdır deyə bir nəticəyə çatmaq, daha əmin bir yanaşma olacaqdır.

Bu nəticəni dəstəkləyərək Qurani Kərim ruhların yenidən yaratdıqları zaman bir biriləri ilə danışacaqlarını və dünyada nə qədər bir zaman qaldıqlarını soruşacaqlarını bildirir.Bəziləri “bir gün”  bəziləri  “bir gündən belə daha az”  deyəcəklərdir.Sonra Allah(c.c)  “O belə doğru deyil” deyəcəkdir.Digər bir ifadə ilə O  “siz təxmin etdiyinizdən də daha az bir zaman yer üzündə qaldınız”  deyəcəkdir.Həqiqətdə kişinin günün kiçik bir hissəsindəki həyatının uzunluğu ilə olan əlaqəsi, təxmini olaraq ruhun yenidən qaldırıldığında keçmiş bütün həyatının zamanı ilə olacaq əlaqəsi ilə eyni səviyyədədir.Bir şey nə qədər uzaqlaşarsa o qədər kiçik görülər.Uşaqlığımızın bir-iki saniyəlik bir təcrübəsidir sanki.Allah(c.c) öldüyümüzün ertəsi günü hesaba çəkilməyəcəyimizi bizə anlatmağa çalışmaqdadır.Bunun yerinə hesaba çəkilmə çox uzaq bir gələcəkdə olacaq və keçmiş həyatımız bizə sanki uzun yoldakı kiçik bir nöqtə kimi bir-iki saniyəlik bir mövzu kimi gələcəkdir.

Qısacası insanın yenidən yaradılması onun xəyal belə edə bilməyəcəyi bir dönüşüm olub, onun bu dünyada olması qədər də dəqiq bir hadisədir.Bütün bu mövzular Qurani Kərimdə ətraflıca açıqlanmışdır.