THE PROMISED MESSIAH (AS)

Mirzə Qulam Əhməd Həzrətləri
(1835-1908)

Mirzə Qulam Əhməd Həzrətləri 1835-ci ildə Hindistanın Qadiyan kəndində anadan olub. Hindistanı əsrlərlə idarə etmiş olan Moğol nəslindən bir ailəyə mənsubdur. Ta uşaqlığından bəri özünü Qurani Kərimin mütaliəsinə (haqqında ətraflı düşünərək nəticənin şərhinə) və tədqiqinə vermiş, ömrünü ibadət və müraqibə ilə keçirmişdir.
Onun vaxtında İslam hər istiqamətdən və hər tərəfdən hücumlara məruz qalırdı. Müsəlmanların halı pərişan idi və özü də buna çox üzülürdü. Həqiqətən də, dini təlim və təlqinlərə və əqidələrə inanmağın yerini dünyanın hər tərəfində allahsızlıq və reybilik (şübhə) alır və insanların əksəriyyətində dini hisslər səthi (üzdə) qalırdı.
Mirzə Qulam Əhməd Həzrətləri bu vəziyyətdən çox əziyyət çəkdi. İslama qarşı duyduğu dərin bağlılıq və Quranı Kərimin ehtiva etdiyi (daşıdığı) təlim və təlqinlərə qarşı duyduğu böyük heyranlığa görə, İslamı əqidələrin və təlqinlərin müdafiəsini və açıqlamasını üzərinə götürdü. Onun bu təşəbbüsü, yeni bir dövr açan dörd cildlik “BERAHİN-i ƏHMƏDİYYƏ” adlı əsərində gerçəkləşdi. İslamın “yaşayan bir din olduğu, insanın bu dinə bağlanmaq yolu ilə Xaliqi (Yaradan) ilə təmas və münasibət yarada biləcəyi və Qurani təlim və təlqinlərlə İslami qanunların insanlığı əxlaqı, fikri və mənəvi mükəmməlliyə çatdırmağı planlaşdıran tezisi, adı çəkilən (mövzu) əsərdə ortaya atılmışdır. BERAHİN-i ƏHMƏDİYYƏ bütün Hindistandakı İslam böyüklərinin təqdirini qazanmış və Mirzə Qulam Əhməd Həzrətləri dərhal İslamın yaşayan ən böyük mütəfəkkiri (filosofu) və alimi kimi qəbul edilmişdi.
Mirzə Qulam Əhməd Həzrətləri Allahdan vəhi aldığını və İncil ilə Quranı Kərimdə xəbər vərilən Məsih olduğunu elan və iddia etdi. 1889-cu ildə özünə tabe olanları ƏHMƏDİYYƏ CƏRƏYƏNI (CAMAATI) adı altında təşkilatlandırdı. O zamandan bəri bu cərəyan bir-birinin ardınca zülm və düşmənçilik, müxaliflik və təqsirləndirilmə (qınama) fırtınaları ilə qarşılaşdı. Mirzə Qulam Əhməd Həzrətləri, əksəriyyəti Urdu və bir qismi Ərəb və Fars dillərində olmaqla, səksənə qədər əsər yazmışdır. Bu əsərlərdə İslamın təlim və təlqinləri açıqlanmışdır. Şəxsi cazibəsi, mübarək bir insana yaraşan təmiz və ləkəsiz həyatı və ortaya atdığı sübutların qüvvəti sayəsində, ətrafına yavaş-yavaş İslam aləminin hər firqəsindən, hətta qeyri müsəlmanlardan sadiq azarkeşlər zümrəsi topladı. 1908-ci ildə (gerçəkləşən) ölümündən əvvəl, onun təbliği Hindistanın kənarında da yayılmış (duyulmuş) və tərəfdarlar qazanmışdı.