İSLAMIN CƏLBEDİCİ XÜSUSİYYƏTLƏRİ
Məzmun Cədvəli
- İSLAMIN XÜSUSİYYƏTLƏRİ
- CAHANŞÜMUL BİR DİN
- DİNLƏR ARASINDA OLAR FƏRQLƏR
- ƏBƏDİ DİN
- QURANIN MÜHAFİZƏSİ
- TAM VƏ MÜKƏMMƏL BİR DİN
- SƏLƏMƏ QARŞI ZƏKAT
- SİYASİ MƏSƏLƏLƏRDƏ İSTİQAMƏT
- İSLAMDA ƏDALƏT MÖVHUMU
- İSLAMIN DİGƏR ÜMDƏ XÜSUSİYYƏTLƏRİ
- BİR SÜLH DİNİ KİMİ QƏBUL OLUNAN İSLAM
- ƏHMƏDİYYƏ MÜSƏLMANLARININ MÖVQEYİ
- İSLAMIN BƏZİ FƏRLQİ XÜSUSİYYƏTLƏRİ
HƏZRƏT MİRZƏ TAHİR ƏHMƏD Əhmədiyyə Müsəlmanlarının Lideri
Həqiqət heç kimin sərəncamında deyildir. İslamın, heç bir dində olmayan xüsusi xarakterindən bəhs edərkən diqqəti ən çəx cəlb edən xüsusiyyət odur ki, həqiqət təkcə İslamdadır və ya İslamdan özgə həqiqi din mövcud olmadığı yolunda bir iddianı İslam müdafiə etməz. Yaxud da İslam, yer üzündə Allahın yeganə sevgili qullarının Ərəblər olduğunu da iddia etməz. Millət mövhumunu rədd edən yegənə din İslamdır. İslamda hər bir din və ya məzhəbin həqiqətləri deməyə icazəsi vardır. İslamda dinin sərəncamı, heç bir irqin və ya millətin hakimiyyətində deyildir. Əla xüsus, kainatda insanların hamısına hakim olan və hökm edən, təkcə ilahi yaradandır. Quranda Allah tərəfindən təqdis edilməyən heç bir irq və ya millətin mövcud olmadığı qeyd olunur. Yer üzündə, Allah tərəfindən elçi və ya peyğəmbər göndərilməmiş heç bir millət mövcud deyildir.(1) Allahın, bütün insanları musavi yaratdığı həqiqətini müdafiə edən İslamdan başqa, dünyada heç bir kitabda Allahın başqa millətləri də ilahi əmri ilə doğru yola yönləndirdiyinə dair qeyd mövcud deyildir. Dünyadakı insanların yaradılışında, Allahın onlara xeyli əhəmiyyətlə yanaşdığına dair İslamın irəli sürdüyü fikrə qarşı özgə heç bir dini kitabın bunu doğruladığına şahid olunmadığı, hətta, tarixin heç bir dövründə insanların və millətlərin Allah tərəfindən yol göstərildiyinə dair qeydlər tapıla bilmədiyi görülür. Həqiqət odur ki, həqiqi və yerli dinlərin mövqeyi çox zaman yüksək qiymətləndirilmiş və ona görə də digər dinlər tamamən inkar edilmişdir. Əgər Allah təkcə bir dini inamı müdafiə edib, onu bir tək irq və ya millətə tapşırsaydı, dünyanın digər iqrləri və millətlərinin mövcudiyyətini dansaydı, onda həqiqət günəşi təkcə bir üfüqdən doğar və təkcə bir üfüqdən də batardı ki, bu da dünyanın digər irq və millətlərinin tamamən danılması və onların əbədi qaranlığa məhkum edilməsi demək olardı. Məsələn “Qədim Əhd” olaraq bilinən kitabda, təkcə İsraillilərin Allahından söhbət gedir. “İsraillilərin Allahı Rəb, əzəldən əbədiyyətə kimi mübarək olsun.”(2) O, digər məntəqələrdə başqa xalqlara Allah tərəfindən endirilən kitablara və ya dinlərə heç təmas etmir. Beləliklə də Allah tərəfindən göndərilən kitab və peyğəmbərlərin hamısının İsrail oğullarına aid olduğu yolunda bir inam, İncilə əsaslanaraq, İsraillilər arasında yayğın olan bir əqidədir. İsa belə özünün bir yəhudi qəbiləsinə rəhbər olaraq göndərildiyini qeyd edir. “İsraillilərin Allahı Rəb, bugün məni qarşılamaq üçün səni göndərdi.”(3) Hətta o, bunu öz sözlərilə belə izah etdi: “İtlərə müqəddəs olan şeyləri vermə və donuzların qabağına da öz mirvarilərini tökmə.”(4)
Eynisilə, hinduların dini kitabları da bu mövzuya təmas edir və qeyd edir, “dinin təkcə yüksək sinfə aid olfuğunu” bəhs edir. Hinduların dini kitabı bu haqda qeyd edir ki, “əgər onların biri Vedasin kitabından bir şey eşitməli olsaydı, onda Qral qulaqlarını əridilmiş bal mumu və güllə ilə doldurmalı olacaqdı. Əgər o, eyni kitabdan bir ayət oxumuş olsaydı onun dili parçalanmalı, əgər o həmin kitabdan bir ayət oxumağı bacarsaydı, onda onun bədəni parça parça edilib cırılmalıydı.”(5)
Biz belə qeyri-insani şeyləri nəzərdə tutsaq, onları daha az bir səviyyədə izah etsək belə, dünyada müxtəlif dinlərə mənsub olan dini kitablar, özgə diyarlarda yaşayan insanların və onların dinlərinin mövcudiyyətinə heç əhəmiyyət verməzlər. Burada özünü biruzə verən məsələ odur ki, əgər bu dinlər həqiqətdə mövcud olsaydı, onda Allahın bu doğru yolu, nəyə görə təkcə xüsusi bir qrup üçün məhdudlaşdırılırdı? Quran bu məsələyə böyük bir açıqlıq bəxş edir. Qurandan qeyd olunur ki, Allahın elçisi Məhəmməd Peyğəmbər təyin olanda, o, dünyanın hər bir tərəfinə və hər bir millətinə elçilər göndərdi, onları İslama dəvət etdi. Lakin digər dinlərin yayılma sahəsi və vəzifələri müvəqqəti idi. Çünki, hələ o vaxtlar insanların mədəniyyəti, kainatı əlaqədar edən bir xəbərlə nazil olan, Allahın elçisini qəbul edə biləcək bir mərtəbəyə çatmamışdı.
Quranın ilk səhifəsində aləmləri yaradan və onların sahibi olan Allahı şükr edilir və ən son ayətdə isə bütün bəşəriyyətin yeganə yaradanı olan Allaha dua etməyimiz əmr olunur. Beləliklə Quranın ilk və son səhifəsi, bütün kainatı əhatə edir və Yaradanın təkcə Ərəblərin və ya təkcə Müsəlmanların Allahı olduğundan söhbət getmir. Qeyd etmək olar ki, Həzrəti Məhəmməddən qabaq heç bir kəs, bütün kainatın qayğısını və onun müdafiəsini öhdəsinə götürməmişdir. Eyni zamanda, Qurandan özgə heç bir dini kitab, birbaşa bütün dünya xalqlarına xitab etməmişdir. Həzrəti Məhəmmədin vəzifəsi Quranda öz əksini belə tapmışdır: “Biz səni ancaq bütün insanlara cənnəti muştulayan, xəbərçi kimi, peyğəmbər göndərdik, lakin onların çoxu bunu bilməzlər.”(Quran – 34:29)(6) Daha sonra yenə Quranda əmr olunur ki: “Ey insanlar! Mən sizin hamınıza gələn Allahın Peyğəmbəriyəm.” (Quran – 7:159)(7)
Bu haqda yenə Quranda qeyd olunur ki, “o Quran ancaq bir öyüddür, bütün aləmlər üçündür.”(8) (Quran- 81:28) Quran, özünü bütün insanlıq və bəşəriyyət üçün, onun yüksəlməsi yolunda rəhbər bilmişdir.
Quran, həmişə digər dinlərə gələn kitabların doğruluğunu və Müsəlmanların hamısının öz peyğəmbərləri Həzrəti Məhəmmədə qoyduqları hörmətlə yanaşmalarını əmr edir. İslam, digər dinlərə və onlara gələn kitablara hörmətsizlik edilməsini qadağan etmişdir. Quran bu haqda bildirir ki: “Peyğəmbər və möminlər Yaradan tərəfindən endirilən Qurana iman etdilər, onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdilər. Peyğəmbərlərindən heç birinə fərq qoymazıq, eşitdik və iman etdik. Ey Rəbbimiz! Məqfirətini istəyirik, dönüşümüz ancaq sənədir, deyə qeyd etdilər.” (Quran – 2:286) (9)
İslamın bu məsələ üzərində nəyə görə bu qədər israrla dayandığını başa düşmək üçün, onun cahanşümul bir dini xarakteri ərz etdiyini dərk etmək lazımdır. İslam, indiyə kimi dünyanın hər bir tərəfində yaşayan insanlar arasında birliyin yaradılması ilə əlaqədar xəbər yetirən bir dindir. İslam bu gün bu xüsusiyyəti müxtəlif dünya millətlərini bir yerdə cəmləşdirməklə biruzə vermişdir. Elə bu öz növbəsində, dünya millətləri arasında bir birliyin yaradılması üçün ən birinci xüsusiyyətdir. Ona görədir ki, eramızın mədəni insanlarının bir ehtiyac kimi hiss etdikləri bu təkamülün toxumu bundan 1400 il qabaq İslamın gətirmiş olduğu xəbərlə ətraf yayılmışdır. Bugün bir yerdən başqa bir yerə səyahət etməyin asanlığını Müsəlmanların başqa millətlər və ölkələr arasındakı rabitəsini daha da asanlaşdırmışdır.
Bu xüsusda belə bir sual irəli sürülür ki, əgər bütün dinlərin Allah tərəfindən yaradıldığını qəbul etsək, onda nəyə görədir ki, onların arasında bəzi fərqli cəhətlər mövcuddur? Allah, birdən artıq fərqli dini göndərə bilər mi? Bu sualın cavabını təkcə İslam verə bilər ki, bu da öz növbəsində İslamın ən birinci xüsusiyyətidir. İslamı digər dünya dinlərindən fərqləndirən iki müxtəlif xüsusiyyət vardır. Birinci, müxtəlif şərtlər və müxtəlif qaydalar gərəkdirir və ona görə də hər şeydən kamil bə hər şeyi bilən Allah, müxtəlif yaşlar, məntəqələr və insanlar üçün onların ehtiyaclarına görə bəzi şeylər yaratmışdır. İkinci, müxtəlif zamanlarda yaradılan dinlər ardan uzun zaman keçməsinə görə, öz orijinal formasını qoruya bilməmiş və çox şeylər itib batmışdır. Bəzi hallarda mövzu bəhs olunan dinlərin tərəfdarları, dəyişən ehtiyaclara görə bəzi şərtləri dəyişdirir və ilahi kitablardakı əmrlər bu ehtiyaclara görə yenidən müəyyən edilir. Allah Quranda buyurur ki: “Onlar kəlmələri yerlərindən oynatdılar və dəyişdirdilər və onlar əmr olunan həqiqətlərdən nəsiblənməni də tərq etdilər.” (Quran – 5:14)(10)
Əgər biz, Quranın əmr etdiyi yoldan gedərək, müxtəlif məzhəblər arasındakı tarixi fərqləri təhlil etmiş olsaq, onda məsələnin əslinə yaxınlaşmış olarıq. Məsələn, Xristianlıqla İslamiyyəti İsanın həyatı İncilin dörd müxtəlif forması ilə məhdudlaşdırsaq, onda, Quranla İncilin öyrətdikləri arasında çox cuzi bir fərq olduğunu müşahidə edə bilərik. Bunun tarixini bir qədər dərin təhlil edə bilsək, onda, Xristianlıqla İslamiyyət arasındakı fərqin daha da artdığını və arada heç bir rabitə və münasibət olmadığı anlaşılar. Digər dinlərin yaradılışı da eyni həqiqətə əsaslanır. Bunun tədqiq edilməsi nəticəsində Quranın göstərdiyi yoldur ki, о, insanın təkamülünü də nəzərdə tutur, onda asanlıqla onun tək bir Allaha sitayiş etməni əmr etdiyi anlaşılar. Onun bütün bir bəşəriyyətə şamil bir din olduğu aydın olar. Bu söz gedən dinləri quranlar, doğrudan da bu vəziyyətdən razı qalan doğru və inamlı insanlardı və Allah tərəfindən təyin olunan həqiqi peyğəmbərdirlər. Allahın bu elçiləri inam edilənlə, inam etməyimiz lazım gələn şeylər arasında bizə doğru yolu göstərirdilər. Onların hər vaxt zamana və zəminə uyğun xarakterləri vardı. Bu vəziyyəti Quran belə izah edir: “Halbuki, onlara, Allaha ancaq onun dinində ihlas sahabı olaraq digər batil dinlərdən İslama yönlənərək ibadət etsinlər, namazı lazımi kimi qılsın və zəkatı versinlər deyə əmr olunmuşdur. Onda əmr olunan şey, həqiqi haqq dinidir.” (Quran – 98:6)(11)
İslam dininin digərlərindən fərqlənən ən mühüm xrakterlərindən biri də, təkcə onun cahanşümul bir xarkterə malik olması yox, eyni zamanda onun əbədi bir din olmasıdır. Sonra isə bunun şərtləri irəli sürülür və yerinə yetirilir. Məsələn, Allah tərəfindən göndərilən bir əmr, tamam olduqda əbədidir və hərtərəfli mükəmməldur və daxilində olanların etibarlı olmasına da təminat verilmişdir. Başqa bir sözlə desək, onun yerə endirilən ilahi kitabının insanların tənqidlərinə qarşı, təminat altına alınmış olması lazımdır. Quran haqda Allah buyurmuşdur ki: “Bugün sizin üçün, dininizi kamilləşdirdim, sizin üstünüzə nemətimi tamam etdim və sizə din olaraq İslamı müəyyən etdim.” (Quran – 5:4)(12)
Daha öncə də qeyd etdiyimiz kimi, bir şeyin əbədi olması üçün, əvvəl onun tamam və mükəmməl olması icab edər. Bundan əlavə onun orijinal forması daxilində qorunub saxlanması vacibdir. Quran bu ümdə şərtlərin hamısını əhatə edir. Digər tərəfdən Allah bu barədə buyurmuşdur ki: “Şübhə yox ki, Quranı biz endirdik və mütləq onu təhrif edilməkdən biz mühafizə edəcəyik.” (Quran – 15:10)(13)
Başqa bir sözlə desək, Allahın özü onu mühafizə edəcək və onun pozulmasına heç bir vaxt icazə verməyəcək. Quranda yazılı olanların eynisilə mühafizə edilməsinin bir yolu odur ki, Quranı yüz minlərlə insan yaşından asılı olmayaraq əzbərləyir və bu vəziyyət Quran ilk dəfə nazil olandan başlamış və bu günə kimi davam edir. Bunun qorunub saxlanmasının böyük əhəmiyyət kəsb etməsinə görədir ki, hər bir əsrdə Allah tərəfindən bunun qorunub mühafizə edilməsi üçün böyük islahatçılar göndərilir. Təyin olunan bu şəxsə əsirgəməsi bol olan Allah tərəfindən rəhbərlik edilər. Gələn həmin islahatçı, Müsəlmanlar arasında İslam barədə zühur edən fərqlilikləri aradan götürər. Beləliklə də, müqəddəs Quranın mənası mühafizə edilmiş və qorunmuş olar.
Heç şübhə yoxdur ki, Quranın mühafizə edilib edilmədiyi barədə ağıla hərdən bir bəzi suallar gələ bilər. Bu suala sadə bir şəkildə cavab vermək üçün qeyd etmək olar ki, müsəlman olmayan bir sıra alimlər indiyə qədər Quranın mətninin dəyişdirilib, dəyişdirilməyəcəyi barədə tədqiqatlar aparmışlar, lakin onların hamısı Quranın Həzrəti Məhəmmədin vəfatından sonra bir nöqtə və ya vergülünün belə dəyişdirildiyini sübut edə bilməmişlər. Həqiqətdə qeyd etmək lazımdır ki, müsəlman olmayan alimlər ki, onlar, Quran barədə dərin tədqiqatlar aparırlar, Quranın ilk nazil olduğu gündən bu günə kimi, əslinə uyğun olaraq mühafizə edildiyini və heç bir hərfinom belə dəyişdirilmədiyini sübut etmişlər. Məsələn, Cənab William Muir, özünün The Life of Muhammad (Məhəmmədin həyatı) adlı əsərində bildirir ki, “Biz onu qətiyyətlə deyə bilərik ki, hər bir ayət Məhəmmədin özünün qeydə aldırdığı kimi qorunub saxlanmışdır.”(14) О, bu haqda qeydlərində davamla qeys etmişdir ki, “Bundan əlavə, Quranın Həzrəti Məhəmmədin zamanında tamamlanan şəkli ilə qorunub saxlanması üçün, daxili və xarici bir sıra tədbirlər götürülmüşdür.”(15) Noldeke bu haqdakı tədqiqatında “Quranın qeydə alınmasında bir sıra katiblər bəzi xətalar etmişlər, lakin Həzrəti Osmanın nüsxəsində qətiyyətlə eynilik mövcuddur. Daha sonrakı illərdə Quranda bəzi nöqsanların olduğunu axtarıb tapmağa cəhd edən Avropalı alimlər, onda müvəffəq ola bilməmişlər.” (16)
İslamın, Quranda əmr olunanların tamamilə kamil və mükəmməl olduğu və onun hər yaşdakı insana rəhbər ola biləcəyi yolundakı şərhini sübuta yetirən haqlı dəlillər vardır. Qısa bir müddət ərzində bu mövzunu xülasə etmək mümkün deyildir, lakin, bu haqda qısa məlumat və ağıla batan misallar verə bilərəm. Birinci, onu yaddan çıxartmamağımız lazımdır ki, İslam, dəyişən zəmanənin ehtiyacını necə qarşılayır və yerinə yetirir, beləliklə Quran öz daxilindəki ayətlərin mükəmməlliyini mühafizə edir. Həqiqətdə, mövzuya bu cəhətdən yanaşıldıqda İslamın həyatla nə qədər düz gəldiyi bə məsələlərlə düzgün olaraq necə ayqlaşdığı görülür. Bu barədə sizə bur neçə misal gətirmək istərdim:
- – İslam ümdə əsaslarını saxlayar və bəzi müfəssəl mövzularda zaman və zəminin dəyişməsinə görə bəzi uyğun şərtlər irəli sürər.
- – İslam, birbaşa, insanın dərrakəsinə və ağlına xitab edən bir dindir. Bundan əlavə İslma, insanın ictimai, siyasi təkamülünü nəzərdə tutaraq, onun hər bir şəraitdəki vəziyyətini nəzərdə tutar. İslam, təkcə millətlərin arasında davamlı və ardıcıl dəyişikliyin olduğunu nəzərdə tutmaqla qalmır, eyni zamanda o həqiqəti də qəbul edir ki, millətlər və insanın inkişaf və təkamülü, eyni anda olsa belə, eyni səviyyədə deyildir. Məsələn, mümkündür ki, hazırda dünyanın bəzi məntəqələrində yaşayan insanlar hələ də “Daş Dövrü”nün şəraitində yaşasın və bəzi qrup və qəbilələr eramızdan min il geridə qalmış olsunlar. Onlarla eyni vaxtda yaşamağımıza baxmayaraq, onlar bizdən hələ çox geridə qalmış ola bilərlər. Onların zakası, qanacağı və siyasi və ictimai təkamülü hələ də eramızdam xeyli geridə qalmış ola bilər. Ondan əminəm ki, bizim hamımız, siyasi və digər cəhətlərdən bizimlə eyni əsrdə yaşayan Avstraliya yerliləri və Konqonun yerli qəbilələrindən qabaqdayıq.
- – İslam insan təbiətinə düz gələn və insanın hər bir eytiyaclarına cavab verən bir dindir. Quranın əme etdiklərində hər hansı bir dəyişikliyə heç vaxt ehtiyac yoxdur. İnsanın xarkterində dəyişmə əmələ gəlsə belə, Quran yenə ona uyğun bir vəziyyət ərz edir.
Bunlar İslamın ümdə xarakterlərindən bir neçəsini təşkil edir. Bunlardan bir qədər müfəssəl olaraq bəhs etmək istərdim ki, mənim mətləbim başa düşülə bilinsin.
İslam, hansı formada olursa olsun, sələmə qarşıdır və sələmin tamamən aradan götürülməsini əmr edir. İslamın sələm əvəzinə qüvvəyə mindirdiyi və sələmlə əvəz etmək arzusunda olduğu sistem zəkat adlanır. Həqiqət odur ki, zəktı qısa bir müddət ərzində izah etmək xeyli çətindir. Olsun ki, Quranın rəhbərliyində zəkatın mənası bir qədər izah edilə bilsin. Zəkat, əldə mövcud olan sərmayenin və mülkün vergisini vermək mənasındadır. Dövlətin ehtiyacı olan malı büdcəni təmin etməkdən yox, kasıbların hər bir ehtiyacını qarşılamaq mənasında yozular. Bunu başqa sözlə izah etsək, bu sistem, təkcə hökumətin ehtiyacı olan malı büdcəni müəyyən etməklə kifayətlənməz, eyni zamanda ictimai rifahı da təmin edər. Bunların hamısı, əsas prinsipi müəyyən etmək, onun müfəssəl olaraq başa düşülməsini zəmanənin hökmünə buraxmaqdan ibarətdir. Quran buyurur ki, öz ehtiyaclarından artıq malı və dövləti olanlar, gündəlik ehtiyaclarını qarşılaya bilməyənlərlə, əlavə sərvətini bölüşməlidir. Orası aydındır ki, hər bir şəxsin, hər cəmiyyətin özünün ümdə ehtiyaclarını müəyyən etməyə haqqı vardır. Bunları yerinə yetirməklə vəzifəli olanlar isə, öz ehtiyaclarından artıq olanları qazanan şəxslərdir. Bu şəxslər doğru olanın yerinə yetirilməsini dövlətin sərəncamına buraxmışdır ki, dövlət bu haqda lazım olan işləri ədalətə uyğun bir şəkildə düzəltsin.
Bugün bizim üz-üzə qaldığımız digər beynəlxalq məsələlər, bu söz gedən məntəqədə lazımi kimi bir höküməyi təşkil etməkdən ibarətdir. Burada da yemə İslamın mötədil, ağıla batan, həqiqətlərlə ayaqlaşan prinsipləri özünü biruzə verir. Onu heç kəs dana bilməz ki, belə bir hökümətin qurulub qurula bilməməsi, mövzu bəhs olunan şərtlər özünü göstərəndə bəlli olar. Onu da demək olmaz ki, hər vaxt hər bir siyasi sistem, hamının arzu etdiklərini yerinə yetirə bilsin. Ona görədir ki, İslam bu haqda bəlli bir hökümət tərzi haqda fikir dərc etmir. Bu hökümət sistemi şərtlərə uyğun olaraq, demokratik, sosialist bə ya krallıq, yaxud da diktatorluq olaraq özünü biruzə verə bilər. Hökümətin necə qurulacağı məsələsindən çox, İslam, qurulması nəzərdə tutulan hökümətin xüsusi bir tərzdə siyasi prinsipləri ilə maraqlanır. Quruluş şəkli necə olursa olsun, İslama görə qurulması icab edən hökümət, insan hüquqlarına və onların ehtiyaclarına həmişə qayğıkeşliklə yanaşıb, hamıya ədalətlə rəftar etməlidir. Hamı tərəfindən razılıqla qabul olunan demokratik sistemi götürək; “hökümət xalq tərəfindən seçilər‚ İslam onu elə qəbul edir ki, hökümətin quruluş şəkli necə olursa olsun, nu hökümət həmişə xalqa xidmət etməlidir.”
Demokratik sistem digərləri ilə müqayisə edildikdə, həqiqi təzyiq onun keyfiyyəti üzərində cəmləşər. Bunu elə yozmaq olar ki, müəyyən edilən demokratik hökümət, sözdə bir hökümət olmaqdan çox, onun quruluşunda məsuliyyət daşıyanlar, xalqa xidmətdə kifayət qabiliyyətə malik olmalıdır. Onları müəyyən edərkən, doğrudan da xalqa həqiqi mənada yardım edə biləcək olanlarını doğru bir şəkildə seçmək lazımdır. Hansı vəzifəyə seçilir seçilsin, Quranda bu, öz əksini tapmışdır:
“Həqiqətdə, Allah sizə əmanətləri əhl olana təhvil verməyinizi və insanlar arasında hökm sürən zaman ədalətlə hökm verməyinizi əmr edir” (17) (Quran – 4:59)
Bundan əlavə, hansı hökümət təşkil olunursa olunsun, bu o hökümətin boynuna borcdur ki, o, heç bir irq, rəng və məqam fərqi qoymadan insanları sövq və idarə etsin. İndi, Qurandan öz əksini tapan hökümət sistemləri haqda sizə qısa məlumatlar vermək istərdim:
- – Hökümətin vəzifəsi öz xalqınım mal və şərəfini və həyatını qorumaqdır. “Həqiqətdə, Allah sizə əmanətləri əhl olana təhvil verməyinizi və insanlar arasında hökm verən zaman ədalətlə hökm verməyinizi əmr edir.” (18) (Quran – 4:59)
- – Hökümətin qulluqçusu, həmişə xalqının arasında fərq qoymadan ədalətlə hökm verməlidir. “İnsanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir.” (19) (Quran – 4:59)
- – Bir sıra milli məsələlər məşvərət yolu ilə həll edilməlidir. “İşləri aralarında danışıqlıdır.” (20) (Quran – 42:38)
- – Hökümət, vətəndaşlarının ümdə ehtiyaclarını qarşılamaq, deməli, onu qida, paltar və sığınacaq yerlə təmin etməlidir. “Çünki, sənin ac və çılpaq qalmağın cənnətdədir və sən orada susumazsan və günəşdə yanmazsan.” (21) (Quran – 119:120)
- – Xalq, dinclik və əminamanlıqla təmin olunmalıdır, onların həyatı, malı və şərəfi qorunmalıdır. “O hökm etməyə başlayanda, yer üzündə fitnə-fəsad çıxartmağa əkin və nəsli həlak etməyə cəhd edər, Allah fitnə-fəsad çıxardanları sevməz.” (22) (Quran 2:206)
- – İqtisadi sistem musavi və nizamlı olmalıdır. “O hökm etməyə başlayanda, yer üzündə fitnə-fəsad çıxartmağa əkin və nəsli həlak etməyə cəhd edər, Allah fitnə-fəsad çıxardanları sevməz.” (22) (Quran 2:206)
- – Sağlamlıq və ümumxalq səhiyyə sistemi bərpa edilməlidir. “O hökm etməyə başlayanda, yer üzündə fitnə-fəsad çıxartmağa əkin və nəsli həlak etməyə cəhd edər, Allah fitnə-fəsad çıxardanları sevməz.” (22) (Quran 2:206)
- – Sözün tam mənasında, din azadlıq olmalıdır. “İslam dininə girmələtr üçün onları məcbur etmək yoxdur.” (23) (Quran – 2:257)
- – Hamıya ədalətlə rəftər edir. “Birinə olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun ki, о, imana ən yaxın olandır.” (24) (Quran – 5:9)
- – Müharibə əsirlərini təzminatla əvəz edilməlidir. “Heç bir peyğəmbər üçün yer üzündə çətin bir vəziyyət yaranmadıqca, əsirlər tapmaq vacib olmamışdır. “(25) (Quran – 8:68)
- – Müharibə və razılıqlara həmişə sədaqətlə əməl edin. “Sonra da ya onları sərbəst buraxın, yaxud da təzminat alın. Müharibə ağırlığını buraxana kimi.” (26) (Quran – 47:5)
- – Zəif olanlara qarşı ədalətsiz razılıqlar bərpa edilməməli. “Sonra da ya onları sərbəst buraxın, yaxud da təzminat alın. Müharibə ağırlığını buraxana kimi.” (27) (Quran – 47:5)
- – Müsəlmanların vəzifəsi, hökümətin nizamlarına uyğun hərəkət etməkdir. Bir tək şərtlə bu olmaz ki, o da, hökümətin dini vəzifələri yerinə yetirməkdə lazımı diqqəti göstərməməsidir. “Allaha itaət edin, Peyğəmbərə və sizdən olan idarəçilərə də itaət edin.” (27) (Quran – 4:60)
- – Əgər idarə məsələsində ixtilaf baş versə, bu ixtilafı Quranın əmrləri və Peyğəmbərin yolunu izləyərək həll edin. Heç bir şey təkcə özünü düşünərək həll edilə bilməz.” Əgər aranızda ixtilafa düşsəniz onda Allaha və Rəsuluna ərz edin.” (28) (Quran – 4:60)
- – Xalq, səlahiyyətli məqamlara ümumun mənafeyini güdərək yardım edər. Xalqın həmkarlıqdan boyun qaçırtması və əməkdaşlığa yanaşmaması qadağandır. “Eynisilə hökümət də fərq qoymadan xalqa xidmət etməkdən məsuldur. Yaxşılıq etmək və yamanlıqdan kənar durmaq üçün bir-birinizlə köməkləşin.” (29) (Quran – 5:3)
- – Güclü bir hökümətin, özgə bir hökümətin əleyhinə təcavüzə təşəbbüsü qadağandır. Silaha əl atmağa, təkcə öz canını müdafiə etmək üçün icazə verilmişdir.” Kafirlərdən bir hissəsinə dünya həyatının neməti olaraq verdiyimiz və onlara bunda fitnəyə düçar etmək üçün, özlərinə fayda təmin etdiyimiz səyə, olmasın rəğbətlə yabaşasan.” (З0) (Quran – 20:132)